Qızılyar körfəzi
Qızılyar körfəzi — Xəzər dənizinin qərbində yerləşən körfəz. Materikin daxilinə 20 km daxil olmuşdur. Çıxacaq hissədə eni 40 km-dir. Dərinliyi 4 metrdir.
Qızılyar körfəzi | |
---|---|
rus. Кизлярский залив | |
Ümumi məlumatlar | |
Tip | Körfəz |
Dərin yeri | 4 m |
Duzluluğu | 5-7 ‰ |
Yerləşməsi | |
44°34′ şm. e. 47°10′ ş. u. | |
Ölkə | Rusiya |
Akvatoriyası | |
|
|
|
Körfəzə Kuma, Prorva, Lebıy Bakon, Talovka çayları axır. Akvatoriyasında Morskoy Biryuçok adası yerləşir. Sahilləri dayaz və bəzi yerlərdə isə bataqlıqlaşmışdır.[1]
Körfəzin ərazisində onun bütün ərazisini əhatə edən Dağıstan qoruğu yaradılmışdır.
Körfəzin dayaz yerlərində qamış, adi qamış kimi bitkilər yayılıb. Nadir bitkilərdən adi qılıncotu və salviniya kimi bitkiləri göstərmək olar.[2]
Qızılyar körfəzində okun, şuka, karp, nərə, uzunburun, ağ balıq, qızılüzgəc, çapaq, lilbalıq, külmə, qızılbalıq kimi balıqlar yaşayır. Suda-quruda yaşayanlardan — adi suilanı, çöl gürzəsi və Aralıq dənizi tısbağasının adlarını çəkmək olar. Burada həmçinin qutan, qızılqaz kimi quşlar yuva qurur, bəzgək, sultan toyuğu, dovdaqlar da yaşayırlar.
Körfəzin duzluğu 5-7 ‰ təşkil etdiyi halda, Xəzərdə bu rəqəm 12,8 ‰-dir.[3]
İnzibati cəhətdən Rusiya Federasiyasının Dağıstan Respublikası ərazisinə daxildir.
İstinadlar
- "Körfəzin topoqrafik xəritəsi". 2022-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-21.
- "Dağıstan qoruğu". 2020-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-21.
- Dağıstan milli parkı