Koaksial kabel
Koaksial və ya qısaca "koaks" kabel, (ing. Coaxial cable) əsasən səs və video siqnallarının göndərilməsində istifadə olunan kabel növü.[1]
Aşağıdakı seriyaya aiddir: |
Antenalar |
---|
Əsas tiplər
|
Komponentlər
|
Sistemlər
|
Təhlükəsizlik və tənzimləmə
|
Radiasiya mənbələri /
regionları
|
Xüsusiyyətlər
|
Siyahı
|
Təsviri
Koaksial kabel mərkəzdə ötürən sim, kabelin çölündə bir plastik təbəqə, onun üstündə tor şəklində qoruma teli, ən çölündə yumşaq rezin çöl örtük olan bir kabel növüdür. Koaksial kabel elektromaqnit qarışıqlığı olan mühitdə aşağı gücdə siqnalları ötürmək üçün hazırlanmış bir kabeldir. Bütün şəbəkələrdə informasiya radio siqnallarına çevrilir və dalğavarı sinusoid formasında digərlərinə ötürülür. Əgər əsas mərkəzdəki simin üstü açıq olarsa o zaman informasiya göndəriləndə getdiyi yol boyunca itkiyə məruz qala bilər. Şəkildə sim üzərində plastik örtük olduğunu və onun da üzərində tor şəkilli qoruyucu ilə örtüldüyünü göstərmişdim. Plastik örtük informasiya dalğalarının sabit şəkildə ötürülməsini təmin edir. Yuxarıdakı qoruyucu rolunu oynayan tor sim maqnetik məkanlarda ötürmə dalğalarına mane ola biləcək maqnetik dalğalardan qorumaq üçündür. Koaksial kabel çox geniş istifadə olunmaqdadır. Əsasən səs və video siqnallarının göndərilməsində istifadə olunur. Çox fərqli formalarda qarşınıza çıxa bilər. Ancaq kompüter şəbəkələrində indiyə qədər istifadə olunan iki tip koaksial kabel vardır: RG-8 və RG-58. Koaksial kabel tipləri özləri RG kodlarına sahibdir. Kabel müəyyən bir uzunluqda maqnetik elektrik axımına qarşı dura bilir. Koaksial kabellər çöldən baxıldığında bir-birlərinə çox bənzəyirlər, ancaq kabelə daha yaxından baxanda üzərində RG kodunu və om gücünü görə bilərsiniz. Kompüter şəbəkələri üçün koaksial kabelin omeqa dəyəri "50 " və ya "75" şəklində "om" yazılır.
Koaksial kabel verilənlərin ötürülməsi üçün, xüsusilə də korporativ mühitdə qeyri-effektivdir, çünki onun buraxma qabiliyyəti 10 Mbit/san ilə məhdudlaşır. Bu tip kabel bu gün bir çox məqsədlər üçün, o cümlədən kabel televiziyası şəbəkələri üçün istifadə olunsa da, kompüter şəbəkələrində o, nadir hallarda tətbiq edilir və yeni Ethernet şəbəkələrin əksəriyyəti üçün uyğun gəlmir.
1929-cu ildə amerikalı alimlər, "AT&T Bell Telephone Laboratories" şirkətinin əməkdaşları Lloyd Espenşid (Lloyd Espenschied) və Herman Effel (Herman Affel) ilk müasir koaksial kabeli patentləşdirmişlər.
İstinadlar
- (az.) Koaksial Kabel haqqında Arxivləşdirilib 2020-10-20 at the Wayback Machine
Ədəbiyyat
- Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Xarici keçidlər
Həmçinin bax
- RG-8
- RG-58