Klivlend şou

"Klivlend şou" (ing. The Cleveland Show) — Set Makfarleyn, Riçard Eppel və Mayk Henri tərəfindən "Fox Broadcasting Company" teleşirkəti üçün "Qriffinlər" serialının bir spin-offu olaraq yaradılan ABŞ animasiya sitkomu. Süjetin mərkəzində valideynlər, Klivlend BraunDonna Tabbs, onların uşaqları, Klivlend Braun Kiçik, Roberta Tabbs və Rallo Tabbs ibarət yaxşı vəziyyətdə olmayan Klivlend-Tabbs ailəsi durur. Serialın yumorunun böyük bir hissəsini, "Qriffinlər" kimi çox vaxt ümumi süjet ilə heç bir əlaqəsi olmayan, ABŞ mədəniyyətini həcv edən, katevey-zarafatlar təşkil edir. Pilot seriya üçün olan DVD şərhinə əsasən, serial "Qara Qriffinlər" adlandırılacaqdı.[1]

Klivlend şou
The Cleveland Show
Loqonun şəkli
Janr Sitkom[1]
Müəllif Set Makfarleyn
Riçard Eppel
Mayk Henri
İstehsalçı Person Unknown Productions
Happy Jack Productions
Fuzzy Door Productions
Person Unknown Productions
Fox Television Animation
20th Century Fox Television
Səsləndirənlər Mayk Henri
Sena Latan
Kevin Maykl Riçardson
Riqan Qomez-Preston
Ceyson Sudeykis
Set Makfarleyn
İlkin mövzu disfunksional ailə[d]
Bəstəkar Volter Mörfi
İstehsalçı ölkə  ABŞ
Dil İngilis
Mövsüm sayı 4
Buraxılış sayı 88
İlk buraxılış 27 sentyabr 2009
Sonuncu buraxılış 19 may 2013
Buraxılışların siyahısı Klivlend şou cizgi serialının seriyalarının siyahısı
İstehsal
Prodüser Kara Vallou
Kortni Lilli
İcraçı prodüser Set Makfarleyn
Riçard Eppel
Mayk Henri
Kamera Təkkameralı çəkilişin animasiyalı təsviri
Müddəti 21-22 dəq.
Veriliş
Kanal Fox
Təsvirin formatı 720p (16:9 HDTV)
Translyasiya dövrü 27 sentyabr 2009 – 19 may 2013
Xronologiyası
Oxşar verilişlər Qriffinlər
Rəsmi sayt
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Serialı yaratmaq fikri Set Makfarleynin ağlına "Fox Broadcasting Company" üçün "Qriffinlər" və "Amerikan ata!" seriallarını hazırlayıb işləməsindən etməsindən sonra, 2007-ci ildə gəlmişdir. Makfarleyn serialı "Qriffinlər" personjları olan Klivlend Braun, yeni arvadı Donna Tabbs, ögey uşaqları Rallo və Roberta Tabbs və öz uşağı Klivlend Braun Kiçik üzərində mərkəzləşdirmək qərarına gəlmişdir.

Serial 27 sentyabr 2009-cu ildən, 19 may 2013-cü ilə qədər efirə verilmişdir. Serial, 4 illik ömründə 4 mövsüm və 88 seriya edirə vermişdir. "Klivlend şou" bir Enni mükafatına, bir Praym-taym Emmi mükafatına və iki Yeniyetmə Seçimi mükafatına namizəd olmasına baxmayaraq, media tənqidçiləri tərəfindən qarışıq rəylər almışdır. Serial 4 mövsüm sonra ləğv edilmişdir.[2] Klivlend-Tabbs ailəsi "Qriffinlər"in XII mövsümünün "O, qa-aradır!" adlı seriyasında geri qayıtmışdır.

