Kocaeli yarımadası
Kocaeli yarımadası (türk. Kocaeli) — Türkiyə ərazisində, Kiçik Asiya yarımadasının şimal-qərbində yerləşir. Qara dənizi (şimal) Mərmərə dənizindən (cənub) ayırır. Qərbdə Bosfor boğazı yerləşir. Cənubda Mərmərə dənizinin akvatoriyasına daxil olan İzmit körfəzi onun sahillərini yuyur. Bosfor və İsmit körfəzlərinin ərazisində sınma qırılma xətti keçdiyindən yarımada yüksək seysmikliyə malikdir.
Kocaeli yarımadası | |
---|---|
Yerləşməsi | |
41°00′ şm. e. 29°36′ ş. u. | |
Akvatoriya | Qara dəniz/Mərmərə dənizi |
Ölkə | Türkiyə |
|
Uzunluğu 75 km, eni 50 km təşkil edir. Yarımadadan vənubda arxipelaq yerlşir. Ərazidən dağ silsilələri keçir, bu da Pont dağlarının ardını təşkil edir. Ən hündür nöqtəsi 537 m təşkil edir. Əsas çayları olan Riva, Çayağzı, Ağva və Çanaq Qara dənizə, Kurbağalıdere Mərmərə dənizininə, Göysu və Küçüksu isə Bosfor boğazına tökülür.[1]. Mərkəzdə Omerli gölü vardır.[2]
Aralıq dənizi iqlim tipinə malikdir. Bununla belə qışda şimaldan əraziyə soyuq hava kütlələri daxil olur. Burada əsasən şimalda makvis geniş yayılmışdır. Cənub isə tamamən antropogenləşmişdir. Kənt bitkiçiliyin üzüm və tut plantasiyaları salınmışdır. Yarımadanın cənub və cənub-qərbində insanlar daha çox məskunlaşmışlar. Burada İstanbulun 13 bölgəsi yerləşir.
Ekoloji cəhətdən vəziyyət ilbəil pisləşir. Bunula belə yarımadanın cənubunda kurort zonası vardır.
İstinadlar
- "Lakes and Rivers of Istanbul — Turkey". 2015-05-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-06-26.
- "Яндекс. Карты". 2016-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-26.