Kler Littlton

Kler Littlton (ing.Claire Littleton) — ABC productionun Sağ qalmaq serialının əsas qəhrəmanlarından biridir. Rolun ifaşısı Emili de Revindir. Ilk seriyada təyyarənin sağ qalmış sərnişi kimi ekranlarda hamilə olaraq görünür. Serialın 4-cü mövsümündə sirli şəkildə yox olmazdan əvvəl, əsas qəhrəmanlardan biri olmuşdur. 6-ci mövsümdə yenidən seriala qayıtmışdır.

Təyyarə qəzasından əvvəl

Kler Sidneydə böyüyüb. Anası onun atasının öldüyünü bildirmişdir. Bir gün o, anası ilə birgə avtomobil qəzasına düşürlər. Bundan sonra Klerin anası komaya düşür. Kristian Şepard həmin vaxt Sindeyə gəlir, müalicə xərclərini öz üzərinə götürür və Klerə onun atası olduğunu bildirir. Kristian, Klerin anasının Süni tənəffüs aparatından ayrılmasını təklif edəndə, Kler əsəbləşir, atası ilə münasibət saxlamaqdan imtina edir, hətta atasının adını belə soruşmur. Bir neçə ildən sonra Kler fast food dükanlarından birində işə düzəlir. Kler hamilə qalır. Onun boyfrendi isə hesab edir ki, ata olmağa hazır deyil və Kleri atır. Kler isə doğuşdan sonra uşağı övladlığa verməyi qərara alır. Lakin qəyyumlarla görüş zamanı Kler elə həyəcanlanır ki, üç qələmdən heç biri yazmır və Kler fikrindən daşınır. Medium Riçard Malkin Klerin uşağına Los-Ancelesdə "yaxşı" qəyyumlar tapdığı bildirir və Kler üçün Oceanic Airlines şirkətinin 815-ci reysinə təyyarı biləti alır və bildirir ki, o, yalnız bu reyslə uçmalıdır. Səfərdən əvvəl Kler, hələ də komada olan anasını ziyarətə gəlir və uşağı övladlığa vermək fikrində olduğunu anasına demək istəyir. Həmçinin avtomobil qəzasına görə və həmin gün anasına ölüm arzuladığına görə ondan üzr istəmək istəyir.

Personajın yaranması

Prodüserlər hesab edirdi ki, serialda Avstraliyalı personajın iştirakı vacibdir. Belə ki, serialda müxtəlif ölkələrdən olan personajlar iştirak edir. Avstraliyalı personajın iştirakı isə 815-ci reysin həqiqətən Sidneydən havaya qalxdığın təsdiq edir.Emili de Raven Edmontonda işləyirdi və Los Ancelesdəki dinləmələrdə iştirak edə bilmirdi. Buna görə o, öz videoyazısını göndərdi və serialın yaradıcıları onu bu rola uyğun hesab etdilər: cavan və gözəl xarici görünüşü, həmçinin təcrübəsi olduğuna görə.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.