Kipr Avroviziya Mahnı Müsabiqəsində
Kipr Avroviziya Mahnı Müsabiqəsinə 1981-ci ildə qoşulmuş və ümumilikdə 36 dəfə müsabiqədə iştirak etmişdir. Ada ölkəsi iştirak etdiyi illər ərzində heç vaxt müsabiqədə qələbə qazana bilməmişdir və əldə etdikləri ən yüksək nəticə 2018-ci ildə Eleni Fureyranın ifa etdiyi "Fuego" mahnısı ilə 2-ci yeri qazanmaqları olmuşdur.
Kipr 21 dəfə yunan, 13 dəfə ingilis, bir dəfə fransız və bir dəfə isə yarı yunan və yarı italyan dilində səslənən mahnılar ilə Avroviziyada təmsil olunmuşdur. 1998-ci ildə müsabiqədə SMS səsverməsinin tətbiqindən sonra Kipr hər il Yunanıstana, Yunanıstan isə Kiprə maksimum xallarını vermişdir. Bu ardıcıllıq ilk dəfə 2015-ci ildə Kiprin Yunanıstana 8 xal, Yunanıstanın isə Kiprə 10 xal verməsi ilə pozulmuşdur.
Kipr böhranı səbəbindən Türkiyə və Kipr 2004-cü ilə kimi bir-birinə səs verməmişdir. İlk dəfə İstanbulda keçirilən müsabiqədə Kipr Türkiyəyə 4 xal, Türkiyə isə Kiprə 1 xal vermişdir.
Kipr 1988-ci ildə Avroviziyanın qaydalarını pozaraq, daha öncə səsləndirilmiş bir mahnını müsabiqəyə göndərmək cəhdinə görə həmin müsabiqədən diskvalifikasiya edilmişdir. Eyni zamanda ölkə bir neçə il ard-arda göstərdiyi zəif nəticələr səbəbindən 2001-ci ildə müsabiqədən bir illik kənarlaşdırılmışdır. 2014-cü ildə isə Kiprin CYBC telekanalı maliyyə problemləri səbəbi ilə Avroviziyada iştirakdan imtina etmiş və 2015-ci ildə Kipr yenidən müsabiqəyə geri dönmüşdür.
Təmsilçilər
1981 | Yunanca | Island | "Monika" (Μόνικα) | 6 | 69 | ||
1982 | Yunanca | Anna Vissi | "Mono i agapi" (Μόνο η αγάπη) | 5 | 85 | ||
1983 | Yunanca | Stavros və Konstantina | "I agapi akoma zi" (Η αγάπη ακόμα ζει) | 16 | 26 | ||
1984 | Yunanca | Əndi Pol | "Anna Maria Lena" (Άννα Μαρία Λένα) | 15 | 31 | ||
1985 | Yunanca | Lia Vissi | "To katalava arga]" (Το κατάλαβα αργά) | 16 | 15 | ||
1986 | Yunanca | Elpida | "Tora zo" (Τώρα ζω) | 20 | 4 | ||
1987 | Yunanca | Aleksiya | "Aspro mavro" (Άσπρο-μαύρο) | 7 | 80 | ||
1989 | Yunanca | Yannis Savvidakis və Fani Polimeri | "Apopse as vrethoume" (Απόψε ας βρεθούμε) | 11 | 51 | ||
1990 | Yunanca | Haris Anastazio | "Milas poli" (Μιλάς πολύ) | 14 | 36 | ||
1991 | Yunanca | Elena Patroklu | "SOS" | 9 | 60 | ||
1992 | Yunanca | Evridiki | "Teriazoume" (Ταιριάζουμε) | 11 | 57 | ||
1993 | Yunanca | Kiriakos Zimbulakis və Dimos Van Beke | "Mi stamatas" (Μη σταματάς) | 19 | 17 | ||
1994 | Yunanca | Evridiki | "Eimai anthropos ki ego" (Είμαι άνθρωπος κι εγώ) | 11 | 51 | ||
1995 | Yunanca | Aleks Panayi | "Sti fotia" (Στη φωτιά) | 9 | 79 | ||
1996 | Yunanca | Konstantinos | "Mono gia mas" (Μόνο για μας) | 9 | 72 | 15 | 42 |
1997 | Yunanca | Hara və Andreas Konstantinu | "Mana mou" (Μάνα μου) | 5 | 98 | ||
1998 | Yunanca | Mixalis Hatziyannis | "Genesis" (Γένεσις) | 11 | 37 | ||
1999 | Yunanca | Marlen | "Tha 'nai erotas" (Θα 'ναι έρωτας) | 22 | 2 | ||
2000 | Yunanca, İtalyanca | Voice | "Nomiza" (Νόμιζα) | 21 | 8 | ||
2002 | İngiliscə | One | "Gimme" | 6 | 85 | ||
2003 | İngiliscə | Stelios Konstantas | "Feeling Alive" | 20 | 15 | ||
2004 | İngiliscə | Liza Andreas | "Stronger Every Minute" | 5 | 170 | 5 | 149 |
2005 | İngiliscə | Konstantinos Kristoforu | "Ela Ela (Come Baby)" (Ελα Ελα) | 18 | 46 | ||
2006 | İngiliscə | Annet Artani | "Why Angels Cry" | 15 | 57 | ||
2007 | Fransızca | Evridiki | "Comme ci, comme ça" | 15 | 65 | ||
2008 | Yunanca | Yevdokiya Kadi | "Femme Fatale" | 15 | 36 | ||
2009 | İngiliscə | Kristina Metaksa | "Firefly" | 14 | 32 | ||
2010 | İngiliscə | Con Liliqrin və The Islanders | "Life Looks Better in Spring" | 21 | 27 | 10 | 67 |
2011 | Yunanca | Kristos Milordos | "San aggelos s'agapisa" (Σαν άγγελος σ'αγάπησα) | 18 | 16 | ||
2012 | İngiliscə | İvi Adamu | "La La Love" | 16 | 65 | 7 | 91 |
2013 | Yunanca | Despina Olimpiu | "An me thimasai" (Aν με θυμάσαι) | 15 | 11 | ||
2015 | İngiliscə | Yannis Karayannis | "One Thing I Should Have Done" | 22 | 11 | 6 | 87 |
2016 | İngiliscə | Minus One | "Alter Ego" | 21 | 96 | 8 | 164 |
2017 | İngiliscə | Ovik | "Gravity" | 21 | 68 | 5 | 164 |
2018 | İngiliscə, İspanca | Eleni Fureyra | "Fuego" | 2 | 436 | 2 | 262 |
2019 | İngiliscə | Tamta | "Replay" | 13 | 109 | 9 | 149 |
2020 | Sandro Nikolas | ||||||
Səsvermə tarixi
Kiprin ən çox xal verdiyi ölkələr | ||
---|---|---|
Sıra | Ölkə | Xal |
1 | Yunanıstan | 324 |
2 | İspaniya | 119 |
3 | İsveç | 112 |
4 | İtaliya | 103 |
5 | Rusiya | 100 |
Kiprin ən çox xal aldığı ölkələr | ||
---|---|---|
Sıra | Ölkə | Xal |
1 | Yunanıstan | 283 |
2 | Böyük Britaniya | 88 |
Malta | 88 | |
4 | Finlandiya | 68 |
5 | İspaniya | 67 |
QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.