Gəncəli Kirakos
Gəncəli Kirakos (təq. 1200[1], Gəncə – 1271[1], Qazaka) — Qafqaz Albaniyası ədəbiyyatının nümayəndələrindən biri.
Gəncəli Kirakos | |
---|---|
erm. Կիրակոս Գանձակեցի | |
Doğum tarixi | təq. 1200[1] |
Doğum yeri | |
Vəfat tarixi | 1271[1] |
Vəfat yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Kirakos Gəncəli 1201-ci ildə Gəncədə (Qandzax) anadan olmuş, 1271-ci ildə vəfat etmiş alban tarixçisi və rahibi. Mənbələr onu Aravelsi, yəni Şərqli, həmçininə Nor Qetik monastrının adı ilə əlaqədar olaraq Qetisi də adlandırırlar. O həmin monastrda Mxitar Qoşun şagirdi Vanakanın yanında təhsil görmüş və ömrünün böyük bir hissəsini orada keçirmişdir. Kirakos erməni, fars, türk və ərəb dillərini mükəmməl bilirmiş. Kirakos Gəncəli Qafqaz Albaniyası tarixinə dair ən qiymətli mənbələrdən biri olan "Tarix" əsərinin müəllifidir. Bu əsərdə Albaniyaya və Xaçın bölgəsinə aid xüsusi bölmə ayrılmışdır. Gəncəli Kirakos bu əsərində Albaniyanın katolikosları, knyazları, həmçinin ölkədə kilsə tikintiləri və ayrı-ayrı məbədlər haqqında, o cümlədən Amaras məbədi haqqında məlumat verir. Monqolların Azərbaycana hücumu, onların daxili və xarici siyasətindən bəhs edir.
Mənbə
- Fəridə Məmmədova. Qafqaz Albaniyasının siyasi tarixi və tarixi coğrafiyası. Bakı, 1993,
- Arif Məmmədov. "Amaras-Ağoğlan". Bakı, 1975.
- Süleyman Əliyarlı "Azərbaycan tarixi üzrə qaynaqlar"
İstinadlar
- Erməni Sovet Ensiklopediyası (erm.). / red. Վ. Համբարձումյան, Կ. Խուդավերդյան Հայկական հանրագիտարան հրատարակչություն, 1974.