İstehsal

İnkişaf

Serialı yaratmaq fikri Set Makfarleynin ağlına "Fox Broadcasting Company" üçün "Qriffinlər" və "Amerikan ata!" seriallarını hazırlayıb işləməsindən etməsindən sonra, 2007-ci ildə gəlmişdir.[3][4]

"Klivlend şou" ilk dəfə "Fox"un serialı yaradıcılardan almasından sonra,[5] inkişaf proqramında 2008-ci ilin əvvəllərində görünmüşdür. 5 may 2008 tarixində Set Makfarleyn və 20th Century Fox Television bir müqavilə imzalamışdır.[6] Pilot 2008-ci ilin may ayında, serial 2008–09 ABŞ televiziya mövsümünün praym-taym proqramında göstərilən zaman, Klivlend şou adlandırıldığı rəsmi olaraq açıqlanmışdı.[7] Təpənin kralı serialı bitdikdən sonra Klivlend şou efirə çıxacaqdı. Bu açıqlamadan sonra 9 yeni seriya sifariş edilmiş, bununla da serialın ilk mövsümü rəsmiləşmişdi.[8] Klivlend şou 2009-cu ilin may ayında hər bazar günü yerli vaxtla 20:30-da efirə çıxmaq üçün, 2009–10 ABŞ televiziya mövsümünün praym-taym proqramında göstərilmişdir.[9] 2009-cu ilin iyun ayının 15-də Klivlend şounun ilk seriyasının 27 sentyabr 2009 tarixində efirə veriləcəyi açıqlanmışdır.[10]

İcraçı prodüserlər

Set Makfarleyn, Mayk HenriRiçard Eppel I mövsümdən bəri serialın icracı prodüserləri olmuşdur.

Səsləndirmə aktyorları

Mayk Henri serialın iki əsas qəhrəmanını səsləndirir: Klivlend Braun və Rallo Tabbs.[11][12] Klivlend Braun personajı əvvəlcə "Qriffinlər" serialı üçün hazırlanmışdı. Henri Makfarleynlə hələ Rod-Aylend dizayn məktəbində oxuduğu zaman tanış olmuşdu. Onlar təhsillərini bitirdikdən sonra da əlaqə saxlamağa davam ediblər. Bir neçə ildən sonra Makfarleyn Henriylə əlaqə yaratmış və onu şounun bir hissəsi olmağa dəvət etmişdi; o serialın səsləndirmə aktyoru və ssenari müəllifi olmağa razılaşdı.[13] Rallo Tabbsın səsi isə, Henri tərəfindən 20 il əvvəl yaradılmışdır. Henri etdiyi bir açıqlamada, Rallo Tabbsın səsi əvvəllər etdiyi zarafat zənglərində yaratdığı səslərindən biri olduğunu demişdir.[14]

Sena Latan — Klivlendin arvadı, Rallo və Roberta Tabbsın anası və Klivlend Braun Kiçiyin ögey anası Donna Tabbsı səsləndirir. Latan, prodüserlərin personajı yaradan zaman "bir qədər təhsilli." olmasını istədiklərini demişdir.[15] Donna Tabbsın səsləndirməsindən əvvəl, Latan yalnız Qızıl Alov adlı bir kiçik büdcəli filmdə səsləndirmə aktyoru olmuşdur. Latan səsləndirmə aktyorluğundan başqa, Yadplanetliyə qarşı YırtıcıSevgi və Basketbol və Ovçular ailəsi kimi filmlərdə aktrisalıq etmişdir.

Riqan Qomez-Preston — Klivlendin ögey qızı Roberta Tabbsı səsləndirir. Qomez Robertanı səsləndirəndə öz səsindən istifadə etdiyini və telefonla danışanda həmişə 15 yaşlı bir qızla səhv salındığını demişdir.[15] Qomez Roberta roluna seçilməzdən əvvəl, personajı ilk 13 seriyada Nia Lonq (Sena Latan ilə birlikdə Ən yaxşı kişi filmlərində çəkilmişdir) səsləndirirdi.[16] Nia Lonqa görə o, personajın gənc bir yeniyetmə olmasına görə prodüserlərin daha gənc səslənən bir aktrisa istəməsindən dəyişdirilmişdir.[17]

Kevin Maykl Riçardson — Klivlend Braunun oğlu Klivlend Kiçiyi, eləcə də Klivlendin qonşusu Lester Krinklesakı səsləndirir.[18] Maykl "Qriffinlər" və "Amerikan ata!" teleserialların cari heyətlərində oynamışdır. Klivlend Kiçiyi təsvir etmək üçün Riçardson NBC drama serialı olan ER-dakı Petrik adlı bir obrazdan ilhamlandığını demişdir. Lesterə gəldikdə isə, Riçardson bir müsahibədə afro-amerikalı olduğundan o, bir neçə redneklə qarşılandığını və personajı səsləndirəndə onları yadına saldığını demişdir.[15]

Ceyson Sudeykis — Klivlendin dostu olan kiçik boylu Holt Riçteri və Klivlendlə Uatermen Keyblda işləyən dostu Terri Kimplı səsləndirir. Sudeykis cari aktyor heyətinin bir parçası olaraq başlamışdır, ancaq "Daha çətin, daha yaxşı, daha sürətli, qəhvəyi" adlı seriyadan etibarən əsas aktyor heyətinin bir parçası olmuşdur.

Set MakfarleynIII mövsümün 10-cu seriyasına qədər ayı Timi səsləndirmişdir. Makfarleyn ayı Timi səsləndirəndə Stiv Martinin təəssüratını yaratdığını demişdir. Personajı III mövsümün 11 seriyasından bəri Cess Harnell səsləndirir.

Əsas aktyor heyəti
Mayk Henri Sana Latan Riqan Qomez-Preston Kevin Maykl Riçardson Ceyson Sudeykis Set Makfarleyn
Klivlend Braun, Rallo Tabbs Donna Tabbs Roberta Tabbs Klivlend Braun Kiçik və Lester Krinklesak Holt Riçter və Terri Kimpl Ayı Tim

Cari aktyor heyətinin digər üzvləri: Arianna Huffinqton Ayı Ariannanı,[19] Nat Fakson Ayı Reymondu,[20] Ceymi Kennedi Qabriel Fridmeni,[21] Uill Forte Prinsipial Uallini,[22] Fransis Kaler Evelin Braunu,[23] Kreyq Robinson Le-Var Braunu,[24] Devid Linç barmen Qası[25] səsləndirir.

Personajlar

Braun-Tabbs ailəsi. Sol yuxarıdan saat əqrəbi əksi istiqamətində: Klivlend, Donna, Roberta, Rallo və Klivlend Braun Kiçik.

Klivlendin yeni təqdim edilmiş ailəsi arasında onun yeni arvadı Donna Tabbs Braun (Sena Latan tərəfindən səsləndirilib),[26] Donnanın yeniyetmə qızı Roberta (İlk olaraq Nia Lonq, daha sonra Riqa Qomez-Preston tərəfindən səsləndirilib) və Donnanın 5 yaşlı oğlu Rallo (Mayk Henri tərəfindən səsləndirilib).[27][28] Klivlend Braun Kiçik serial üçün tamamilə yenidən dizayn edilmişdir.

Seriyalar

Mövsümlər Seriyalar Orijinal efir vaxtı Nilsen reytinqi
İlk yayım Son yayım Sıra İzləyicilər (milyon)
1 21 27 sentyabr 2009 (2009-09-27) 23 may 2010 (2010-05-23) 72[29] 6.38[29]
2 22 26 sentyabr 2010 (2010-09-26) 15 may 2011 (2011-05-15) 90[30] 6.12[30]
3 22 25 sentyabr 2011 (2011-09-25) 20 may 2012 (2012-05-20) 144[31] 4.03[31]
4 23 7 oktyabr 2012 (2012-10-07) 19 may 2013 (2013-05-19) 129[32] 3.05[32]

Başqa animasiya sitkomları ilə olan krossoverləri

"Klivlend şou" personajları başqa animasiya sitkomlarında və həmin serialların personajları "Klivlend şou"da görünmüşdülər. "Klivlend şou"nun bütün krossoverləri iki animasiya seriallarından ibarət idi. Bunlar Set Makfarleyn tərəfindən yaradılan "Qriffinlər" və "Amerikan ata"dır.[33]

"Klivlend şou" personajları digər "Fox" animasiya serialları olan "Simpsonslar" və "Təpənin kralı" serillarında epizodik rol almışdılar.[34]

Yayım

Sindikasiya

2010-cu ilin iyul ayında "Turner Broadcasting System" TBSAdult Swim televiziya şəbəkələri üçün sindikasiya hüquqlarını almışdır.[34] Serial sindikasiyada ilk dəfə 29 sentyabr 2012 tarixində "Cartoon Network" telekanalının Adult Swim gecə televiziya blokunda, ABŞ-də yayımlanmışdır. MuchMusic 2 sentyabr 2013 tarixində Kanadada serialın anonsunu, sonrakı gün isə debütünü yayımlamışdır.[35]

Ləğv

17 aprel 2013 tarixində "Fox" şirkəti "Klivlend şou"nun ləğv olunmasıyla bağlı olan dedi-qoduları yalanlamış, serialın ləğv etməkdənsə yeniləməyi üstün tutduğunu açıqlamışdır.[36][37] Buna baxmayaraq, 13 may 2013 tarixində "New York Daily News"da Fox Əyləncə Sədri Kevin Rilli serialın ləğvini rəsmiləşdirmişdir.[2] Serialın ləğvindən sonra, Klivlend-Tabbs ailəsinin "Qriffinlər"in XII mövsümünün "O, qa-aradır!" adlı seriyasında geri qayıdacağı açıqlanmışdır.[35]

Beynəlxalq yayım

Ölkə Şəbəkə Yayım tarixi
Kanada Global
MuchMusic
27 sentyabr 2009 – 19 may 2013
3 sentyabr 2013 – 31 avqust 2017
Avstraliya Network Ten
Eleven
FOX8
2 dekabr 2009 – 12 yanvar 2011
12 yanvar 2011 – 2014
13 mart 2011 – h.h
Almaniya Comedy Central 7 avqust 2016 – h.h
Litva TV6 – h.h
İrlandiya 3e 2009
Birləşmiş Krallıq E4
Fox
ITV2
1 fevral 2010 – payız 2015[38]
6 yanvar 2011  ?
2016–h.h[38]
Amerika Birləşmiş Ştatları Fox
Adult Swim
TBS
27 sentyabr 2009 – 19 may 2013
29 sentyabr 2012 – h.h
16 sentyabr 2013 – present
Macarıstan Comedy Central

Humor+

6 iyul 2010 – 30 oktyabr 2016

3 oktyabr 2016 – h.h

Orta Şərq FX Bilinmir
Yeni Zelandiya C4
Four
Comedy Central
2010
10 fevral 2011 – h.h
2011–h.h
Pakistan FX Bilinmir
Filippin Jack TV
Fox Philippines
oktyabr 2010 – h.h
mart 2013 – h.h
Cənubi Afrika Vuzu 29 noyabr 2010
Sinqapur Fox 2 aprel 2012 (II mövsüm)

Ev mediası

DVD buraxılışları

DVD adı Disklərin sayı İl Seriyaların sayı DVD buraxılışı
Region 1 Region 2 Region 4
1 4 20092010 21 28 sentyabr 2010[39] 11 oktyabr 2010[40] 29 iyun 2011[41]
2 4 20102011 22 27 sentyabr 2011[42] 30 yanvar 2012[43] 2 noyabr 2011[44]
3 3 20112012 22 1 mart 2013[45]
4 3 20122013 23 17 dekabr 2013[46]

Həmçinin bax

İstinadlar

  1. "The Cleveland Show" (ingilis). http://cleveland.wikia.com. 2017-07-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-09.
  2. Hinkli, Deyvid. "Fox announces 2013-14 fall schedule, which includes return of Kiefer Sutherland's '24'". NY Daily News. 13 may 2013. 6 November 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyun 2013.
  3. Breaking News – FOX Announces Fall Premiere Dates for the 2009–2010 Season. TheFutonCritic.com. İstifadə tarixi: 5 iyun 2012.
  4. Fox Primetime Arxivləşdirilib 2010-01-17 at the Wayback Machine. Fox Flash (27 sentyabr 2009). İstifadə tarixi: 5 iyun 2012.
  5. Breaking News – Development Update: February 29 – March 4 Arxivləşdirilib 2023-07-24 at the Wayback Machine. TheFutonCritic.com. Retrieved June 5, 2012.
  6. Breaking News – Development Update: Monday, May 5 Arxivləşdirilib 2023-07-24 at the Wayback Machine. TheFutonCritic.com. Retrieved June 5, 2012.
  7. Breaking News – FOX Announces Primetime Slate for 2008–2009 Season Arxivləşdirilib 2023-07-24 at the Wayback Machine. TheFutonCritic.com (May 15, 2008). Retrieved June 5, 2012.
  8. Breaking News – OH... Hey, Y'All! FOX Orders Full Season of "The Cleveland Show" Arxivləşdirilib 2023-07-24 at the Wayback Machine. TheFutonCritic.com. Retrieved June 5, 2012.
  9. Breaking News – FOX Announces Primetime Slate for 2009–2010 Season Arxivləşdirilib 2023-07-24 at the Wayback Machine. TheFutonCritic.com (May 18, 2009). Retrieved June 5, 2012.
  10. Breaking News – FOX Announces Fall Premiere Dates for the 2009–2010 Season Arxivləşdirilib 2023-07-24 at the Wayback Machine. TheFutonCritic.com. Retrieved June 5, 2012.
  11. "CLEVELAND BROWN" (ingilis). 2017-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-01.
  12. "RALLO TUBBS" (ingilis). 2018-02-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-01.
  13. "Mike Henry: The Origins of Cleveland and Herbert". 2022-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 aprel 2009.
  14. "Rallo Tubbs" (ingilis). simpson.wikia.com. 2023-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-01.
  15. "The Voices Behind 'Cleveland'". Entertainment Weekly. 2 oktyabr 2009. 2010-01-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 noyabr 2009.
  16. "Roberta Tubbs". 2017-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 noyabr 2017.
  17. Morales, Wilson. "Good Hair: An Interview With Nia Long". August 8, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 14, 2014.
  18. "Cleveland Brown, Jr" (ingilis). cleveland.wikia.com. 2018-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-11.
  19. "ARIANNA" (ingilis). behindthevoiceactors.com. 2018-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-01.
  20. "RAYMOND" (ingilis). behindthevoiceactors.com. 2017-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-01.
  21. "GABRIEL "FEDERLINE JONES" FRIEDMAN" (ingilis). behindthevoiceactors.com. 2018-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-01.
  22. "PRINCIPAL WALLY FARQUHARE" (ingilis). behindthevoiceactors.com. 2018-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-01.
  23. "EVELYN "COOKIE" BROWN" (ingilis). behindthevoiceactors.com. 2021-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-01.
  24. "LEVAR "FREIGHT TRAIN" BROWN" (ingilis). behindthevoiceactors.com. 2018-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-01.
  25. "GUS" (ingilis). behindthevoiceactors.com. 2018-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-01.
  26. Şnayder, Maykl. "'Cleveland' finds a balance". Variety. 13 iyul 2008. 2010-10-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 iyul 2008.
