Kod adı: "V.X.A.”

Kod adı: "V. X. A." və ya Kod adı "Vətən xainlərinin arvadları" ― 2022-ci il dekabrın 17-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrın premyerası keçirilmiş tamaşa.

Kod adı: "V.X.A."
ALJIR
Ölkə Azərbaycan Azərbaycan
Yazıçı Mehriban Ələkbərzadə
Rejissor Mehriban Ələkbərzadə
Bəstəkar Azər Hacıəsgərli
Ssenari müəllifi
Nümayiş tarixi 17 dekabr 2022
Nümayiş yeri Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı
Orijinal dili Azərbaycan dili
Mövzu Stalin repressiyaları, Vətən Xainləri Qadınlarının Akmola Düşərgəsi
Mövzudakı hadisənin tarixi 1937- 1953 cü illər
Mövzudakı hadisənin yeri Bakı, Akmola

Tamaşa Stalin repressiyaları dövründə repressiyaya məruz qalmış siyasi məhbusların həyat yoldaşlarının başına gələn hadisələr haqqındadır.

Haqqında

Tarixi faktlara əsasən yazılmış əsərin müəllifi Mehriban Ələkbərzadədir.[1] Əsərdə XX əsrin 30-cu illərində Azərbaycanda baş verən Stalin repressiyalarıdan əziyyət çəkən qadınların sürgündəki həyatları təsvir edilib.[2] Tamaşa Əhməd Cavadın 130 illiyinə, repressiya qurbanı olmuş böyük fikir adamlarına və onların ailə üzvlərinə, xanımlarına ithaf olunub.[3][4]

Tamaşanın premyerası 2022-ci il dekabrın 17-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında keçirilib.[5]

Tamaşada şairə sürgün edilmiş 37 azərbaycanlı qadının[6] həyatı o cümlədən də şairə Ümmügülsümün, şairə və Mikayıl Müşfiqin həyat yoldaşı Dilbər Axundzadənin, Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Cavadın, aktrisa Panfiliya Tanailidinin, pianoçu Xədicə Qayıbovanın, Quba Qızlar Seminariyasının direktoru Sənubər Eyyubovanın, jurnalist Mədinə Qiyasbəylinin, ictimai-siyasi xadimlər Ceyran Bayramovanın, Ayna Sultanovanın həbsxanada və ya sürgündə başlarına gələn hadisələr real faktlar əsasında səhnələşdirilib.[7][8]

Tamaşanın heyəti

Yaradıcı heyət[9]

  • Quruluşçu rejissor - Mehriban Ələkbərzadə
  • Quruluşçu rəssam — Mustafa Mustafayev
  • Bəstəkar — Azər Hacıəsgərli
  • İşıq üzrə rəssam — Vadim Kuskov
  • 2-ci Rejissorları — Nihad Qulamzadə, Gülnar Hacıyeva[10]
  • Rejissor assistentləri — Günay Qasımova, Sevda Hacışəmiyeva[11]

Rollarda[9]

Mühim işler üzre müstentiq - Şövqi Hüseynov

Müstentiq- İlham Esedov

Müstentiq- Vüqar Memmedeliyev

Müstentiq- Elnur Kerimov

Həmçinin bax

İstinadlar

  1. ""Kod adı: V.X.A" tamaşası növbəti dəfə səhnədə" (az.). Azərbaycan Dövlət İnformasiya Agentliyi. 2023-02-27. 2023-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-06.
  2. Резникова, Валентина. "Тридцать седьмая". regionplus.az. 2023-04-15. 2023-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-16.
  3. "Kod adı – V.X.A – (Xalq düşmənlərinin arvadları...)" (az.). 525-ci qəzet. 2022-06-17. 2022-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-06.
  4. ""Kod adı: V.X.A" faciəsi səhnədə". Xalqqazeti.az (az.). İstifadə tarixi: 2023-10-16.
  5. ""Kod adı "V.X.A" – Gənc Tamaşaçılar Teatrında premyera" (az.). medeniyyet.az. 2022-12-18. 2022-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-27.
  6. "Kod adı: "V.X.A." – Repressiya qadınları". Kulis.az (az.). 2023-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-16.
  7. "KOD ADI – VXA". teatro.az (az.). 2023-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-16.
  8. "Kod adı V.X.A. Vətən Xainlərinin Arvadları – 37 ilin 37 qadını – İlqar FƏHMİ". Edebiyyatqazeti.az. 2023-10-01. 2023-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-16.
  9. "Kod adı – V.X.A." (az.). Gənc Tamaşaçılar Teatrı. 2023-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-16.
  10. "Премьера в Баку! Код V.X.A - что происходило в лагере жен врагов народа (ФОТО)". Trend.Az (rus). 2022-12-17. 2022-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-16.
  11. ""Kod adı V.X.A" təqdim olundu" (az.). 525-ci qəzet. 2022-12-21. 2022-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-06.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.