Kirman bəylərbəyliyi
Kirman bəylərbəyliyi — Səfəvilər dövlətinə bağlı bölgələrdən biri.
Səfəvilər dövlətinin bayrağı və gerbi |
Əyalət | |||
Kirman bəylərbəyliyi | |||
---|---|---|---|
|
|||
— 1740
|
|||
Rəsmi dilləri | Azərbaycan dili, fars dili | ||
Bəylərbəyi | |||
• | Əhməd xan Ustaclı (ilk) |
Tarixi
1524-cü ildə mərhum Qara xanın oğlu Abdulla xan Ustaclı Kirman hakimi Əhməd Sufi oğlu Ustaclı ilə birlikdə rumlu və təkəli tayfalarına qarşı çıxdı və Xərzavil adlı yerdə onların arasınad döyüş baş verdi.
1578-ci ildə Əliqulu xan Şamlı Herat hakimi və Xorasan əmir əl-ümərası təyin olunmuşdu. Murtuzaqulu xan Pornaka Məşhədin idarə olunması etibar edildi. Qarabağın əmir əl-ümərası və Gəncə vilayətinin hakimi Yusif Xəlifə Ziyad oğlu, qacar tayfasından olan Peykər sultan tərəfindən öldürülmüşdü. Bu vəzifəyə İmamqulu xan Qacar təyin edildi. Kirman hakimi Allahqulu bəy Avşar, şahın xüsusi hərbi dəstəsinin başçısı (qorçubaşı) vəzifəsinə irəli çəkildi. Mahmud sultan Avşar isə Kirman hakimi təyin edildi. Şiraz vilayətinə hakim təyin edilən Vəli xan Qalxançıoğlu Zülqədər az sonra II İsmayılın təzəcə dünyaya gəlmiş oğlu Şahşücanın tərbiyəçisi oldu. “Şərəfnamə”nin müəllifi Şərəf xan Bidlisi Kürdüstanın “əmirlər əmiri” vəzifəsinə keçdi”.
Avşar elinin böyük bir qrupu Kirman əyalətində yerləşmişdi. Bu qrupun bəzi soylarına Bıçaqçı-Avşarlar deyirdilər. Bıçaqçı-avşarlar Zəncan vilayətinə yerləşdikdən sonra bu yörə bıçaq və xəncərləri ilə bütün İranda tanındılar.
Hakimləri
- Əhməd xan Ustaclı
- Şahqulu xan Sarışeyxli-Avşar (1529-?)
- Yaqub sultan Avşar
- Allahqulu xan Avşar
- Mahmud xan Avşar
- Vəli xan Avşar
- Bəktaş xan Avşar
- Gəncəli xan Zığ
- Təhmasibqulu xan
- Mürtəzaqulu xan Şamlı
- Gürgin xan (1699-1703)
- Səfiqulu xan Türküstanoğlu
- Məhəmmədrüstəm xan Səidli-Avşar
Mənbə
- Ənvər Çingizoğlu, Aydın Avşar, Avşarlar, Bakı, "Şuşa", 2008, səh. 125-138