Koşexabl rayonu
Koşexabl rayonu (adıq Кощхьабл район) — Rusiya Federasiyası, Adıgey Respublikasının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Koşexabl qəsəbəsidir.
Koşexabl rayonu | |||
---|---|---|---|
|
|||
44°54′00″ şm. e. 40°28′59″ ş. u. |
|||
Ölkə | |||
Tarixi və coğrafiyası | |||
Yaradılıb | 1934 | ||
Sahəsi |
|
||
Saat qurşağı | |||
Əhalisi | |||
Əhalisi |
|
||
Rəqəmsal identifikatorlar | |||
Telefon kodu | 87770 | ||
Rəsmi sayt | |||
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
Rayonu Adıgey Respublikasının mərkəz hissəsində yerləşir. Şaquli olaraq şimaldan cənuba doğru uzanır. Rayonun şimaldan cənuba doğru uzunluğu 75 km, qərbdən şərqə 17 km-dir. Rayonun ümumi sahəsi 607,52 km² təşkil edir. Burada 9 kənd inzibati vahidliyinə 24 yaşayış məntəqəsi daxildir. Aşağıdakı ərazilərlə həmsərhəddir: qərbə Qiaqin rayonu, şimal-qərbdə Şovqenov rayonu, qərbdə Kurqanin rayonu, cənub-şərqdəki Labinski rayonu və cənub-qərbdə Mostovrayonu. Respublikanın dağətəyi zonasında yerləşir. Ərazisi əsasən təpələrdən ibarətdir. Cənub və cənub-qərbdə relyef tədricən dağlıq əraziyə keçr. Torpaq örtüyü qaratorpaqdır.
Hidroqrafik şəbəkə əsasən bir çox bulaq çayları ilə təmsil olunur. Ən böyük və ən əhəmiyyətlisi çayları: Laba, Xodz, Fars, Çexrak və digərləri[2]..
Rayonun iqlimi rütubətli və mülayimdir. Qara dənizə yaxınlığı nəzərə çarpacaq dərəcədə iqlimə təsir göstərir. Havanın orta temperaturu iyulda + 23.5 ° C-dən yanvarda 0 ° C-ə qədər dəyişir. Ən yüksək temperatur avqustun əvvəlində, ən aşağı isə yanvarın sonu və ya fevralın əvvəlində müşahidə olunur. Orta illik yağıntının miqdarı təxminən 750 mm-dir. Ən çox yağıntı yayda düşür.
Tarixi
Koşexabl rayonu 28 dekabr 1934-cü ildə Azov-Qara dəniz diyarının bir hissəsi olaraq Adıgey Muxtar Vilayətinin tərkibində, Şovgenov rayonundan ayrılmaqla təşkil olunur. Əvvəlcə rayona 9 kənd sovetliyi daxil idi: Bleçepsinski, Volnı, Dmitrievski, Yeqeruxay, İqnatiev, Koşexabl, Natyrbovsky, Xaçemziev, Xodzenski. 1956-cı il 7 dekabr - 1958-ci il 21 mart tarixlərində rayon ləğv edilmiş Şovqenov rayonu ərazisinin bir hissəsini təşkil edirdi. 1 fevral 1963-cü ildən 12 yanvar 1965-ci ilədək rayon ləğv edilmiş və ərazisi Şovqenov rayonuna birləşdirilmişdi 1993-cü ildə kənd sovetliklərinin fəaliyyətinə son verildi və kənd idarələrinin əraziləri kənd dairələrinə çevrildi. 2005-ci ildə rayonda kənd dairələri ləğv edildi və kənd yaşayış məntəqəsi statusu ilə 9 bələdiyyə təşkil olundu.
Əhali
- Milli tərkib
2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə rayonun milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[3]:
xalq | say, nəf. |
ümumi əhaliyə olan nisbət, % |
---|---|---|
adıqlar | 15 711 | 51,64 % |
ruslar | 12 147 | 39,93 % |
ermənilər | 612 | 2,01 % |
tatarlar | 583 | 1,92 % |
qaraçılar | 565 | 1,86 % |
digərləri | 655 | 2,15 % |
milliyətini bildirməyənlər | 149 | 0,49 % |
ümumi | 30 422 | 100,0 % |
- Cins tərkibi
2010-cu il Ümumrusiya siyahıya alınmasına olan məlumat[4]:
Yaş | Kişilər, nəf. | Qadınlar, yaş. | Ümumi say. | ümumi əhaliyə olan nisbət, % |
---|---|---|---|---|
0 — 14 yaş | 3 053 | 2 921 | 5 974 | 19,64 % |
15 — 59 yaş | 9 263 | 9 635 | 18 898 | 62,12 % |
60 yaşdan yuxarı | 2 042 | 3 508 | 5 550 | 18,24 % |
ümumi | 14 358 | 16 064 | 30 422 | 100,0 % |
Kişilər — 14 358 nəf. (47,2 %). Qadınlar — 16 064 nəf. (52,8 %).
Əhalinin orta yaşı — 37,5 yaş. Kişilərin orta yaşı — 35,5 yaş. Qadınların orta yaşı — 39,3 yaş.
İstinadlar
- Численность постоянного населения по МО и населенным пунктам Республики Адыгея по состоянию на 1 января 2020 года.
- "Кошехабльский район". 2019-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-30.
- "Всероссийская перепись населения 2010 года. Численность населения Республики Адыгея. Том 4. Национальный состав" (PDF). 2013-11-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2014-09-11.
- "Том 2. Возрастно-половой состав населения и состояние в браке" (PDF).