Kirpiklilər və ya İnfuzorlar
Bir çox mütəxəssislər bu taksonda 30 000-dən çox növün olduğunu bildirir. Sərbəstyaşayan və parazitlik edən infuzorlar ayırd edilir. İnfuzorların ən geniş yayılmış növü infuzor tərlikdir (Paramecium caudatum). Əsasən, dənizlərdə və şirin su hövzələrində, bentos və planktonların tərkibində yaşayırlar. Torpaqda və mamırlarda yaşayan nifuzorlar da mövcuddur. Bu canlıların əksər hissəsi digər heyvanlarla (əsasən, həlqəvi qurdlar, molyusklar, balıqlar, amfibilər, məməlilər) kommensal, simbiont və parazitik münasibətlərdə olur. Bəzi kirpikli növləri (məsələn, Paramecium caudatum, Oxytricha trifallax) molekulyar biologiyada model obyekti qismində istifadə edilir.
Sinif Növlər
Karyorelictea | Avelia arcachonense, A. gigas, A. martinicense, Ciliofaurea arenicola,
C. brunnea, C. mirabilis, C. ornate, Corlissia picta, Cryptopharynx enigmaticus, C. kahli, C. mauritanicus, C. multinucleatum, C. setigerus, Geleia acuta, G. sinica, G. decolor, G. filiformes, G. fossata, G. heterotricha, G. hyaline, G. luici, G. major, G. martinicense, G. murmanica, G. nigriceps, G. obliqua, G. orbis, G. simplex, G. swedmarki, G. tenuis, G. vacuolata, Kentrophoroscanalis, K. flavus, K. fasciolatum, K. faurei, K. fistulosus, K. flavum, K. graciles, K. grandis, K. lanceolata, K. latum, K. ponticum, Loxodes vorax, L. magnus, L. penardi, L. rostrum, L. striatus, L. striatus, Remanella brunnea R. caudate, R. dragescoi,R. faurei, R. gigas, R. granulosa, R. levii, R. margaritifera, R. microstoma, R. minuta, R. multicirpusculata, R. multinucleate, R. obtuse, R. rugose,R. swedmarki, R. trichocusta, R. unicorpusculata, R. unirugosa. |
Heterotrichea | Ampullofolliculina lageniformis, Anigsteinia clarissima, A. longissima,
A. salinaria, Ascobius claparedi, A. faurefremieti, A. sileni, A. simplex, Blepharisma clarissimum, B. dileptus, B. elogatum, B. grayi, B. hyalinum, B. lateritum, B. melana, B. multinucleata, B. salinarum, B. steini, B. tardum, B.undulans, B. velatum, B. vestitum, Climacostomum gigas, C. virens, Condylostoma acuta, C. ancestralis, C. arenarium, C. caudatum, C. curva, C. magnum, C. minima, C. rugosa, C. vastum, C. tenuis, C. tardum, Copemetopus subsalsus, Fabrea salina, Parablepharisma bacteriophage, P. bacteriophora, P. chlamydophorum, P. collare, P. pellitum, Pseudoblepharisma tenue |
Litostomatea | Apotrachelotractus variabialis, Askenasia regina, A. stellaris, Chaenea gigas, C. minor, C. psammophila, C. robusta, C. simulans, C. tesselata,
C. teres, C. vorax, C. elongata, C. limicola, Cyclotrichium cyclokaryon, C. gigas, C. meunieri, C. ovatum, C. sphaericum, C. taniguchii, C. gargantua, C. nasutum, C. parvulum, Didinium balbiani, Enchelys gracilis, E. marina, E. mutans, E. nebulosa, E.pectinata, E. pterotracheae, E. simplex, E. tarda, Fuscheria marina, Haematophagus megaptere, Helicoprorodon barbatus, H. gigas, H. maximus, H. minutus, H. multinucleatum, H. orientalis, Mesodinium acarus, M. chamaeleon, M. cinctum, M. pulex, M. pupula, M. rubrum, Microregma ponticum, Monodinium balbianii, Nannophrya truncata, Trachelotractus entzi, Quasillagilis constanciensis |
Colpodea | Aristerostoma marinum, Cyrtolophosis mucicola, Platyophrya ferroi,
P. lata, Rhyposophrya aplanata, Woodruffia rostrata |
Nassophorea | Chilodontopsis acuta, C. caudate, C. elonqata, C. vorax, Drepanomonas obtusa, Discotricha papillifera, Leptopharynx torperis, Lopezoterenia torpens, Nassula argentula, N. aurea, N. citrea, N. elegans, N. labiata, Orthodonella apohamatus, O. gutta, O. hamatus, O. shenae, Stomatophrya aplanata, S. singularis, Paranassula brunnea,
