Kobaninin mühasirəsi
Kobaninin mühasirəsi — Suriyanın Kobani şəhəri uğrunda 2014-cü ilin 16 sentyabr tarixindən başlayan və 2015-ci il 26 yanvar tarixində İŞİD-in məğlubiyyəti ilə başa çatan qanlı döyüşlər. Şəhər yenidən YPG güclərinin nəzarəti altına keçmişdir.
Kobani blokadası | |||
---|---|---|---|
Tarix | 16 sentyabr 2014 — 26 yanvar 2015 | ||
Yeri | Eyn-əl-Ərəb, Suriya | ||
Səbəbi | İraq Şam İslam Dövlətinin ərazini işğal etmək istəyi | ||
Nəticəsi |
Şiddətli döyüşlər davam edir:
|
||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Ümumi itkilər | |||
|
|||
160.000[15]-200.000[16] arası insan döyüşlərdən qaçaraq Türkiyə ərazisinə sığınıb. | |||
Vikianbarda əlaqəli mediafayllar |
Eyn-əl-Ərəb şəhərində əsasən etnik kürdlər yaşayır və şəhər kürdlər tərəfindən (kürd. Kobanê) adlandırılır. Suriyanın əsasən mərkəzi hissələrində aparılan hərbi əməliyyatlarda iştirak edən İŞİD silahlıları sentyabr ayının ortalarından etibarən ölkənin şimal bölgələrinə doğru həmlələr etməyə başlamış və həmin ərazilərə gözlənilməz hücumlar təşkil etmişdir. Kürd birliklərini hazırlıqsız yaxalamağı bacaran İŞİD döyüşçüləri Eyn-əl-Ərəb əyalətində 2014-cü il 2 oktyabr tarixinə olan məlumata əsasən 350-dən çox kürd kəndini işğal etmişdir.[17] Eyn-əl-Ərəbdə yaşayan 200 minə yaxın etnik kürd davam etməkdə olan qanlı döyüşlərdən xilas olmaq üçün Suriya-Türkiyə sərhədinə cəmləşmişdir.
Türkiyə hökumətinin icazəsindən sonra Eyn-əl-Ərəbdən gələn qaçqınların ölkəyə buraxılmasına başlanıb və onların təhlüksəziliyi təmin edilib. 5 oktyabr tarixinə olan məlumatlara əsasən Eyn-əl-Ərəb şəhərinin ətraf əraziləri və kəndləri tamamilə İraq Şam İslam Dövlətinin nəzarəti altındadır. YPG və PKK silahlıları isə Eyn-əl-Ərəb şəhər mərkəzinin müdafiəsini təmin edirlər. İŞİD ən qısa zamanda şəhəri tamamilə ələ keçirməyi hədəfləsə də ciddi müqavimətlə rastlaşmışdır.
134 gün davam edən silahlı toqquşma 2015-ci ilin 26 yanvar tarixində rəsmən yekunlaşmışdır. ABŞ və NATO birliklərinin hava dəstəyi ilə irəliləyən YPG gücləri şəhərin mühüm nöqtələrini ələ keçirməyi bacarıb. 24 yanvar tarixində şiddətlənən və 2 gün davam edən həlledici döyüşlərin ardından İŞİD silahlıları şəhərdən və ətraf ərazilərdən geri çəkilmək məcburiyyətində qalmışdılar.
İstinadlar
- "Clashes continue around Kobane - http://live.aljazeera.com". 2014-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-06.
- "Kurd Leader Warns Turkish Peace Hinges on Besieged Town". 2014-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-06.
- ""Organization "Islamic state" on the outskirts of the eye Arabs "Kobanî" East"". 2014-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-06.
- "Besieged Syrian Town near Turkish Border under Heavy Fire". 2014-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-06.
- "Kurdish forces continue fight in Syria, regain control of some Iraqi towns". 2014-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-06.
- "lashes continue around Kobane - http://live.aljazeera.com II". 2014-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-06.
- "ISIS set to capture Kobani, finish major land grab". 2022-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-06.
- "1,500 Kurdish Fighters Join Forces Against IS in Syria". 2014-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-06.
- "Kurdish fighter: ISIS has entered Syrian city of Kobani". 2015-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-06.
- "ISIS is now only 2.5km away from #Kobane, with 4,000 fighters closing in on Kobane itself with 420,000 civilians inside the city". 2022-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-06.
- "Fears of massacre as Isis tanks lead assault on Kurdish bastion". 2020-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-06.
- "More than 1,000 killed in battle for Kobani: Syrian Observatory for Human Rights". 2014-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-15.
- "More than 800 people killed since the beginning of clashes in Kobani". 2015-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-15.
- "About 60,000 Syrian Kurds flee to Turkey from Islamic State advance". 2015-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-06.
- "Over 160,000 Syrian refugees flood Turkey". 2014-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-06.
- "SOHR appeals urgently to rescue more than 200,000 displaced". 2015-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-06.
- "Turkey's Parliament Approves Military Action Against ISIS In Syria, Iraq". 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-06.