Kirs (Qafan)

Kirs (erm. Քիրս; hal-hazırkı adı: Kitsk erm. Կիցք) — Ermənistan Respublikasının cənubunda Sünik mərzində yerləşən kənd.

Tarixi Zəngəzur mahalı əraziləri
Kirs
Ümumi məlumatlar
Ölkə Ermənistan Ermənistan
Bölgə Mərz: Sünik mərzi
Rayon: Qafan rayonu (1930-1995)
İnzibati mərkəz Qafan
İndiki adı Kitsk (erm. Կիցք)
Əhalisi 0 (2001)
Saat qurşağı
Xəritədə yeri
Kirs xəritədə
Kirs
Kirs

1930-1995-ci illər aralığında Qafan rayonu inzibati-ərazi vahidinin tərkibinə daxil olan kənd Qafan şəhərindən 36 km şimal-qərbdə Kurud çayının (Qəhhar çayı[1]) yuxarı axarında, Kurud kəndindən 3 km şimalda, Kirsdağın ətəyində yerləşir.

Ümumi məlumat

1905-1906-cı illərdə erməni hücumuna məruz qalan kənd sakinləri, 1918-ci ildə yenidən ermənilərin hücumuna məruz qalırlar. Bu dəfə də kəndi tərk etmək məcburiyyətində qalan kirislilər Ordubada pənah aparırlar. 1922-ci ildə Ermənistanda sovet hökuməti qurulandan sonra kirslilərin təqribən yarısı geri qayıdaraq öz doğma kəndlərini təkrarən bərpa edirlər.

1933-cü ildə qonşu Kurud kəndi ilə birlikdə yaradılan Çirişin də daxil olduğu Kurud kolxozu 1965-ci ildə ləğv edilərək zorla Gığı heyvandarlıq sovxozuna birləşdirildi.

Kənddəki qədim dövrə aid olan qəbiristanlıq , qazıntı zamanı tapılmış 3ədəd daş qoç və çoxlu zinyət əşyaları kəndin qədimliyini göstərir.

Əhalisi

Kənddə 1886-cı ildə 130 nəfər, 1897-ci ildə 56 nəfər, 1922-ci ildə 78 nəfər, 1926-cı ildə 77 nəfər, 1931-ci ildə 104 nəfər azərbaycanlı yaşamışdır.[2]

1988-ci ilin noyabr ayında bölgənin digər azərbaycanlı sakinləri kimi kirslilər də Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından qovulmuşdur.[2]

Ermənistan Respublikası Milli Statistika Xidmətinin 2001-ci il məlumatlarına görə Gığı kənd icmasına daxil olan Kirs kəndində yaşayış yoxdur, kənd tərk edilib.[3]

Rəsmi siyahıyaalınma ili və müvafiq sayımların yekunlarına əsasən əhalinin sayı
1886-ci il 1897-ci il 1922-ci il 1926-cı il 1931-ci il 2001-ci il
Kirs 130 56 78 77 104 0

Adı

Toponim türk dilində «çöl», «sərhəd», «yayla», «dağ» mənasında işlənən kır (-kir) sözündən əmələ gəlmişdir. Toponimin sonundakı «s» topoformantdır. Kəndin adı ilə onun yerləşdiyi relyef uyğundur. Belə ki, kənd dağ ətəyində, çəmənlik yerdə yerləşir. Relyeflə bağlı yaranan sadə quruluşlu toponimdir.[2]

Kəndin adının «qar uçqunu» yaradan «kirs» sözü ilə əlaqəli olması da ehtimallardan biridir.[4]

Kəndin toponimləri

  • Çəmənyurd
  • Tatar yurdu
  • Kürd yurdu
  • Əyridağ
  • Soğanlıq
  • Ağgədik
  • Göygədik
  • Çiçəkliqaya
  • Molla qayası
  • Azman dərəsi
  • Qaramalıq və s.

Xarici keçidlər

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.