Kodansha

Kodansha Ltd. (株式会社講談社, Kabushiki-gaisha Kōdansha)Yaponiyanın ən böyük nəşriyyatı. Nəşriyyatın nəşr etdirdiyi məhsullara "Nakayoshi", "Afternoon", "Evening""Weekly Shonen Magazine" kimi manqa jurnalları, "Gunzo","Shūkan Gendai" kimi ədəbi jurnallar və yapon lüğəti "Nihongo Daijiten" aiddir. Nəşriyyatın baş qərargahı Tokio şəhərinin Bunkö xüsusi rayonunda yerləşir.[1] Yarandığı gündən bu günə qədər şirkəti Noma ailəsi idarə edir.

Kodansha
Kodansha Ltd.
yap. 株式会社講談社
Loqo
Ölkə Yaponiya Yaponiya
Status aktiv
Yaranma tarixi noyabr 1909
1911 (Dai-Nippon Yubenkai ilə birləşmə)
1 dekabr 1938 (rəsmi)
Qurucu Seidzi Noma
Qərargah Bunkö, Tokio
Əsas insanlar Yosinobu Noma (prezident)
Nəşrlər kitab, jurnal, manqa, DVDCD
İşçi sayı 939 (aprel 2011)
Sayt kodansha.co.jp
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Kodanshanın Bunködə yerləşən baş qərargahı.

Kodansha 1909-cu ilin dekabrında Seidzi Noma tərəfindən Dai-Nippon Yūbenkainin (Böyük Yaponiya Natiqlik Cəmiyyəti) spin-offu kimi qurulmuşdur. Nəşriyyatın ilk nəşr etdirdiyi jurnal "Yuben" adlanırdı. Kodansha adı (nəşriyyatın hal-hazırda nəşr etmədiyi "Koda Club" jurnalından götürülüb) ilk dəfə Dai-Nippon Yubenkai ilə birləşdiyi 1911-ci ildə istifadə olunmuşdur. Nəşriyyat bu adı rəsmi olaraq 1958-ci ildə seçmişdir. Nəşriyyat "Omoshirokute tame ni naru" (面白くて、ためになる, Maraqlı və faydalı olmaq) şüarından istifadə edir.

Kodansha Otawa Group-a sahibdir. King Records səsyazma studiyası və "Nikkan Gendai" bulvar qəzetini nəşr edən Kabunsya nəşriyyatı da Kodanshanın tərkib hissəsidir. Kodansha həmçinin The Walt Disney Company ilə yaxın münasibətlərə malikdir, Tokio disneylendinin rəsmi sponsorudur.

Kodansha Yaponiyada ən böyük nəşriyyatdır. 2002-ci ildə Yaponiyadakı iqtisadi tənəzzülə görə Kodansha da böyük zərər görmüşdür. Nəşriyyat nəşriyyat sənayesində geriləmişdir. Bu, Kodansha nəşriyyatının İkinci dünya müharibəsindən sonra ilk belə tənəzzülü idi. Yaponiyanın ikinci ən böyük nəşriyyatı Shogakukan isə nisbətən daha az zərər etmişdir. 2003 maliyyə ilində Kodanshanın gəliri 167 milyon ¥, Shogakukanın gəliri isə 150 milyon ¥ idi, halbuki Kodansha ən yaxşı dövründə Shogakukan nəşriyyatından 50 milyon ¥ qabaqda idi.

Kodansha tərəfindən 1977-ci ildən nüfuzlu Kodansha Manqa Mükafatı verilir (1960–1977-ci illərdə bu mükafat müxtəlif adlarla verilmişdir).

Kodanshanın Tokioda yerləşən baş qərargahında 1925-ci ildə Seidzi Noma tərəfindən əsası qoyulmuş kendo məşq zalı — Noma dodzo yerləşir. Bu zal 2007-ci ilin noyabrında uçurulmuşdur, lakin yaxınlıqdakı binada yeni zal istifadəyə verilmişdir.

2011-ci ilin aprelinin sonunda şirkət ingilis dilli nəşriyyat evi olan Kodansha International ilə yaxınlaşdığını açıqlamışdır.[2] Kodanshanın ABŞ-də da filialı mövcuddur və Kodansha Comics USA adlanır.

Kodansha USA Kentaro Tsuquminin başçılığı altında yeni manqalar nəşr etməyə başlamışdır. 2012-ci ilin sentyabrında "The Spirit of Aikido" adlı manqa nəşr etmişdir.[3] Kodansha USA-nın bir çox keçmiş manqası yenidən çapdan çıxmışdır.

