Kitabə

Kitabə (ərəb. كتابة‎) — adətən, mənzum şəkildə olan qəbirüstü yazı. Azərbaycan ədəbiyyatında epitafiyanın real qəbirdaşına yazılan növü – kitabə daha çox yayılmışdır.[1]

Ağa Zeynal hamamının daş kitabəsi

Son əsrlərədək bəzi klassik şairlər hələ sağlıqlarında özləri üçün kitabə–şeir yazmışlar.

S.Ə.Şirvaninin qəbir daşında (Şamaxıda) belə bir kitabə var:

Mövti-cismani ilə sanma mənim ölməyimi,
Seyyida, ölmərəm, aləmdə səsim var mənim.

Həmçinin bax

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.