Kobra manevri
Kobra manevri — ilk dəfə 1980-ci illərdə Viktor Pugachev tərəfindən Suxoy Su-27 təyyarəsi ilə göstərilmişdir. Bu manevr, hava döyüşündə baş-başa döyüşlərdə (it savaşı) istifadə edilir. Müəyyən bir miqdar hündürlüyə çıxandan sonra sürəti anidən aşağı salmaq ilə bu manevr həyata keçirilir. Beləliklə də, arxadakı düşmən hərbi təyyarəsinin altdan keçərək irəliyə doğru hərəkətinə şərait yaradılır. Lingin irəliyə tərəf itələnməsi ilə də, düşmən təyyarəsinin arxasına keçərək atəş açmaq üçün əlverişli vəziyyətə keçmək mümkündür.
Manevrin mərhələləri
Manevr 4 mərhələdən ibarətdir:
- Təyyarə 110°-lik bucaq vəziyyətinə gətirilməlidir;
- 90°-lik bucaq vəziyyətinə gətirilib quyruğun aşağıya doğru meyilləndirilməsi pozasına keçilməlidir;
- Təyyarənin burnu önə doğru əyilərək təyyarənin üfüqi vəziyyətə keçməsi təmin edilir;
- Təyyarənin tamamilə üfüqi vəziyyətə keçməsi üçün sürəti artırılır.
Kobra manevrinin aviasiyaya olan təsirləri
Kobra manevi Suxoy Su-27-dən başlayaraq bütün Suxoy döyüş təyyarələrində və bəzi MiG döyüş təyyarələrində həyata keçirilə bilir. Qərb təyyarələri arasında manevri reallaşdırmağı bacaran təyyarələr: