Klipperton adası

Klipperton adası (Şəhvət adası) (fr. Île de Clipperton və ya fr. Île de la Passion; isp. Isla Clipperton; ing. Clipperton Island) — mərcandan təşkil olunmuş atoll, Sakit okeanın şərqində yerləşir. Kosta-Rikadan qərbdə qərarlaşır. Fransa Dənizaşırı Bölgələr Birliyi ərazisinə daxildir. 21 fevral 2007-ci ilə qədər Fransız Polineziyasının tərkibində olmuşdur. Hazırda isə bir başa Fransa tərəfindən idarə edilir[1].

Klipperton adası
fr. Île de Clipperton
Ümumi məlumatlar
Sahəsi 9 km²
Hündür nöqtəsi 29 m
Əhalisi 0 nəfər (2012-ci il)
Yerləşməsi
10°18′ şm. e. 109°13′ q. u.
Ölkə  Fransa
Akvatoriya
Klipperton adası xəritədə
Klipperton adası
Klipperton adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafiyası

Klipperton adası
Klipperton adasının kosmosdan görüntüsü

Klipperton Meksika sahillərində yerləşən Akapulo şəhərindən 1280 aralıda yerləşir. Ona ən yaxın quru parçası Revilya-Xixedo arxipelaqına daxil olan Sokorro adasıdır. Onlar arasında məsafə 945 km-dir. Laqunla birlikdə sahəsi 9 km²-dir (1,7 km² quru sahəsi).

Ada əhəng daşından təşkil olunmuşdur. Onu tam olaraq atoll adlandırmaq olmaz. Onun cənub-şərqində vulkanik mənçəlli qaya vardır. Qaya 29 metr hündürlüyə malikdir. Bu həm də adanın ən hündür zirvəsidir. Bu kiçik qaya adanın ekologiysına təsir göstərmir.

Mərcandan təşkil olunmuş atollun daxilində laqun vardır. Quru parçası laqunu okeandan ayırır. Atollun ən enli hissəsi 4 km, Sahil xəttinin uzunluğu isə 12 km-dir. Adanın ən enli hissəsi şimal-qərbdə yerləşir. Orta eni 2 km-dir. Orta hündürlüyü isə 4 metrdir. Okean hissədə

Okean hissədən ada riflə ətatələnmişdir. Ada okean sahili istiqamətdən hır hansı çıxıntıya sahib deyildir.

Tərk edilmiş yaşayış yeri və kokos palmasının əkildiyi ərazi adanın cənub-qərbində, Pens buxtası (fr. Baie de la Pince) sahilində yerləşir.

Ada daxilində yerləşən laqun kifayət qədər dərindir. Bəzi hissələrdə dərinlik 22–43 metr arası təşkil edir. Bir dərinliyi ölçmək mümkün olmamışdır. Buna səbəb sulfat turşusudur. Laquna balıq daxil olmur.

Adanınn iqlimi tropikdir. Mövsümdən asılı olaraq dəniz çalxalanmaları müşahidə edilir. Tropik siklonlar adada avqust, sentyabr və oktyabr ayları müşahidə edilir. Klippertonda orta aylıq temperatur nadir hallarda + 26,7 °C aşağı düşür. İyunda temperatur + 28 °C qədər artır. Geçə və gündüz arasında temperatur aplitudu böyük deyildir. Ekvadtora yaxın olması səbəbindən təzyiq aşağıdır. Tropik siklonlar səbəbindən burada fırtınalar adi haldır. Mövsümü yağışlar maydan oktyabra kimi davam edir.

Bitki örtüyü

Kliperton adasında olan kakos palmaları.
Klippertonda yengəc

Hal-hazırda ada bitki örtüyündən məhrumdur. Buna bənzər hadisə XIX əsrin ikinci yarısında da yaşanırdı. Adanın Meksika tərəfindən ələ keçililməsi nəticəsində XX əsrin əvvəllərində adanın 80 % səthi bitki ilə örtülmüşdür.

XVIII əsrin sonları və XIX əsrin əvvəllərinə aid mənbələrdə adanın böyük qisminin bitki ilə örtüldüyü deyilir. XIX əsrin sonları adada bitki örtüyü tamamən itmişdir. Bu ekoloji fəlakət ancaq zəlzələ nəticəsində baş vermiş sunaminin təsirindən ola bilər. Ola bilsin ki bu insan fəaliyyətində də olsun. Quano toplayanlar adaya donuzlar gətirirdilər. Onlarsa öz növbəsində yeni bitki örtüyünü yeyən Gecarcinus planatus növünə aid yengəclərlə qidalanırdılar. İnsanlar isə adaya bir çox bitki növü gətirirdilər. Kokos palması adada 1890-cı illərdə peyda oldu.

XX əsrin ortalarında donuzların hamısı məhv edildikdən sonra burada quş və yengəclərin sayı artmışdır. Nəticədə bitki örtüyü məhv olmuşdur. 1958-ci ildə adada az ərazidə ot və palma ağacları qalmışdı. 2001-ci ildə adada cəmi 674 kokos palması qalır. Digər ot bitkiləri isə ancaq yengəclər üçün əlçatmaz ərazilərdə qalmışdır.

