Kirən

Kirən (tarixi adı: Quşçu Kirən) — Azərbaycan Respublikasının Tovuz rayonunun Kirən kənd inzibati ərazi dairəsində kənd.[3]

Kirən
40°48′12″ şm. e. 45°37′36″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 682 nəf. (2009)[1]
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ6032[2]
Kirən xəritədə
Kirən
Kirən

Toponimikası

Kəndin keçmiş adı Quşçu Kirən olmuşdur. Keçmişdə burada Kirən adlı iki kənd var idi. Bir-birindən fərqləndirmək məqsədilə biri Xınnakirən, digəri Quşçu Kirən adlandırılmışdı. Quşçu Kirən kəndi quşçu tayfasına mənsub ailələrin Kirən adlı yerdə məskunlaşması ilə əlaqədar yaranmışdı. Sonralar Quşçu Kirən kəndinin adındakı "Quşçu" hissəsi kəndin adından yığışdırılmış və kəndin adı sadəcə "Kirən" şəklinə qısaldılmışdır.

Fıstıq, vələs meşəliyi olan bu yerdə keçmişdə kəran (tir, pərdi) kəsildiyi üçün Kirən (yerli əhali arasında Kəran) adlandırılmışdır. Oykonimi qədim kiran/kürən tayfa adı ilə də əlaqələndirir, "yamaclar" kimi də izah edirlər.[4]

Tarixi

Tarixi abidələri

Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.

Coğrafiyası və iqlimi

Kənd Əsrikçay və Zəyəmçayın suayrıcında, orta dağlıq qurşaqda yerləşir.

Əhalisi

İl Daimi əhali Kişilər Qadınlar
1999[5] 793 403 390
2009[6] ↘682 ↘349 ↘333

İqtisadiyyatı

Kənd əhalisi əsasən əkinçilik və heyvandarlıqla məşğuldur. Kənddə kartofçuluq inkişaf etmişdir.

Mədəniyyəti

Kənddə Kirən kənd kitabxana filialı,[7] Kirən kənd klubu,[8] Kirən poçt şöbəsi (AZ6032)[9] fəaliyyət göstərir.

Təhsil

Kənddə Elman Süleymanov adına Kirən kənd tam orta məktəbi fəaliyyət göstərir.[10][11]

Kənddə məktəblilər üçün istirahət düşərgəsi də var.

Din

Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə

Kənddə Kirən kənd həkim məntəqəsi yerləşir.[12]

İstinadlar

  1. http://web2.anl.az:81/read/page.php?bibid=149514&pno=107.
  2. https://www.e-gov.az/az/services/readwidenew/3544.
  3. "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 97" (PDF). 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-01.
  4. Kirən // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 282. ISBN 978-9952-34-155-3.
  5. Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. 157.
  6. "Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. 210". 2022-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-23.
  7. ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 17 iyun 2014-cü il, № 196, səh. 57" (PDF). 2021-11-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-04-22.
  8. ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 17 iyun 2014-cü il, № 196, səh. 103" (PDF). 2021-11-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-04-22.
  9. "Azərbaycan Respublikası Tovuz Rayon İcra Hakimiyyəti. Poçt və Rabitə (tovuz-ih.gov.az)". 2022-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-25.
  10. "Azərbaycan Respublikası Təhsil Nazirliyi. Tovuz Rayon Təhsil Şöbəsi. Ümumtəhsil məktəbləri. (tovuz.edu.gov.az)". 2022-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-22.
  11. "Tovuz rayonundakı orta məktəblər, internat məktəbi, peşə liseyi və dövlət sosial iqtisad kolleci haqqında məlumat (tovuz-ih.gov.az)". 2015-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-23.
  12. "Tovuz rayon səhiyyə müəssisələri haqqında məlumat (tovuz-ih.gov.az)". 2022-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-23.

Xarici keçidlər


Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.