Kirov rayonu (Şimali Osetiya)

Kirov rayonu (oset. Кировы район) - Rusiya Federasiyası, Şimali Osetiyanın tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Elxot kəndidir.

Kirov rayonu
Gerb
Gerb

43°20′ şm. e. 44°12′ ş. u.


Ölkə
İnzibati mərkəz Elxot[1]
Tarixi və coğrafiyası
Yaradılıb 2 dekabr 1934
Sahəsi
  • 360 km²
Əhalisi
Əhalisi
  • 27.406 nəf. (1 yanvar 2018)[2]
Rəsmi sayt
Kirov rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafiya

Kirov rayonu respublikanın şimal-qərb hissəsində, Kabarda-Balkariya ilə sərhəddə yerləşir. Rayonun sahəsi 410.74 km²-dir.

Aşağıdakı rayonlarla həmsərhəddir: şimal-şərqdə Mozdok rayonu, şərqdə Pravoberejnı rayonu, cənubda Ardon və Diqorski rayonları, eləcə də qərbdə və şimalda Kabarda-Balkariyanın 3 rayonu.

Rayonun hidroqrafik şəbəkəsi Terek, Kambileevka, Urux, Zmeyka çayları və onların qolları ilə təmsil olunur. Bir sıra meliorasiya kanalları da mövcuddur.

Tarixi

2 dekabr 1934 SSRİ sosialist partiyasının Şimali Osetiyanə bölməsinin qərarı ilə beş kənd sovetliyi təşkil edilir: Elxotovski, Stavd-Dordski, Zmeyski, İranski və Komsomolski[3].

17 mart 1935-ci ildə SSRİ MİK qərarı ilə Elxotov rayunun adı Kirov rayonu olaraq dəyişdirilir. 2004-cü ildə rayon özünün 70 illiyini qeyd edir[4].

Böyük Vətən müharibəsi zamanı Elxotov darvazası uğrunda qanlı döyüşlər baş tutmuşdur. Bura Xəzər neftinə, Gürcüstan hərbi yoluna gedən xəttin girişi sayılır. Burada sovet qoşunlarının müdafiə xətti qırılır. Ancaq alman qoşunları Orjanikidze yaxınlığında durdurulmuşdur.

Əhali

Milli tərkib

2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə rayonun milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[5]:

Xalq Say,
nəf.
Ümumi əhaliyə
olan nisbəti, %
osetinlər 25 407 91,4 %
ruslar 1 894 6,8 %
digərləri 506 1,8 %

İqtisadiyyat

Kirov rayonu istər kənd təsərrüfatı, istərsə sənaye istiqamətli iqtisadiyyata sahibdir. Rayon ərasinində 39 müəssisə, o cümlədən 6 kolxoz, 1 sovxoz, 4 sənayə müəssisəsi, 2 tikinti şirkəti, 1 yol idarəsi.

Sənaye

Konserv zavodu

«Elxotovski ”, “ Revaris ” MMC,“ Avangard ” MMC;

«Karcin-LTF» MMC — İkiqat lent;

«Soyuz Plus» MMC, «Kazar» MMC - spirt istehsalı;

«Yuq-Kristal» MMC, «RKZP» MMC, «İmperiya» MMC, «YUQ» MMC, «Kirovski» MMC, «Lider» MMC, «Oka»" MMC - şərab və araq məhsulları;

  • «Kirovles» DUM — meşə mühafizəsi, sanitar kəsmə, heyvandarlıq;
  • «Kiriov Çörək zavodu» — çörək, çörək məhsulları.
Nəqliyyat

Rayon ərazisindən, Elxotov darvazası ərazisindən Qafqaz avtomagitralı və Şomali Qafqaz dəmiryolu xətti keçir.

Xüsusi Qorunan təbiət əraziləri

  • «Bekan sərhədi» təbiət abidəsi[6].

Din

İslam
  • Məscid (Elxatov k.);
  • Məscid (Karcin k.).

Müsəlmanların olduğu kəndlər — Elxatov, Karcin və Komsomolskoe.

Provaslav

İbadətgah (Stavd-Durta);

İlk iman gətirən Müqəddəs Həvarilərin, Pyotr və Paulunun kilsəsi (Elxotov);

Müqəddəs həyatverən üçlük kilsəsi (Stavd-Durta).

Xristianlığın yayıldığı kəndlər - Zmeyskaya, Darg-Kox, Stavd-Durta və İran kəndləri.

Ənənəvi osetin inancları

"Tatartup" ziyarətgahı (st. Zmeyskaya). Ənənəvi inanclar islam və xristianlıqla qarışıqdır.

Mənbə

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.