Kiri Buba
Abrek Buba K'irivi (ləzg. КIири Буба 1870-ci illər – 1908 və ya 1913) – Çar rejiminə və həmçinin yerli zülmkarlara qarşı mübarizə aparmış məşhur abrek, Ləzgilərin xalq qəhramanı. Ruslar ona təslim olmağı təklif edəndə, onun son sözləri "Namus xurxa hur qwan - xura çk'ul huray" oldu yani "Namusum palçığda olana qədər - sinəmdə xəncəl olsun".[1]
Kiri Buba | |
---|---|
ləzg. Кӏири Буба | |
Doğum tarixi | 1870-ci illər |
Vəfat tarixi | 1908 və ya 1913 |
Fəaliyyəti | Abrek |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Kiri Buba Dağıstan vilayəti Kürə dairəsinin İkra kəndində anadan olmuşdur. Kiri Bubanın doğum tarixi haqqında dəqiq məlumatlar yoxdur. Ehtimal olunur ki, o, XIX əsrin 70-ci ilərin sonunda anadan olub. Kiri Buba Rusiya imperiyasının çar hakimiyyətinə qarşı mübarizə aparıb, xalqı açıq-aşkar çar hakimiyyətinə qarşı müharibəyə çağırırdı.
1905–1913 illərdə, qaçaq Buba 20 nəfərdən artıq dəstəsi ilə Bakıdan Mahaçqalaya kimi ərazini terror altında saxlayırdı. Varlıların mülklərin dağıdaraq, o aldığını kasıb camaata paylayardı. Xalq ona "Ləzgi Robin Qudu" adını verib.
İstinadlar
- Тишков, Валерий Александрович. Российский Кавказ: книга для политиков (rus). Росинформагротех. 2007. 138, 384. ISBN 978-5-201-00806-2. 2024-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-06.