Kliniki mühəndislik

Müxtəlif təşkilatlarda (universitetlər, xəstəxanalar, dövlət və sənaye və s.) səhiyyə xidmətlərinin inkişaf etdirilməsi üçün mühəndislik perspektivlərinin, üsul və metodlarının tətbiqi.

Tədqiqat sahələri

Üçüncü sahədəki işlər çox sürətli bir inkişaf göstərməkdədir. Klinik mühəndis, klinik qrupun bir parçasını təşkil edir. Klinik mühəndislərin vəzifələri aşağıdakı kimi ümumiləşdirilə bilər:
- Xəstəxana işçilərinin prosedurların müəyyənləşdirilməsinə, cihazların seçilməsinə və nəzarətinə kömək etmək;
- Qeyri-kommersiya məqsədləri üçün elektron cihazların həyata keçirilməsi;
- Cihazların işləməsinə nəzarət və kalibrləmə üçün üsullar inkişaf etdirmək;
- Təhlükəsizlik standartlarını müəyyənləşdirmək və bu məsələ ilə bağlı məsləhətləşmələr aparmaq;
- Həyat dəstək sistemlərinin idarə edilməsi;
- Xəstəxanalarda istifadə edilməyə başlanan kompüter və avtomatlaşdırma mərkəzləri üçün məsuliyyət daşıyır [1]. Xəstəxanalarda kompüterlər çox müxtəlif məsələlərin həllində istifadə edilməkdədir. Bu məsələlər arasında klinik kimya laboratoriyaları, reanimasiya modulları, əməliyyatxana və elektrokardioqram laboratoriyaları kimi klinik laboratoriyaları, laboratuvar hesabatlarının təşkil edilməsi, xəstələrin tariflərinin və ödənişlərinin müəyyən edilməsi, klinikadakı elektron qurğuların idarəsi kimi inzibati işlər, tədqiqat və profilaktik səhiyyə xidmətləri üçün məlumatların saxlanması kimi inzibati işlər daxildir.

İstinadlar

  1. "Arxivlənmiş surət". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-21.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.