Gəncə Dövlət Universiteti

Gəncə Dövlət Universiteti və ya qısaca GDUAzərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi.

Gəncə Dövlət Universiteti
Emblem
Emblem
Əsası qoyulub 1938
Rektor Yusif Yusibov[1]
Tələbə sayı 5.237
Xarici tələbə sayı 15
Bakalavr sayı 4.961
Magistrant sayı 276
Aspirant sayı 43
Professor sayı 20
Müəllim sayı 542
Şəhər Gəncə Gəncə
Ölkə
Ünvan Gəncə, Heydər Əliyev prospekti, 429
Sayt gdu.edu.az

Tarixi

1999-cu ildə Gəncə Dövlət Pedaqoji İnstitutunun yubileyi olmuş və onun 60 yaşı tamam olmuşdur: 1938-cu ildə natamam ali təhsil verən ikiillik müəllimlər institutu kimi fəaliyyətə başlamışdır.

İnstitut Azərbaycanın qərb zonası üçün müəllim kadrları yetişdirmək üçün yaradılmışdır. 1943-cü ildən institut tam ali təhsil verən tədris müəssisəsinə çevrilmiş və ona Azərbaycanın görkəmli maarifpərvəri və ictimai xadimi Həsən bəy Zərdabinin adı verilmişdir.

O vaxtdan indiyə kimi institut respublika üçün alitəhsilli pedaqoji kadrlar hazırlayan əsas təhsil mərkəzlərindən birinə çevrilmişdir. İnstitutun on minlərlə məzunu ölkəmizin müxtəlif bucaqlarında müəllimlik işində, elmi və elmi-pedaqoji sahələrdə fəaliyyət göstərir.

Universitet 1938-ci ildə ikiillik Gəncə Müəllimlər İnstitutu kimi fəaliyyətə başlamışdır. 5 illik fəaliyyətdən sonra tam ali təhsil verən H. Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutu kimi yolunu davam etdirmişdir. 2000-ci ildən Gəncə Dövlət Universiteti kimi fəaliyyət göstərir. Universitetdə tədris bakalavr (təhsil müddəti əyani 4 il, qiyabi 5 il) və magistr (təhsil müddəti 2 il) pillələrində aparılır.

AMİ Gəncə filialı

Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli 349 nömrəli Fərmanı ilə Gəncə Zona Müəllimləri Təkmilləşdirmə İnstitutunun və Gəncə şəhəri təsərrüfat hesablı Məişət Kollecinin bazasında yaradılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 11 sentyabr 2014-cü il tarixli, 284 nömrəli Fərmanı[2] ilə "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Prezidentinin 2000-ci il tarixli 13 iyun tarixli 349 nömrəli Fərmanında edilmiş dəyişikliklərə müvafiq olaraq Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının fəaliyyəti dayandırılmışdır. Bundan sonra tələbələr Gəncə Dövlət Universitetinə köçürülmüşdür.[3]

Rəsmi adları

  • 1939 — Kirovabad Müəllimlər İnstitutu
  • 1943 — H. Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutu
  • 1989 — H. Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutu
  • 2000 — Gəncə Dövlət Universiteti

Maddi-texniki bazası

Gəncə Dövlət Universitetinin əsas binası

Gəncənin mərkəzi hissəsində institutun 3 tədris binası, tələbə şəhərciyində yerləşdirilmiş yataqxanaları vardır.

Universitetin 3 tədris korpusu, kitabxanası, idman zalı, yataqxanası və müasir kompüter avadanliğı ilə təhciz olunmuş informasiya mərkəzi vardır. Universitetdə distant təhsil metodlarının tətbiqi ilə fəaliyyət göstərən "Cisco Şəbəkə Akademiyasının – GDU filialı" tələbələrin müasir İnformasiya-kommunikasiya texnologiyaları sahəsində mütəxəssis kimi hazırlığına xidmət edir.

Tərkibi

Kolleclər

Fakültələr

  • Riyaziyyat-informatika fakültəsi
  • Fizika və texniki fənlər fakültəsi
  • Kimya-biologiya fakültəsi
  • Filologiya fakültəsi
  • Tarix-coğrafiya fakültəsi
  • Xarici dillər fakültəsi
  • Pedaqoji fakültə
  • İqtisadiyyat və idarəetmə fakültəsi

Məşhur məzunları

Beynəlxalq əlaqələri

Qafqaz Universitetlər Birliyinin üzvüdür.[4]

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.