Kiril Petkov
Kiril Petkov Petkov (bolq. Кирил Петков Петков; 17 aprel 1980[1], Plovdiv[2]) — bolqar siyasətçi, iqtisadçı və sahibkar, 13 dekabr 2021-ci ildən etibarən Bolqarıstanın Baş naziri.
Kiril Petkov Petkov | |
---|---|
bolq. Кирил Петков Петков | |
Bolqarıstan Respublikasının Baş naziri | |
13 dekabr 2021 – h.h | |
Əvvəlki | Stefan Yanev |
"Dəyişikliyə Davam Ediriy"in həmsədri | |
19 sentyabr 2021 – h.h | |
Əvvəlki | vəzifə təsis edilib |
İqtisadiyyat Naziri | |
12 may 2021 – 16 sentyabr 2021 | |
Əvvəlki | Laçezar İvanov |
Sonrakı | Daniela Veziyeva |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Plovdiv, Bolqarıstan |
Təhsili | |
Fəaliyyəti | sahibkar, siyasətçi |
Həyat yoldaşı | Linda Makkenzi (2000–h.h) |
Uşağı | 3 |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Petkov 17 aprel 1980-ci ildə Plovdivdə anadan olub. O, Vankuverdəki Britaniya Kolumbiyası Universitetində maliyyə üzrə ticari bakalavr dərəcəsinə və öz sinfinin ən yaxşı 10%-də yer aldığı Harvard Universitetində biznesin idarə edilməsi üzrə magistr dərəcəsinə sahibdir. Onun mühazirəçilərindən biri klaster strategiyalarının işlənib hazırlanmasında ixtisaslaşdığı Maykl Porter idi. Petkov Harvard Universitetinə bağlı Sofiya Universitetində İqtisadi Strategiyalar və Rəqabət Qabiliyyətlilik Mərkəzinin təsisçilərindən biridir və burada iqtisadi inkişaf və rəqabətqabiliyyətliliyin mikroiqtisadiyyatından dərslər keçib.[3]
Biznes fəaliyyəti
2001–2005-ci illərdə Petkov Kanadanın "McCain Foods" qida şirkətində korporativ inkişaf meneceri vəzifəsində çalışıb. 2007-ci ildən o, yüksək əlavə dəyərli innovasiyalar sahəsində layihələr hazırlayır və onun "ProViotik" şirkəti ABŞ-da biotexnologiya sahəsində bir neçə patentə malikdir.[3]
Siyasi fəaliyyəti
İqtisadiyyat Naziri fəaliyyəti
2021-ci il mayın 12-dən sentyabrın 16-dək Stefan Yanevin müvəqqəti hökumətində İqtisadiyyat Naziri vəzifəsində çalışıb. Petkov nazir kimi ilk televiziya çıxışında dövlətin nəzarətində olan və kiçik və orta sahibkarlığı dəstəklədiyi iddia edilən Bolqarıstan İnkişaf Bankının dörd iş adamına məxsus səkkiz şirkətə 500 milyon avro kredit payladığını açıqlayıb. O, bu praktikanı "qeyri-adi" kimi pisləyib və kreditlərin necə ayrılması ilə bağlı audit yoxlamasına başlayıb.[4]
Baş nazir fəaliyyəti
19 sentyabr 2021-ci ildə Petkov və Asen Vasilev hökumət yaratmaq üçün bütün digər həmfikir partiyaları bir araya gətirə biləcək birləşdirici qüvvə olmağa çalışan antikorrupsiya partiyası olan "Dəyişikliyi davam etdiririk" adlı siyasi layihəsini təqdim etdilər. Cütlük Harvard Biznes Məktəbində oxuyarkən tanış olublar.[5]
PP-in birinci gəldiyi noyabr seçkilərinin ilkin nəticələri açıqlandıqdan sonra Petkov partiyanın parlamentdə təmsil olunan bir neçə digər partiya ilə razılığa gəlməyə çalışacağını və bütün partiyalarla tərəfdaşlıq etməyə hazır olduğunu açıqladı. Bu, Bolqarıstanda korrupsiyaya qarşı mübarizəyə hədəflənəcək. Petkov Demokratik Bolqarıstan və "Belə bir xalq var" ilə "şəffaf" koalisiya danışıqları aparmaq istədiyini və baş nazirliyə PP-in namizədi olacağını söylədi. Haqq və Azadlıqlar Hərəkatı və GERB koalisiya danışıqlarına daxil edilməyib.[6]
Noyabrın 23-dən 27-dək PP, Bolqarıstan Sosialist Partiyası, İTN və DB nümayəndələri arasında 18 siyasət sahəsi üzrə bir sıra danışıqlar aparılıb. Dekabrın 10-da dörd partiyanın liderləri koalisiya razılaşması əldə etdiklərini və aprel ayından etibarən Bolqarıstanın ilk müntəzəm hökumətini quracaqlarını təsdiqləyiblər. Az sonra Prezident Rumen Radev hökuməti qurmaq mandatını Petkova verdiyini açıqladı. Dekabrın 12-də Petkov gələn hökumətin tərkibini təqdim etdi və o, 13 dekabr 2021-ci ildə Milli Assambleya tərəfindən təsdiqləndi.[7]
Petkov 13 dekabr 2021-ci ildə lehinə 134, əleyhinə 104 səslə Bolqarıstanın Baş naziri seçildi və onun yeni hökuməti həmin gün Prezident Rumen Radev tərəfindən təyin edildi.[7]
Mübahisələr
27 oktyabr 2021-ci il tarixində Bolqarıstanın Konstitusiya Məhkəməsi Petkovun ikili vətəndaş statusuna görə İqtisadiyyat Naziri təyin edilməsi haqqında fərmanı ləğv etdi, çünki Bolqarıstan Konstitusiyasında nazirlər yalnız Bolqarıstan vətəndaşı olmalıdır. Vəzifə ondan geri alınsa da, roldakı hakimiyyəti ləğv edilməyib. Petkovun siyasi əleyhdarları, yəni prezidentliyə namizəd, Bolqarıstan Ali Kassasiya Məhkəməsinin sədri Lozan Panovla bağlı tədbir görülməsinə çağırıblar. Petkov əvvəllər Kanada vətəndaşı olub və 2021-ci ilin aprelində vətəndaşlığından imtina etdiyini bildirib, lakin Kanada hökumətinin sənədləri prosedurun 2021-ci ilin avqust ayına qədər rəsmi olaraq tamamlanmadığını göstərib.[8]
İstinadlar
- Strazha.bg.
- https://novini247.com/novini/roden-v-plovdiv-izrasal-v-sofiya-izuchil-se-i-napravil_3546894.html.
- "Arxivlənmiş surət". 2021-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-09.
- "Arxivlənmiş surət". 2021-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-09.
- "Arxivlənmiş surət". 2021-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-09.
- "Arxivlənmiş surət". 2021-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-09.
- "Arxivlənmiş surət". 2021-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-09.
- "Arxivlənmiş surət". 2021-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-09.