P. microstoma, Scaphidiodon navicula, Zosterodasys agamaliev, Z. kryophilus, Z. minor |
Phyllopharyngea | Acineta amphiasci, A. branchicola, A. sulcata, Armichona insecta, Atopochilodon arenifer, Ceratochona scandens, Chilodonella bavariensis, C. calkinsi, C. capucina, C. caudata, C. uncinata, Chlamydonellopsis calkinsi, Chonosaurus galeatus, Conchacineta complanata, Cristichona tesselata, Coeloperix sleighi, Corynophrya marina, Cyamichona megapterae, C. mysticeti, Dendrosoma radians, Eriochona horrida, Flectacineta livadiana, Flectichona crenata, Inversochona peregra, Kentrochona nebaliae, Kentrochonopsis multipara, Lernaeophrya capitata, Pottsiocles infusiorum, Pseudochilodonopsis marina, Pseudogemma pachystyla,
Stylochona coronate, Trithigmostoma cucullulus |
Prostomatea | Balanion comatum, Bursella spumosa, Bursellopsis spumosa, Chilophrya labiata, Coleps arenarius, C. bicuspis, C. vesiculosus, Cryptocaryon irritans, Holophrya africana, H. alviolata, H.atra, H, biconica, H. caspica, H. collaris, H. coronata, H. vorax, Metacystis truncata, Placus antarcticus, P. socialis, Plagiopogon loricatus, Plagiocampa acuminata, P. perlata, Prorodon arenarius, Pseudoprorodon arenicola, Rhagdostoma roscoffensis, Spathidiopsis buddenbrocki, S. dogieli, S. sulcatus, Tiarina antarctica, T. fusus, T. levigata, Urotricha pelagica, Vasicola parvula |
Plagiopylea | Plagiopyla binucleata, P. nasuta, P. vestita, Sonderia cyclostoma, S. sinuata, S. tubigula, Sonderiella scandens, Trimyema difficile, T. marinum, T. pleurispirale |
Oligohymenophorea | Anoplophrya mytili, Anoplophryopsis ovata, Askoella janssoni, Cardiostomatella vermiforme, Cinetochilum ovale, Chromidina coronata, C. elegans, Coelosomides tessieri, Cohnilembus verminus, Conchostoma longissimum, Conidophrys pilisuctor, Cryptochilum reniforme, Dexiotrichides pangi, Disematostoma butschlii, Entodiscus sabulonis, Epimecophrya cylindrica, Foettingeria actiniarium, Frontonia aberrans, F. vacuolata, Gymnodinioides inkystans, G. pitelkae, Homalogastra binucleata, Lembadion arenicola, Loxocephalus plagius, Myxophyllum magnum, Opalinopsis sepiolae, Paramecium aurelia, P. woodruffi, Paratetrahymena wassi, Pericaryon cesticola, Platynematum sociale, Pseudoplatynematum parvum, Sathrophilus marinum, Schistophrya aplanata, Spirophrya subparasitica, Stokesia vernalis, Uropedalium pyriforme |
Spirotrichea | Aspidisca caspica Agamaliev, 1967, A. fuscoides Agamaliev, 1975, Aspidisca sulcata, Certesia ovata, Cytharoides balechi, Euplotes apsheronicus Agamaliev, 1966, E. latus Agamaliev, 1967, E. minor Alekperov, Buskey&Snegovaya, 2007, E. octocirratus Agamaliev, 1967, E. poljanski Agamaliev, 1966, E. raikovi Agamaliev, 1966, E. strelkovi Agamaliev, 1967, Diophrys kasymovi Agamaliev, 1971, D. quadri caudatus Agamaliev, 1967, Diophryopsis hystrix, Euplotopsis nana, Gastrocirrhus trichocystus, Marginotricha dragescoi, Moneuplotes crassus, Paradiscocephalus elongatus, Paradiophrys kahli, Prodiscocephalus borrori, Swedmarkia arenicola, Uronychia binucleata |
Cariotrichea | Cariacothrix caudata, Caryotricha minuta |
Mesodiniea | Mesodinium acarus, M. rubrum, M. chamaeleon, M. cinctum, M. pulex, M. pupula, M. rubrum |
Kirpiklilər və ya İnfuzorlar | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır.
