Klaudio Qomeş

Klaudio Qomeş (23 iyul 2000-ci ildə anadan olub) — İngiltərə Premyer Liqası təmsilçələrindən olan Mançester Siti klubunda və Fransa U-18 milli futbol komandasında müdafiəyə meyilli yarımmüdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur.[2]

Klaudio Qomeş
fr. Claudio Gomes
Ümumi məlumatlar
Tam adı Klaudio Qomeş
Doğum tarixi
Doğum yeri Arjantey, Fransa
Vətəndaşlığı
Boyu 180[1]
Mövqeyi Yarımmüdafiəçi
Klub haqqında məlumat
Klub İngiltərə Mançester Siti
Nömrəsi 81
Karyerası
Gənclik karyerası
2006—2010 Fransa Val d'Arjantey
2010—2011 Fransa Arjantey
2011—2013 Fransa Yevro 27
2013—2018 Fransa Pari Sen-Jermen
Klub karyerası[* 1]
2017—2018 Fransa Pari Sen-Jermen B 1 (0)
2018—h.h İngiltərə Mançester Siti 0 (0)
Milli yığma[* 2]
2015—2016 Fransa Fransa U-16 13 (0)
2016—2017 Fransa Fransa U-17 16 (0)
2017—h.h Fransa Fransa U-18 7 (1)
2018—h.h Fransa Fransa U-19 1 (0)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 5 avqust 2018 tarixində redaktə olunub.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 4 sentyabr 2018 tarixində redaktə olunub.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Klub karyerası

Qomeş Fransanın Val-d'Uaz regionunun Arjantey şəhərində anadan olmuşdur. O, şəhəri təmsil edən iki yerli klubda oynadıqdan sonra 2011-ci ildə Yevro klubuna transfer olmuşdur. İki il sonra isə Pari Sen-Jermen klubu ilə müqavilə imzalamışdır.[3]

Qomeş futbolçu karyerasında debütünü 18 noyabr 2017-ci ildə Pari Sen-Jermen klubunun əvəzedici komandası ilə etmişdir. O, İzeyur klubuna qarşı oyunda 79-cu dəqiqədə Abdallah Yaysieni əvəz etmişdir. Milli Çempionat 2 (dördüncü liqa) görüşündə PSJ rəqibinə 2-1 hesabı ilə qalib gəlmişdir.[4]

25 iyul 2018-ci ildə Qomeş Mançester Siti klubu ilə müqavilə imzalamışdır.[5] O, iyun ayında PSJ klubu ilə müqaviləsi başa çatdıqdan sonra Mançester Siti klubu ilə məşqlərə başlamışdır. Qomeş mövsüm öncəsi hazırlıq mərhələsi üçün ABŞ-yə yollanacaq heyətə daxil edilmişdir. 18 yaşı tamam olduqdan sonra isə onunla müqavilə imzalanmışdır.[6] O, peşəkar karyerasında debütünü 5 avqust 2018-ci ildə Çelsi klubuna qarşı oyunda etmişdir. O, Uembli Stadionunda keçirilən 2018 FA Superkuboku görüşündə Con Stounsu əvəz etmiş və komandası rəqibinə 2-0 hesabı ilə qalib gəlmişdir.[7] O, final fitindən bir saniyə öncə meydana daxil olmuşdur.[8]

Milli karyerası

Qomeş Fransa millisinin müxtəlif yaş qruplarında çıxış etmişdir. O, 2017 UEFA Avropa U-17 Çempionatında[9]2017 FİFA Dünya U-17 Çempionatında[10] millinin kapitanı olmuşdur. Qomeş Xorvatiyada keçirilən çempionatda Fransa U-17 millisinin dörddə bir finalda məğlub olmasına baxmayaraq, Turnirin Komandası heyətinə daxil edilmişdir.[11] Hindistanda keçirilən çempionatda isə Qomeş millinin Yeni Kaledoniya millisinə qarşı ilk oyununda qolla yadda qalmış və millisi rəqibinə 7-1 hesabı ilə qalib gəlmişdir.[12] 2018-ci ilin avqust ayında Qomeş ilk dəfə Sloveniya, XorvatiyaHindistan millilərinə qarşı yoldaşlıq oyununda iştirak etmək üçün Fransa U-19 millisinə dəvət almışdır.[13]