Tarixi

Klipperton adası ingilis dəniz qulduru ConKloippertonun şəəfinə adlandırılmışdır. O, 1705-ci ildə ispanlardan oğurlanmış gəmidə adanın yanından keçmişdir. Bu gəmidə həmdə məşhur naturalist Uilyam Dampir də olmuşdur. Anca1q bunu tstiqləyən mənbə yoxdur[2]. Con klippertonun ikinci səfəri zamanı olan qeydlər qalmasada[3] ancaq artıq 1730–1735-ci illər xəritələrində adanın adı Klipperton olaraq adlanırdı.

Bəzi müəlliflər[4][5] belə düşünür ki, adanı XYIXVII əsrlər ispanlar kəşf edə bilərdilər. Bəziləri isə adanın Fernan Magellan[6] tərəfindən hələ 1521-ci ildə kəşf edildiyini bildirir.

3 aprel 1711-ci ildə elədə böyük olmayan iki fransız gəmisi "Prinses""Dekuvert" o zamana kimi məlum olmyan adaya rast gəlirlər. Onlar adanı Şəhvət adası (fr. Île de la Passion). Bu kəşf barədə ilk məlumat 1725-ci ildə[7] dərc olunur. ada haqqında tam məlumatlar 1912-ci ildədərc olunmuşdur[8].

1825-ci ildə adaya ilk insan ayaq basmışdır — amerikalı kapitan Morrell.

17 noyabr 1858-ci ildə ada Fransanın tərkibinə keçmişdir. Bu məqsədlə adaya leytenant Viktor Kerveguen "Admiral" gəmisində yan alır. Bundan sonra ada Fransa Polineziyasının tərkibi olaraq təstiqlənir. Fransız şirkətləri adadan fosfat toplama işinə maraq göstərirlər. ABŞ isə adadan quano toplamaq hüququnun olmasını bəyan etmişdir[8].

1938-ci ilin iyulunda ABŞ Prezidenti Franklin Delano Ruzvelt "Hyuston" hərbi gəmisində Sakit okeanı üzərkən adada olur. Bu zaman adanın bitki və heyvanlar aləmi araşdırılır.

İkinci dünya müharibəsi zamanı 1944–1945-i illərdə adanı ABŞ işğal edir və orada gizli meteostansiya təşkil edir. Ruzveltə adanın müharibədə mühüm rol oynaya biləcəyi qeyd edilir. Fransa buna etiraz edir və iki ölkə arasında böyük səs-küy yaranır

1990-cı illərin ortalarında adaya tanınmamış virtual dövlət olan Melhisedek Dominionu iddia edirdi. Ancaq onlar Fransa tərəfindən ciddiyə alınmamışdır.

Adada hazırda müxtəlif elmi tətqiqatlar aparılır. 21 fevral 2007-ci ildə adanın idarəsi Fransa Polineziyası komisarından alınaraq Fransanın dənizaşırı əraziləri üzrə nazirə həvalə edilir[1].

İqtisadiyyat

Adada yaşayış olmadığından hansısa təsərrüfat işi aparılmır. Ada dəniz bioresurslarına sahibdir:nikel, kobalt, qızılmarqans. Adaya sahib olan subyekt 440 min. km² iqtisadi zonaya sahib olur. Fransa gələcəkdə adada kosmodrom yerləşdirməyi düşünür. Ada ətrafı sularda 115 növ balıq qeydə alınmışdır. Bununla belə burada ancaq tuna balığı ovlanılır. .

İstinadlar

  1. Worldstatesmen. "French minor territories". 2012-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-02-06.
  2. Burney J. A chronological history of the voyages and discoveries in the South Sea. — London, 1816. — том 4, с. 439, 447–448.
  3. Betagh W. A voyage round the world. — London, 1728. — с. 1–342.
  4. Toniolo A. R. A proposito della situazione e della prima conoscenza dell’Isola di Clipperton. — Riv. Geogr. Ital. № 26, 1919 — с. 85–105.
  5. Secretaria de Relaciones exteriores. A proposito della situazione e della prima conoscenza dell’Isola di Clipperton. — Mexico 1909. — с. 1–94.
  6. Nunn G. E. Magellan’s route in the Pacific. — Geogr. Rev. № 24, 1934. — с. 615–633.
  7. La Barbinais Le Gentil. Nouveau voyage autour du monde. — 2 vols., Paris, 1725. — с. 615–633.
  8. Mémoire défensif présenté par le gouvernement de la République Française dans le litige relatif â la souveraineté de l’lle Clipperton soumis â la décision arbitrale de Sa Majesté Victor-Emmanuel III roi d’Italie en exécution de la convention entre la France etle Mexique du 2 Mars 1909. — Paris, 1912. — с. 1–503.

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.