  27. Qoldmen, Erik. "The Cleveland Show: Update on Family Guy Spinoff". IGN. 10 noyabr 2008. 2008-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 noyabr 2008.
  28. FoxFlash image page Arxivləşdirilib 2010-01-17 at the Wayback Machine. Foxflash.com. İstifadə tarixi: 5 iyun 2012.
  29. Qormen, Bill. "Final 2009–10 Broadcast Primetime Show Average Viewership". TV By the Numbers. 16 iyun 2010. 2011-06-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 oktyabr 2010. (#invalid_param_val)
  30. Qormen, Bill. "2010–11 Season Broadcast Primetime Show Viewership Averages". TV By the Numbers. 1 iyun 2011. 12 avqust 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 iyun 2010.
  31. Qormen, Bill. "Complete List of 2011-12 Season TV Show Viewership: 'Sunday Night Football' Tops, Followed By 'American Idol,' 'NCIS' & 'Dancing With The Stars' - Ratings". TV By the Numbers. 24 may 2012. 25 May 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 noyabr 2012.
  32. Andreyeva, Niili. "Full 2012–2013 TV Season Series Rankings". Deadline. 2011-05-27. 2013-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-05-28.
  33. "Adult Swim, TBS Acquire Syndicated Rights To 'The Cleveland Show' For Fall 2013 – Ratings" (ingilis). TVbytheNumbers. 6 iyul 2010. 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-18. Adult Swim, TBS Acquire Syndicated Rights To ‘The Cleveland Show’ For Fall 2013 – Ratings | TVbytheNumbers]. Tvbythenumbers.zap2it.com (July 6, 2010). Retrieved June 5, 2012.
  34. "Seth Mcfarlane Confirms Return of Cleveland To Family Guy". 2022-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-19.
  35. Byerli, Mandi. "'Cleveland Show' may be cancelled | Inside TV | EW.com". Insidetv.ew.com. 2013-01-22. 2014-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-18.
  36. "Fox: No Decision Yet on Fate of 'Cleveland Show'". Hollywoodreporter.com. 2011-11-17. 2020-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-18.
  37. Mann, Petrik. "ITV2 Agrees Fox Deal For Seth MacFarlane's Animated Series; Takes Exclusive Rights to 'Family Guy' & 'Bordertown'". tvwise.co.uk. 23 mart 2015. 2015-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 mart 2015.
  38. "The Cleveland Show: The Complete Season One: Mike Henry, Sanaa Lathan: Movies & TV". Amazon.com. 2023-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-04.
  39. "The Cleveland Show – Season 1 [DVD]: Amazon.co.uk: Mike Henry, Sanaa Lathan, Kevin Michael Richardson: Film & TV". Amazon.co.uk. 2011-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-04.
  40. "Cleveland Show, The: Season 1 | DVD Movies & TV Shows, Genres, Comedy : JB HI-FI". Jbhifionline.com.au. 2011-06-29. 2014-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-04.
  41. "The Cleveland Show: The Complete Season Two: Cleveland Show: Movies & TV". Amazon.com. 2012-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-04.
  42. "The Cleveland Show – Season 2 [DVD] [NTSC]: Amazon.co.uk: Mike Henry, Sanaa Lathan, Kevin Michael Richardson, Reagan Gomez, Seth MacFarlane: Film & TV". Amazon.co.uk. 2023-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-04.
  43. "Cleveland Show, The – Season 2 | DVD Movies & TV Shows, Genres, Comedy : JB HI-FI". Jbhifionline.com.au. 2014-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-04.
  44. "The Cleveland Show Season 3: Mike Henry, Sanaa Lathan, Kevin Michael Richardson, Regan Gomez, Jason Sudeikis, Seth MacFarlane, Richard Appel: Movies & TV". Amazon.com. 2023-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-04.
  45. Lambert, David. "The Cleveland Show - 'The Complete Season 4' - The Show's Last - Is Now On DVD!". TVShowsOnDVD.com. 19 dekabr 2013. 2013-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-09.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.