Oyun tərzi

Komanda yoldaşları Qomeşə "N'Qolo Kante" ləqəbini veriblər. Qomeş topu almaq uğrunda apardığı mübarizəyə görə Fransa millisinin əsas yarımmüdafiəçisinə çox bənzəyir.[3]

Şəxsi həyatı

Qomeş Qvineya-Bisaulu futbolçu Amarildo Qomeşin oğludur. O, dizindən aldığı zədədən sonra karyerasını başa vurmuşdur. Bu vaxta qədər isə BoveRenn klublarında çıxış etmişdir.[3][14][15] 2017-ci ildən onun iki kiçik qardaşı Le HavrYevro klublarında çıxış edir.[3] Le Parisien tərəfindən futbolçunun 2016-cı il profilində göstərilir ki, onun tarixə, xüsusilə Böyük Fransa inqilabına qarşı çox böyük marağı var.[14]

Karyera statistikası

5 avqust 2018 tarixində yenilənib
Klublarına görə oyunları və qolları, mövsümləri və turnirləri
Klub Mövsüm Liqa Ölkə Kuboku Liqa Kuboku Avropa Digər Ümumi
DiviziyaOyunQolOyunQolOyunQolOyunQolOyunQolOyunQol
Pari Sen-Jermen B 2017–18[16] National 2 1010
Mançester Siti 2018–19[17] Premyer Liqa 000000001[lower-alpha 1]010
Ümumi karyera 100000001020
  1. FA Superkuboku görüşləri daxildir.

Uğurları

Mançester Siti
Fərdi

İstinadlar

  1. Corless, Liam. "Who is Claudio Gomes? French teenager profiled after Manchester City transfer". 5 August 2018. 1 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 August 2018.
  2. "Claudio Gomes" (French). French Football Federation. 5 August 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 September 2018.
  3. Marie, Réginald. "Six choses à savoir sur le capitaine des Bleuets qui évolue au Paris Saint-Germain" [Six things to know about the Bluets captain who is growing at Paris Saint-Germain]. Le Populaire du Centre (French). 1 September 2017. 6 August 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 August 2018.
  4. Gineste, Franck. "Football, National 2 : première défaite à domicile pour la réserve du PSG contre Yzeure (1–2)". Le Parisien (French). 17 November 2017. 6 August 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 August 2018.
  5. "City Signs Claudio Gomes". Manchester City F.C. 2018-09-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-08-09.
  6. Corless, Liam. "Who is Claudio Gomes? French teenager profiled after Manchester City transfer". Manchester Evening News. 5 August 2017. 1 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 August 2018.
  7. Bevan, Chris. "Chelsea 02 Manchester City". BBC Sport. 5 August 2018. 20 August 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 August 2018.
  8. "Is this the shortest debut in football history?". Yahoo!. 7 August 2018. 1 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 August 2018.
  9. "Les dix-huit joueurs pour l'Euro 2017" (French). FFF. 2018-08-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-08-09.
  10. "La France au Mondial U17 avec Geubbels et Isidor". L'Équipe (French). 2017-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-09.
  11. "Technical Report – Team of the Tournament". UEFA. 16 September 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 December 2017.
  12. "France prove too strong for New CaledoniaFrance prove too strong for New Caledonia". FIFA. 8 October 2017. 21 July 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 August 2018.
  13. Chochois, Alexandre. "France U19 : La liste pour les trois amicaux" (French). Foot National. 28 August 2018. 28 August 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 September 2018.
  14. "Claudio Gomes se révèle déjà en bleu". Le Parisien (French). 2018-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-09.
  15. "Amarildo Gomes - Jubilado". Football Database. 2022-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-09.
  16. Soccerway.com saytında profili (ing.)
  17. "Games played by Klaudio Qomeş in 2018/2019". Soccerbase. Centurycomm. İstifadə tarixi: {{{access-date}}}.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.