Koyçi Tanaka

Koyçi Tanaka (3 avqust 1959[1][2][…], Toyama) — Kimya üzrə Nobel mükafatçısı (2002).

Koyçi Tanaka
yap. 田中耕一
Doğum tarixi 3 avqust 1959(1959-08-03)[1][2][…] (64 yaş)
Doğum yeri
Elm sahəsi kimya
İş yerləri
Təhsili
Üzvlüyü
Mükafatları "Mədəniyyət" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fəaliyyəti

Fenn və Tanaka "Bioloji makromolekulların identifikasiyası və struktur analizi üsullarını işləyib hazırladıqlarına görə, xüsusi halda bioloji makromolekulların kütlə spektroskopiya analizi üsullarını işləyib hazırladıqlarına görə" 2002-ci ildə kimya üzrə Nobel mükafatına layiq görülmüşdür.

Vütrix "Məhlulda bioloji makromolekulların üç ölçülü strukturlarını müəyyən etmək üçün NMR spektroskopiyanın istifadəsi üsulunu işləyib hazırladığına görə" 2002-ci ildə kimya üzrə Nobel mükafatına layiq görülmüşdür. Fenn və Tanaka yüz ilə yaxın bir müddətdə məlum olan kütlə-spektroskopiyası analiz üsulunu təkmilləşdirərək onu böyük molekullara istifadə etməyə imkan yaratmışlar.

Kütlə-spektrometri atom və ya molekulları qaz halına keçirərək, ionlara çevirərək və elektrik maqnit sahəsində qovaraq onların kütlələrini ölçür. İonun uçuş sürətini ölçərək onun kütləsini hesablamaq olar. Yaxın vaxtlara qədər belə ölçmələri ölçüləri hidrogen atomunun ölçülərindən min dəfədən çox olmayan ayrı-ayrı atomlar və ya kiçik və ya orta ölçülü molekullar üçün aparmaq olurdu. Aydın deyildi ki, iri molekulları, məsələn, zülalları onların quruluşunu köklü dəyişmədən qaz halına keçirmək və ionlaşdırmaq necə olar. Tipik zülal molekullarının kütləsi hidrogen atomunun kütləsindən on və yüz minlərlə dəfə, bəzən də milyon dəfələrlə böyükdür.

Con Fenn təklif etdi ki, tədqiq olunan zülal məhlulu elektrik yükləri sahəsində tozlandırılsın. Xırda damcıların suyu buxarlandıqda eyni elektrik damcıda olan molekulları itələyir. Spektrometrin kamerasında yüklənmiş zülal molekulları uçur ki, onları da adi qovulmaya məruz qoymaq olar.

Digər üsulu mühəndis Koiti Tanaka təklif etdi: iri molekulları lazer şüaları zərbəsi ilə tozlandırmaq və ionlaşdırmaq. Əgər Fennin üsulu məhlullara tətbiq olunursa, Tanakanın üsulu bərk və ya yarımbərk vəziyyətdə olan zülallara tətbiq oluna bilir. Hər iki üsul artıq biokimyada, təbabətdə, farmokologiyada geniş istifadə olunur.

Özünün "Nyu-York Tayms" qəzetinə müsahibəsində Fenn bu ixtiralar haqqında demişdi: "Biz fillərə uçmaq öyrətdik".

Kurt Vütrix göstərdi ki, bioloji makromolekullara NMR üsulunu nüvə maqnit rezonansı hadisəsini tətbiq etmək olar. Vütrixin üsulu həmçinin bir molekulun qonşu atomları arasındakı məsafəni də hesablamağa imkan verir, başqa sözlə son nəticədə onun strukturunu verir. Hazırda bir neçə min zülalların molekulların quruluşları məlumdur ki, bu məlumatların da 15–20 faizi Vütrix üsulu ilə əldə olunmuşdur. Bu kəşfə qədər iri molekulların strukturlarının açılmasının yeganə üsulu rentgenstruktur analiz idi ki, bu üsul da tədqiq olunan maddənin kristallik formada olmasını tələb edirdi. Kristallik zülalın alınması mürəkkəb olmur. NMR-üsul isə zülalı məhlulda, onun daha çox təbii formasında tədqiq etməyə imkan verir.

Vütrix alman jurnalı "Şpigel"ə müsahibəsində (2002-ci ildə) məlumat verir ki, gələn il (2003-cü ildə) İsveçrədən ABŞ-yə mühacirət etmək məcburiyyətindədir. 2003-cü ildə alimin 65 yaşı tamam olurdu və İsveçrə qanunlarına görə elmi müəssisələrdə 65 yaşa qədər işləmək olar. Bundan sonra siz Nobel mükafatçısı olsanız da yerinizi gənclərə verməlisiniz. Kaliforniyada isə tədqiqatçını yaxşı təmin olunmuş laboratoriya gözləyirdi.

İstinadlar

  1. Tanaka Koichi // Encyclopædia Britannica (ing.).
  2. Koichi Tanaka // Brockhauz Ensiklopediyası (alm.).
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.