Kocaeli ili

Kocaeli iliTürkiyədə il. Türkiyənin ən sıx 11-ci ilidir. 2013-cü ilin əhalinin siyahıya alınmasına görə əhalisi 1,676,202 nəfərdir. Kocaeli 12 ilçədən ibarətdir. Adı 1320-ci ildə İzmit şəhərini kəşf edən Akça Kocanın şərəfinə Kocaeli adlandırılıb. 2 Sentyabr 1993-cü il tarixli dövlət qərarı ilə böyük şəhər adlandırıldı. Kocaeli Pişmaniye adlı şirniyyatı ilə dünyada məşhurdur. Bu ilin adı həmçinin 1999-cu ildə baş vermiş Kocaeli zəlzələsi ilə dünyada tanınıb. Bu zəlzələ nəticəsində 17 minə yaxın insan həyatını itirmişdir.

İzmitdə olan 3 piyada üstkeçidindən biri. Adnan Menderes körpüsü
Kocaeli ili
Kocaeli ili

40°45′52″ şm. e. 29°56′41″ ş. u.


Ölkə
İnzibati mərkəz İzmit
Tarixi və coğrafiyası
Sahəsi
Əhalisi
Əhalisi
  • 1.851.790 nəf. (2021)[3]
Rəqəmsal identifikatorlar
ISO kodu TR-41
Telefon kodu 262
Poçt indeksi 41000–41999
Avtomobil nömrəsi 41
Rəsmi sayt
Kocaeli ili xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafiyası

Kocaeli, Mərmərə bölgəsinin Çatalca-Kocaeli hissəsində 29° 22'—30° 21' şərq uzunluğu və 40° 31'—41° 13' şimal enliyində yerləşir. Şərq və cənub-şərqində Sakarya, cənubunda Bursa, qərbində Yalova, İzmit körfəzi, Mərmərə dəniziİstanbul, şimalında isə Qaradəniz ilə həmsərhəddir. İlin mərkəzi İzmitin şərqindən keçən 30° şərq uzunluğu Türkiyənin saat qurşağı olaraq qəbul edilib. Kocaelinin sahəsi 3,623 km²-dir. Avropa ilə Asiyanı birləşdirən yolun üzərində yerləşərək, əlverişli coğrafi mövqeyə malikdir. İstanbul ilə şimal-qərb sərhədləri Gebze ilə İstanbul arasından axan Kemiklidərə çayının şərqindən keçir. Bursa ilə sərhəd isə Samanlı dağları ilə ayrılır. İldə bir çok kiçik dərələr və vadilər mövcuddur. Düzənliklər əsasən çayların gətirmələri ilə formalaşmış allüvial düzənliklər şəklindədir. Kocaeli yarımadasının indiki halı İzmit körfəzi və Sapanca gölü kimi tektonik çöküntülər, regionun relyefini forlaşmasına təsir etmişdir. Belə ki, bu relyef Qaradənizdən, Mərmərə dənizinə doğru terrasvari relyef formalaşdırmışdır. İl torpaqlarında formalaşan suların bir hissəsi Qaradənizə, bir hissəsi isə Mərmərə dənizinə tökülür. Gebzenin Təpəcik kəndi yaxınlarında yaranan 71 km uzunluğundakı Riva dərəsi, İstanbul boğazı yaxınlığında Qaradənizə tökülür. İl daxilində Qaradənizə tökülən ən əsas çay, Kandıra ilçəsindən axan Sansudur. 1997-ci ildə Kirazdərə çayı üzərində Kirazdərə su anbarı tikilmişdir. Gebze ilçəsindəki Dilovası çayının uzunluğu 12 km-dir. Kocaelinin ən böyük kəndi 2 min nəfər əhalisi ilə Karaağac kəndidir. Kocaelinin ən böyük gölü Sapanca gölüdür. Onun 7 km-lik hissəsi bu ilin daxilində yerləşir və sahəsi 47 km²-dir.

İqlimi

Körfəz və Qaradəniz sahillərində mülayim, dağlıq ərazilərdə isə sərt iqlim hakimdir. Kocaelinin iqlimi Aralıq dənizi iqlim tipi ilə Qaradənizin iqliminin qarışığı hesab etmək olar. İl mərkəzində yay ayları isti və az yağışlı, qış aylarında yağıntılı, bəzən qarla müşahidə olunan soyuq iqlim hakimdir. İl ərzində qarlı günlərin sayı 12 gündür. Kocaelinin Qaradəniz sahili ilə Mərmərə dənizi sahilləri arasında iqlimində fərqliliklər gözə çarpır. Belə ki, yay aylarında körfəz sahilində isti hava müşahidə olunudğu halda Qaradəniz sahilləri nisbətən sərin olur. İl mərkəzində ən yüksək temperatur 44,1 °C (23 İyul 2000) ilə müşahidə olunmuşdur. Ən aşağı temperatur isə -8,3 °C (23 fevral 1985) olmuşdur. Orta illik ampilituda 14,8 °C-dir. Qaradəniz sahilində yağıntıların miqdarı 1,000 mm, cənuba doğru isə yağıntılar azalaraq 800 mm-ə çatır. Samanlı dağlar ətəklərindəki iqlim Qaradəniz sahili iqlimini xatırladır. Qış aylarında küləyin istiqaməti şimal, şimal-şərq olduğu halda, yay aylarında külək şimal-şərqdən əsir.

Təhsil

Kocaelidə ən yüksək təhsil müəssisəsi Kocaeli Universitetidir. Bundan başqa müxtəlif texnikom və insitutlar da fəaliyyət göstərir.

Demoqrafiya

Əhalinin illər üzrə demoqrafiyası

İlÜmumiDəyişiklikSıraFaiz
1965335,518-40.1,07%
1970385,40815% 39.1,08%
1975477,73624% 34.1,18%
1980596,89925% 29.1,33%
1985742,24524% 24.1,47%
1990936,16326% 18.1,66%
20001,206,08529% 15.1,78%
20071,437,92619% 12.2,04%
20081,490,3584% 12.2,08%
20091,522,4082% 11.2,1%
20101,560,1382% 11.2,12%
20111,601,7203% 11.2,14%
20121,634,6912% 11.2,16%
20131,676,2023% 11.2,19

İlçələri

Kocaelinin ilçələri

Kocaelidə 12 ilçə və 243 kənd vardır. İzmitdən 15 km məsafədə hərbi və ölkədaxili sərnişin nəqliyyatı üçün Cengiz Topel adına aeroport yerləşir.

SıraİlçəƏhali
1.İzmit313,964
2.Gebze297,029
3.Darıca140,302
4.Gölcük136,035
5.Körfez130,730
6.Derince123,136
7.Kartepe90,407
8.Çayırova82,494
9.Başiskele66,183
10.Karamürsel50,886
11.Dilovası44,258
12.Kandıra46,984

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.