Kobe məscidi

Kobe məscidi (神戸モスク, Kōbe Mosque) və ya Kobe Müsəlman Məscidi (神戸ムスリムモスク, Kōbe Muslim Mosque)1935-ci ilin oktyabrında Hyoqo prefekturasının Kobe şəhərində açılmış məscid. Yaponiyadakı ilk məsciddir.[1] Məscid 1928-1935-ci illərdə Kobe İslam Komitəsi tərəfindən yığılmış ianələr hesabına tikilmişdir.[2] 1943-cü ildə Yaponiya İmperiya donanması tərəfindən müsadirə edilmişdir. Lakin bugünə kimi fəaliyyət göstərməyə davam edir. Məscid Kobenin əcnəbilərin üstünlük təşkil etdiyi Kitano rayonunda yerləşir. Bünövrə və quruluşunun hesabına 1945-ci ildə hava hücumlarına və 1995-ci ildə Böyük Hanşin zəlzələsinə tab gətirə bilmişdir. Məscid bir çox qədim qərb üslubunda tikilmiş tikililərin yerləşdiyi turistik ərazidə yerləşir.

İslam
Kobe məscidi
yap. 神戸モスク
Yerləşməsi
Ölkə  Yaponiya
Şəhər Kobe
Yeri Kitano
Memarlıq
Üslubu Osmanlı memarlığı
Minarələrin sayı 2
Vəziyyəti fəaliyyət göstərir
Kobe məscidi xəritədə
Kobe məscidi
Kobe məscidi
Saytı
kobe-muslim-mosque.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məscid Yaponiyadakı bir çox Qərb dini tikililərin müəllifi olmuş çex memar Yan Yosef Zvaqrın (1885–1969) layihəsi əsasında ənənəvi hind üslubunda tikilmişdir.

Həmçinin bax

İstinadlar

  1. Penn, M. "Islam in Japan," Harvard Asia Quarterly Arxivləşdirilib 2007-02-02 at the Wayback Machine Vol. 10, No. 1, Winter 2006., retrieved February 26, 2007
  2. Agakhan third was a major contributor and then East Pakistan Prime Minister met Emperor of Japan to discuss the building of a mosque and Emperor was gracious enough to offer a land for its construction.Kobe Mosque Official Website Arxivləşdirilib 2007-01-20 at the Wayback Machine - "History", retrieved February 26, 2007

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.