Kitabi-Əsgəriyyə

"Kitabi-Əsgəriyyə" — Azərbaycanlı alim və maarifçi Abbasqulu ağa Bakıxanovun 1837-ci ildə yazdığı hekayə.[1] Bu Bakıxanovun Riyazül-Qüdsdən sonra ikinci nəsr əsəridir.[1] Hekayə fanatik cəmiyyətin təqib etdiyi əsgər və kiçik rütbəli ruhani qızın qarşılıqlı məhəbbəti haqda bəhs edir. "Kitabi-Əsgəriyyə" hekayəsində Bakıxanov sevgi azadlığı haqqında yazırdı və xurafata qarşı çıxırdı.[2]

Kitabi-Əsgəriyyə
Janr Hekayə
Müəllif Abbasqulu ağa Bakıxanov
Orijinal dili Azərbaycan dili
Yazılma ili 1837
Nəşr ili 1861

Hekayə ilk dəfə Mirzə Əbülhəsən bəy Vəzirovun 1861-ci ildə Peterburqda çap olunan "Qəvaidi-Zöviyyə ("Zövi qaydaları") adlı türk dili dərsliyində ixtisarla və bəzi hissələri sadələşdirilərək verilmişdir.[3] Hekayənin Quba şəhərindəki Ərdəbillilər məscidindən tapılıb. AMEA-nın Nizami adına Ədəbiyyat və Dil İnstitutunun Əlyazmalar fondunda saxlanılan nüsxəsinin mükəmməl tənqidi mətni ilk dəfə Həmid Araslının transfonoliterasiyası ilə 1946-cı ildə İnstitutun əsərlərinin birinci cildində nəşr olunmuşdur.[4]

İstinadlar

  1. Könül Nəhmətova. Abbasqulu Ağa Bakıxanovun “Kitabi-Əsgəriyyə” hekayəsi Arxivləşdirilib 2016-04-06 at the Wayback Machine. Bakı, “Elm və təhsil”, 2013 — səh 3 — 116 səh.
  2. БАКИХАНОВ Arxivləşdirilib 2016-10-05 at the Wayback Machine // Краткая литературная энциклопедия. — Советская энциклопедия, 1962. — Т. I. — С. 411. (rusca)
  3. Könül Nəhmətova. Abbasqulu Ağa Bakıxanovun “Kitabi-Əsgəriyyə” hekayəsi Arxivləşdirilib 2016-04-06 at the Wayback Machine. Bakı, “Elm və təhsil”, 2013 — səh 4 — 116 səh.
  4. Könül Nəhmətova. Abbasqulu Ağa Bakıxanovun “Kitabi-Əsgəriyyə” hekayəsi Arxivləşdirilib 2016-04-06 at the Wayback Machine. Bakı, “Elm və təhsil”, 2013 — səh 10 — 116 səh.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.