???: Kirpiklilər və ya İnfuzorlar |
||||
Beynəlxalq elmi adı | ||||
Ciliophora | ||||
|
Ümumi xarakteristikası
Onların bədənləri sabit və uzunsov formaya malik olub xaricdən sıx pellikula ilə əhatə olunur. Ölçüləri 10 mkm – 4.5 mm intervalında dəyişən bu canlıların iki nüvəsi vardır (makronukleus və mikronukleus). Vegetativ nüvə (makronukleus) hüceyrə daxilindəki maddələrin sintezinə cavabdehdir. Generativ nüvə (mikronukleus) isə çoxalma prosesini həyata keçirir.Bədənləri 10 – 15 min ədəd kirpikciklərlə örtülü olur. Kirpikciklərin dalğavarı hərəkəti ilə infuzor təxminən 2 mm/san sürətlə hərəkət edə bilir. Kirpikciklər arasında müdafiə funksiyasını həyata keçirən 5 – 8 min ədəd trixosistlər yerləşir. Onlar xarici qıcıalandırıcının (düşmənin) təsiri ilə 6 – 8 dəfə uzanaraq sanki “atəş açır”.[2]
Qidalanması
Əsasən, bakteriyalarla qidalanan bu canlılar cinsi və qeyri-cinsi yolla çoxalır. Bu tipin patogen nümayəndəsi insanlarda balantidioz xəstəliyi yaradan balantidilərdir (Balantidium coli). İnsan çirkli su hövzələrindən su içdikdə bu parazitlə yoluxa bilər.
İnkişafı
Öz inkişaf mərhələlərinin bir qismini parazit, digərini isə sərbəstyaşayan kimi ömür sürən infuzorlar da məlumdur. Onlara misal olaraq ixtioftiriusu (Ichthyopthirius paraziti)göstərmək olar. İxtioftirius balıq orqanizmlərində parazitlik edib onları məhv edir.
İnsan həyatında rolu
Son olaraq qeyd etmək lazımdır ki, ibtidailərin 50-yə yaxın növü insan üçün patogendir. Yer üzərində 300 milyona yaxın insan malyariyadan əziyyət çəkir və hər il 2 milyon insan bu xəstəlikdən dünyasını dəyişir. Visseral leyşmanioza yoluxmuş uşaqların 20 – 30 %-i ölür. Hər il 200 mindən çox insan yuxu xəstəliyinin törədiciləri ilə yoluxur. Bu parazitə yoluxanların ümumi sayı isə 16 – 18 milyon tərtibində qiymətləndirilir. Trichomonas vaginalіs kişi və qadınlarda sidik-cinsiyyət yollarının iltihabına səbəb olur.[3]
Xəzər dənizinin Azərbaycan sektorunda 400, daxili su hövzələrində 400, keçmiş İsmayıllı və Pirqulu dövlət təbiət qoruqları ərazilərinin torpaq örtüyündə isə 251 sərbəstyaşayan infuzor növü təyin edilmişdir Ələkbərov İ., 2012. Xəzər dənizində 40 ixtioparazit infuzor növü təsvir edilmişdir İbrahimov Ş., 2012.
Xarici keçidlər
İstinadlar
- "Arxivlənmiş surət". 2019-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-22.
- http://biodiversity.az/54/61/70/71%5B%5D Kirpiklilər və ya İnfuzorlar
- http://biodiversity.az/54/61/70/71%5B%5D Kirpiklilər və ya İnfuzorlar