Kiyev
Kiyev (ukr. Київ təlləfüzü Kıyiv [ˈkɪjiu̯], tarixi Azərbaycan mənbələrində Kiyif az-əbcəd. کييف) — Ukraynanın paytaxtı və ən böyük şəhəri.
Kiyev | |
---|---|
Київ | |
50°27′00″ şm. e. 30°31′25″ ş. u. | |
Ölkə | |
Başçı | Vitali Kliçko[1] |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 482 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 179 ± 0 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +380 44 |
Poçt indeksi | 01000–06999 |
Nəqliyyat kodu | AA, KA |
Digər | |
kyivcity.gov.ua | |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Kiyev Ukraynanın mərkəzi hissəsinin şimalında və Dnepr çayında yerləşir. Şəhərin ölçüsü şimaldan cənuba— 50 km, qərbdən şərqə isə 56 km-dir. Əhalisi üzrə Kiyev Avropa şəhərləri olan Moskvadan, Londondan, Parisdən, Sankt-Peterburqdan, Berlindən və Madriddən sonra yeddincidir.
Toponimi
"Zaman illəri haqqında povestlər" ("Повесть временных лет") salnaməsinə əsasən şəhərin adı Kiy adından yaranıb — üç qardaşdan ən böyüyünün adı belə idi, hansılar ki, Kiyevin baniləri hesab edilirlər. Həqiqətə daha yaxın olan, Kiyev şəhərinin əsasını qədim türklər tərəfində qoyulduğu bildirilir və "Kiyev" sözü qədim türk dilində "ki" yəni "iki" anlamını verir, "yev" ya da "ev" türk ləhçələrində geniş yayılmış "ev" anlamına istinad edir[4][5].
Tarixi
Öz uzun tarixi boyu Kiyev polyakların, Kiyev Rusiyasının, Kiyev knyazlığının, Ukrayna Xalq Respublikasının, Ukrayna Dövlətinin, Ukrayna Sovet Sosialist Respublikasının paytaxtı olmuşdur. 1991-ci il, 24 avqust tarixindən isə müstəqil Ukraynanın paytaxtı olmuşdur.
Kiyevin əhalisi
Kiyev 10 inzibatı rayona bölünür, onlar Dneprin sağ və sol sahillərində yerləşmişlər. Demoqrafiya İnstitutunun və Ukraynanın MEA-ının 2009-cu ilin başlanğıcına olan sosial tədqiqatlarının məlumatına görə Kiyevin faktiki əhalisi 3144,3 min insan təşkil edirdi. Onların arasında 83 % şəhər sakinləri — ukraynalılar, 14 % — ruslar, 3 % — yəhudilər, ermənilər və başqa milliyyətlərin nümayəndələridir.
Nəqliyyat
Kiyevdə üç aeroport mövcuddur: "Borispol" Beynəlxalq aeroportu, "Kiyev" (Julyanı) Beynəlxalq aeroportu və Qostomel (yük aeroportu Antonov) Aeroportu. Həmçinin bir neçə dəmiryol vağzalı var: Kiyev-Sərnişin, Cənub vağzalı, Şəhərətrafı vağzal, Karavayevlər Bağı (şəhərətrafı), Darniskiy dəmiryol vağzalı, Kiyev-Moskva. Kiyev Rusiya İmperiyasında elektrik tramvaylarının işə salındığı ilk şəhərdir.
6 noyabr 1960-cı ildə Kiyevdə ilk metro stansiyasının açılışı olmuşdur. Şəhərin özündə üç sərnişin xətti ilə (Svyatoşinsko-Brovarskaya, Kurenyovsko-Krasnoarmeyskaya, Sıresko-Peçerski) metropoliten fəaliyyət göstərir. Hər gün metropolitendən təxminən 1,422 milyon sərnişin istifadə edir.
Böyük həcmli yüklərin daşınmasında Dnepr çayından istifadə olunur.
Təhsil
Bu gün Kiyev Ukraynada ən böyük elm və təhsil mərkəzlərindən biridir. Kiyevdə böyük miqdarı ali və orta xüsusi təhsil müəssisələri yerləşdirilmişdir, bir neçə beynəlxalq əhəmiyyətli universitetlər daxil olmaqla, həmçinin Ukraynanın üç ən nüfuzlu universiteti: Taras Şevçenko adına Kiyev milli universiteti, "KPİ" Ukraynasının Milli texniki universiteti və Milli universitet "Kievo-Moqilyanskaya akademiya".
Kiyevdə təxminən 350 məktəb, 100-dən çox gimnaziya və lisey, təxminən 70 ali məktəb vardır, o cümlədən:
- Kiyev Milli İqtisadi Universiteti
- Milli Nəqliyyat Universiteti
- Milli Aviasiya Universiteti
- Kiyev milli Tikintinin və arxitektura universiteti (KİTİ)
- M. P. Draqomanov adına milli pedaqoji universitet
- Dövlət İnformasiya-Rabitə Texnologiyaları Universiteti
- Kiyev konservatoriyası
- Reklam institutu
- Kiyev milli dilçilik universiteti (XARDİL)
- Ukraynanın milli elmlər akademiyası (UMEA)
- Ukraynanın bioresurslarlarının və təbiətdən istifadə edilməsinin milli universiteti
- Kiyev milli Daxili işlər universiteti
- Kiyev rəssamlıq akademiyası
- O. O. Boqomoles adına milli tibbi universitet
- Beynəlxalq Solomonov Universiteti
- Ukraynanın milli Fiziki tərbiyə və idman (İNFİZ) universiteti
- İ. K. Karpenko-Karoqo adına Kiyev milli teatr, kino və televiziya universiteti
- Kiyev milli mədəniyyətin və incəsənət universiteti
- Kiyev milli texnologiyalar və dizayn universiteti
- Milli qida texnologiyaları universiteti
- Kiyev bazar əlaqələri universiteti
- Kiyev Milli Ticarət və İqtisadiyyat Universiteti
- Boris Qrinçenka adına Kiyev universiteti
Mədəniyyət
Kiyev həmçinin Ukraynanın mədəniyyət və incəsənət mərkəzidir. Burada 27 muzey, 25 teatr və teatr-studiyalar vardır. 2005-ci ildə Kiyev 50-ci Avroviziya musiqi müsabiqəsinin keçirildiyi yeri oldu, 2012-ci ildə isə o Ukraynanın Avropanın futbol 2012 Çempionatını qəbul etmiş dörd şəhərlərindən biri oldu.
Ədalətli olaraq Kiyevi dünyanın ən yaşıl şəhərlərindən biri adlandırırlar, axı meşələr parklar və bağlar onun sahəsinin daha çox yarısını təşkil edir. Şəhərin ərazisində iki böyük botanika bağı var. Mayda bütün Kiyevdə təmtəraqlı çiçəklənən şabalıd ağacı şəhərin simvoludur.
Qardaşlaşmış şəhərlər
İstinadlar
- Київський міський голова. Kyiv City State Administration.
- https://web.archive.org/web/20150918152231/http://atu.gki.com.ua/atu/26.
- State Statistics Service of Ukraine Чисельність наявного населення Українина 1 січня 2022. Kiyev: State Statistics Service of Ukraine.
- "edebiyyat defteri". 2014-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-16.
- "Murad Adji Europa, Turkic, The Great Steppe". 2013-10-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-12-16.
Xarici keçidlər
- Kiyev — turistlər üçün məlumat
- Kiyev — şəhərlə tanışlıq Arxivləşdirilib 2009-03-03 at the Wayback Machine