Kodansha 2016-cı ildə Ichijinsha nəşriyyatını satın almışdır.[4]

Digər qurumlarla münasibətlər

Kodansha nəşriyyatı Yaponiyadakı müxtəlif yayım kompaniyaları əlaqə saxlayır. Nəşriyyat Kabunsya ilə Nippon Cultural Broadcasting ilə əməkdaşlıq edir. 2005-ci ildə Nippon Broadcasting System-ə görə Fuji TV ilə Livedoor arasında gedən rəqabətdə Kodansha Fuji TV-ni dəstəkləmişdir.

NHK

Kodansha Yaponiya ictimai televiziyası olan Nippon Hoso Kyokai (NHK) ilə əməkdaşlıq edir.[5] Kodansha tərəfindən nəşr olunmuş manqaların çoxu haqqında animelər hazırlanmışdır.

Mükafatlar

  • Yapon fondu: Yapon Fondu Xüsusi Mükafatı, 1994.[6]

Nəşr etdiyi jurnallar

Manqa jurnalları

Aşağıda 2012-ci ilin məlumatına görə Kodanshanın nəşr etdiyi manqa jurnallarının siyahısı verilmişdir.[7]

Kişilər üçün

Jurnal Auditoriya İl(lər) Fəaliyyət Dövrilik
Shonen Magazine Wonder Şonen fəaliyyətsiz
Monthly Manga Shonen Şonen 1947–1955 fəaliyyətsiz
Weekly Shonen Magazine Şonen 1959 fəaliyyətdə
Bessatsu Shonen Magazine Şonen 1964–1974 fəaliyyətsiz
Monthly Shonen Magazine Şonen 1975 fəaliyyətdə
Weekly Young Magazine Seynen 1981 fəaliyyətdə
Monthly Young Magazine Seynen fəaliyyətdə
Comic Bom Bom Kodomo 1981–2007 fəaliyyətsiz
Weekly Morning Seynen 1982 fəaliyyətdə həftəlik
Magazine Special Şonen 1983 fəaliyyətdə aylıq
Monthly Afternoon Seynen 1986 fəaliyyətdə aylıq
Young Magazine Uppers Seynen 1998–2004 fəaliyyətdə
Monthly Magazine Z Seynen 1999–2009 fəaliyyətsiz aylıq
Evening Seynen 2001 fəaliyyətdə iki həftəlik
Monthly Shonen Sirius Şonen 2005 fəaliyyətdə aylıq
Morning 2 Seynen 2006 fəaliyyətdə aylıq
Monthly Shōnen Rival Şonen 2008–2014 fəaliyyətsiz
Good! Afternoon Seynen 2008 fəaliyyətdə iki aylıq
Bessatsu Shonen Magazine Şonen 2009 fəaliyyətdə aylıq

Qadınlar üçün

Jurnal Auditoriya İl(lər) Fəaliyyət Dövrilik
Nakayoshi Şoco 1954 fəaliyyətdə aylıq
Shojo Club Şoco fəaliyyətsiz
Shojo Friend Şoco 1962–1996 fəaliyyətsiz
Bessatsu Friend Şoco 1965 fəaliyyətdə aylıq
Betsufure Şoco fəaliyyətdə rüblük
Mimi Şoco 1975–1996 fəaliyyətsiz
Be Love Dzösey 1980 fəaliyyətdə iki həftəlik
Kiss Dzösey 1992 fəaliyyətdə iki həftəlik
Dessert Şoco 1996 fəaliyyətdə aylıq
Aria Şoco 2010 fəaliyyətdə aylıq
Nakayoshi Lovely Şoco fəaliyyətdə illik 5 say
The Dessert Şoco fəaliyyətdə
Kiss Plus Dzösey fəaliyyətdə iki aylıq

Ədəbi jurnallar

  • Gunzo, aylıq ədəbi jurnal
  • Mephisto, detektiv hekayələri
  • Faust

İstinadlar

  1. "Company Overview Arxivləşdirilib 2011-04-26 at the Wayback Machine." Kodansha. Retrieved on April 5, 2011. "Address: 12–21, Otowa 2-chome, Bunkyo-ku, Tokyo 112–8001, Japan"
  2. Kamiya, Setsuko and Mizuho Aoki, "Kodansha International to close doors Arxivləşdirilib 2012-07-16 at Archive.today", Japan Times, 4 March 2011, p. 1.
  3. Kisshomaru Ueshiba " Arxivləşdirilib 2015-11-01 at the Wayback Machine", Kodansha USA, Inc.,Sept. 4, 2012. ISBN 9781568364094
  4. "Kodansha Acquires Ichijinsha, Makes It Into Subsidiary Company". ANN (ingiliscə). 14 oktyabr 2016. 2018-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 oktyabr 2016.
  5. "NHK インドネシア「爆弾漁法」". Engei.s17.xrea.com. 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-08-13.
  6. "Japan Foundation Special Prize, 1994". 2017-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-28.
  7. "Arxivlənmiş surət" (PDF). 2014-09-25 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2015-10-28.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.