Kinetoplastidlər

Kinetoplastidlər (lat. Kinetoplastea) — İbtidailərin Protomonadida üst tipinə daxil olan dəstədir.

Kinetoplastidlər
Elmi təsnifat
Ranqsız:
Excavata
Ranqsız:
Discoba
Tipüstü:
Discicristata
Yarımtip:
Glycomonada
Sinif:
Kinetoplastidlər
Beynəlxalq elmi adı
  • Kinetoplastea[1]
Vikianbarın loqotipi
Şəkil
axtarışı

Xarakterik əlamətləri

Bədən forması müxtəlif cür: ovalvarı, yumurtaşəkilli, silindrik və uzunsov olur. Qamçısı çox vaxt bir, bəzi hallarda isə iki olur. Dəstənin səciyyəvi cəhəti – qamçı ilə bağlı orqanoidin – kinetoplastın olmasıdır. Bəzi formalarda qamçı bədənin uzunluğu boyunca keçərək səthlə bitişir və undulyasiyaedici membran əmələ gətirir. Dəstənin az bir qismi sərbəst yaşayır. Əksəriyyəti isə onurğasızonurğalı heyvanlarda, eləcə də bitkilərdə parazitlik edir.[2]

Ədəbiyyat

  1. Azərbaycanın heyvanlar aləmi. I cild. Bakı, Elm, 2002, 268 s.

Həmçinin bax

Cercobodanidae

Rizomastiqida

İstinadlar

  1. Cavalier-Smith T. Higher classification and phylogeny of Euglenozoa (ing.). // Eur. J. Protistol. Elsevier BV, 2016. Vol. 56. P. 250–276. ISSN 0932-4739; 1618-0429; 0932-4739 doi:10.1016/J.EJOP.2016.09.003 PMID:27889663
  2. Azərbaycanın heyvanlar aləmi. I cild. Bakı, Elm, 2002, 268 s.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.