Klarnet

Klarnet — nəfəslə çalınan musiqi aləti[3]. Simfonik orkestrin tərkibinə daxil olan əsas alətlərdən biridir.

Klarnet
Hornbostel–Zaks təsnifatı 422.211.2-71
İxtiraçı İohann Denner[1][2][…]
Audio nümunəsi
Fayl haqqında məlumat
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Söz açımı

Italyanca «clarinetto» - «kiçik klarina» deməkdir. Klarina isə (latınca «clarus» - aydın) XVIII əsrdə aydın, təmiz səsə malik olan yüksək registrli truba aləti idi.

Tarixçə

Klarnet ağac nəfəs alətlərindən biri olub, 1690-cı ildə Nürnberqli alman musiqi ustası İohann Xristof Denner tərəfindən ixtira olunmuşdur. Artıq XVIII əsrdən etibarən müasir təkmilləşmiş formada orkestrlərin tərkibinə daxil olmuşdur. Solo, ansambl və eləcə də simfonik orkestrin ən başlıca ağac nəfəs aləti kimi geniş tədbiq edilir.[4]

Quruluşu və diapazonu

Silindr şəkilli boru formasındadır, birdilçəkli olub, klapanlar sistemi ilə təchiz olunmuşdur. Uzunluğu 70 sm olan borudan və qamış müştükdən ibarətdir və çoxlu sayda klapanlar vasitasilə çalınır. Onun diapazonu kiçik oktavanın «re» («re b») notundan III oktavanın «lya» - «si b» notuna qədər davam edir. Klarnetin tembri registr bölgüsünə görə müxtəlifdir: aşağı registrdə daha tutqun; orta registrdə mülayim, ifadəli; yüksək registrdə işıqlı və cingiltili səslənir. Klarnet transpozisiyalı musiqi alətləri qrupuna aiddir. Orkestr və ansambllarda, adətən in A və in B kökündə klarnetlərdən istifadə edilir.

Növləri

Dörd müxtəlif növü var:

  • böyük klarnet
  • kiçik klarnet
  • bas blarnet - quruluşuna görə klarnet kimidir, yalnız iri həcminə və bir qədər dəyişilmiş formasına görə fərqlənir. İlk dəfə XIX əsrdə opera musiqisində, daha sonra simfonik musiqidə tətbiq olunmuşdur.[5].
  • bassethorn (alt klarnet).

Ünlü klarnetçalanlar

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.