Kiran hamamı

Kiran hamamıKiran şəhər yerində aparılmış arxeoloji qazıntılar zamanı aşkara çıxarılmış dünya əhəmiyyətli[1] tarix-memarlıq abidəsi.

Kiran hamamı
Ölkə  Azərbaycan
Status dünya əhəmiyyətli arxeoloji abidə
Şəhər Ordubad
Yerləşir Kələntər Dizə
Vəziyyəti xarabalıqları qalır
İstinad nöm.52
Kateqoriyahamam
ƏhəmiyyətiDünya əhəmiyyətli

Memarlıq xüsusiyyətləri

Kiran hamamı şəhristanın ikinci və üçüncü məhəllələrini ayıran geniş yarğanda – Kiran karvansarayından 30-40 metr şərqdə yerləşir.[2] Hamamın birinci mərtəbəsi daşdan, ikinci mərtəbəsi isə çiy kərpicdən inşa edilmişdir.[2] Hamamın cənub-şərq tərəfində kiçik kəhriz yerləşir, şərqdən isə binaya çiy kərpicdən inşa edilmiş yarım-yeraltı kiçik bina birləşir. Həmin binanın otaqlarından birində üzəri naxışla bəzədilmiş nəhəng daş su çəni vardır.[2]

Hamamın dördbucaqlı formaya malik mərkəzi zalı və su hövzəsindən hamama keçid hissələri xüsusilə yaxşı müşahidə edilir. Mərkəzi zalın divarları 11-14 görgü sırası – təxminən 1.8-2 metr hündürlüyündə saxlanmışdır.İbrahimov48 Divarların qalınlığı 1 metrə bərabərdir.[3]

İstinadlar

Ədəbiyyat

  • Ибрагимов, Б.И. Средневековый город Киран (Ответственный редактор доктор исторических наук, профессор С.А.Плетнева). 2000: Московская типография № 12. Баку-Москва.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.