Knos

KnosMinoy sivilizasiyasının paytaxtı olan qədim şəhərdir. Kritin şimalında, Heraklion şəhərinin yaxınlığında yerləşir. Knos sarayı qədim şəhərin ən vacib tikintisidir. Qədim qazıntı sahəsindən aşkarlanmış bir çox əşyalar Heraklion Arxeologiya Muzeyində sərgilənir. Bu obyektlərdən ən məşhuru, bütün Krit ilə eyniləşdirilən bir ilanlı ana ilahə fiqurudur. Knos sarayını meydana çıxaran arxeoloq Artur Evans, sarayın sənəti və memarlığı haqqında dəyərli məlumatların gün üzünə çıxarılmasında böyük rol oynamışdır. Sarayın təməllərində Neolit ​​dövrünə qədərki yaşayış məskənləri müəyyənləşdirilmişdir. Lakin Knosdakı sarayın ilk dəfə e.ə. 1900-cü ildə tikildiyi məlumdur. Knos sarayı bir çox həyət və otaqdan ibarət olduğu üçün labirintə bənzəyirdi. Bu səbəblə TheyusMinotavr canavarı əfsanələrinin mövzusu olmuşdur.

Artur Evansın Minos Sarayının restavrasiya işlərindən bir hissə

Qaleriya

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.