Kivilər
Kivilər, qanadsızlar (lat. Apterygiformes) — tilsiz quşlar dəstəsi.
Kivilər | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Amorphea Ranqsız: Obazoa Ranqsız: Opisthokonta Ranqsız: Holozoa Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Nephrozoa Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Notopalaeognathae Klad: Novaeratitae Dəstə: Kivilər |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Qanadları zəif inkişaf etmişdir; quyruqsuzdur, ayaqları güclü, caynaqları itidir. Yumşaq lələkləri bədənini eyni dərəcədə örtür. Dimdiyi uzundur. Burun dəlikləri dimdiyinin ucundadır. Gözləri xırdadır. Kivilərin kütləsi 1,4—4 kq-a qədərdir. Kegə quşlarıdır. Yaxşı eşidir və qoxu bilir. 3 növü var. Yeni Zelandiyada yayılmışdır. Rütubətli həmişəyaşıl meşələrdə çox gizli halda yaşayırlar. Yuvasına və ya ağac kökləri altına 1—2 yumurta qoyur. 6—7 həftə kürt yatır. Bir həftəlik balalar sərbəst yemlənir. Cücülər, qurd, giləmeyvə ilə qidalanır. Yeni Zelandiyaya gətirilmiş itlər, pişiklər və s. heyvanlar kiviləri tələf etdiyi üçün sayı çox azalmışdır. Mühafizə olunurlar.
İstinadlar
- IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3
- World Bird List (ing.): IOC World Bird List. 6.4 IOU, 2016. doi:10.14344/IOC.ML.6.4
Həmçinin bax
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.