Koimbralı İzabella
Koimbralı İzabella (port. Isabel de Coimbra) (1 mart 1432, Portuqaliya – 2 dekabr 1455) — Portuqaliya kralı V Afonsonun ilk xanımı, Portuqaliyanın kraliça-konsortu.
Koimbralı İzabella | |
---|---|
Əvvəlki | Araqonlu Elyanora |
Sonrakı | Kastiliyalı Yuanna |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 mart 1432 |
Doğum yeri | |
Vəfat tarixi | 2 dekabr 1455 (23 yaşında) |
Vəfat səbəbi | zəhər[d] |
Fəaliyyəti | queen[d] |
Atası | İnfant Pyotr |
Anası | Kataloniyalı İzabella |
Həyat yoldaşı | V Afonso |
Uşaqları |
İnfanta Yuanna II Con |
Ailəsi | Avis sülaləsi |
Dini | Roma-Katolik kilsəsi |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
İzabella 1432-ci ildə dünyaya gəldi. Atası Portuqaliya kralı I Conun oğlu İnfant Pyotr, anası isə Araqon kralı IV Pyotrun nəvəsi Kataloniyalı İzabelladır. Atası İnfant Pyotr azyaşlı kral V Afonsonun taxt naibi idi. Rəvayətə görə, eyni yaşda olan İzabella və kral V Afonso bir-birini çox sevirdi. Bu səbəblə 1445-ci ildə cütlük nişanlandı. Ancaq bu nişan kralla qohum olmaq istəyən ögey əmisi Braqanzalı Afonsonun etirazına səbəb oldu. Etirazlara baxmayaraq, cütlük 6 may 1447-ci ildə evləndi. Cütlüyün bu nikahdan 3 övladı dünyaya gəlsə də, ilk övladı 1 ay sonra vəfat etdi.
Ancaq çox keçmədən atası İnfant Pyotr saraydakı nüfuzunu itirdi. 1448-ci ildə Braqanzalı Afonso kral naibi elan edildi. Onun təhrikləriylə, İzabellanın atası müəmmalı şəkildə öldü və qardaşı Con sürgün edildi. Buna baxmayaraq, İzabella öz nüfuzunu qoruyub saxladı. Hətta qardaşının sürgündən dönüşünədək Koimbra hersoqluğunun idarəsini öz əlinə aldı.
Saraydakı nüfuzundan istifadə edərək 1454-cü ildə qardaşını sürgündən geri döndürdü və ertəsi il atasına bəraət qazandıraraq onun adına şərəfli cənazə mərasimi keçirdi. Ancaq çox keçmədən, İzabella, ehtimal ki, zəhərlənərək vəfat etdi.
Övladları
- İnfant Con (d. 29 yanvar 1451 — ö. fevral 1451)
- İnfanta Yuanna
- II Con
Mənbə
- Anne Commire; Deborah Klezmer (2000). Women in World History: A Biographical Encyclopedia. Yorkin Publications. p. 702. ISBN 978-0-7876-4066-8