Koa

KoaHindistan yarımqitəsinə məxsus süd məhsulu. Əsasən Hindistan, Nepal, BanqladeşPakistanda tədarük olunur. Qurudulmuş yağlı süddən və ya ağzı açıq dəmir tavada isidilərək qatılaşdırılmış süddən hazırlanır. Sululuq səviyyəsi tipik təzə pendirlərdən (məsələn, rikottadan) daha aşağıdır.[1]

Koa
Aid olduğu milli mətbəxlər
Kamal paşa şirniyyatı[d]
Mənşəyi
Tərkibi
Əsas

Hazırlanması

Nepalda koa satıcısı

Koa istehsalında südün qatılığının 1/5 miqdarda olması kifayətdir. Koa bir sıra Hindistan şirniyyatlarının hazırlanması zamanı təməl inqrediyent kimi isifadə olunur. Hindistanda hər il təxminən 600,000 metrik ton koa istehsal olunur. Koa həm inək, həm də camış südündən hazırlanır. Koa tam yağlı südün böyük və dayaz dəmir qazanda bir neçə saat orta dərəcədə qaz üzərində qaynadılması ilə əldə edilir. Tərkibindəki suyun tədricən buxarlanması bərkimiş süd qalıqlarının qalması ilə nəticələnir. Yanmanın qarşısını almaq üçün ideal temperatur təxminən 80 °C-dir (180 °F).[2] Koanın daha tez hazırlanmasının digər üsulu yağsız südə tam yağlı quru südü əlavə edib bərkiyənədək qarışdırmaq və qızdırmaqdır. Lakin sonuncu hazırlanma qaydası koanın ənənəvi hazırlanma üsulu olmadığından eyni dadı verməyə bilər.

Adətən koa ağ və ya solğun sarı rəngdə olur. Qışda hazırlandıqda yayda istifadə edilmək üçün saxlanıla və bu zaman saxlandığı qabın (zərərsiz halda) təsiri ilə yaşıl çalar və dən-dən görüntü alına bilər. Belə koa hariyali (yaşıl koa) adlanır və adətən koanın daha çox bişirildiyi reseptlərdə (məsələn, gülab camun hazırlanarkən) istifadə olunur. Soyuducunun meydana gəlməsi ilə hariyali istehsalı azalmışdır.

Növləri

Maysurda südlü koa satışı

Koanın müxtəlif növləri var. Tərkibindəki suyun miqdarından asılı olaraq təsnif olunur:

  • Batti "qaya" deməkdir, kütləsinin 20%-ni su təşkil edir. Ən bərk koa növüdür. Pendir kimi rəndələnə bilər. 1 ilə qədər saxlanılarsa, özünəməxsus ətri və səthində kif yaranır.[2]
  • Çikna ("sürüşkən" və ya "əzilən") koanın 50%-i sudan ibarətdir.[2]
  • Daanedaar taxıl çeşididir. Hazırlanması zamanı süd qaynayarkən qatılaşır. Orta sululuğa malikdir. Kalakand, qourd barfi və digər şirniyyatlar hazırlanarkən istifadə edilir.[2] It is used for preparing kalakand, gourd barfi and other sweets.[3]
  • Pindi quru koadır. Barfi və peda hazırlanması zamanı istifadə olunur.[3]
  • Dhap az quru versiyasıdır. Gülab camun və pantua hazırlanması üçün istifadə edilir.[3]

İstinadlar

  1. indiacurry.com Fuzzy Math for reducing milk Arxivləşdirilib 2007-10-12 at the Wayback Machine Retrieved 2008-02-24.
  2. indiacurry.com Making khoya mawa Recipe Arxivləşdirilib 2007-10-12 at the Wayback Machine Retrieved 2008-02-24.
  3. SN Mahindru. Milk & Milk Products. APH. 2009. səh. 23. ISBN 978-81-313-0414-3.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.