Kinderdeyk
Kinderdijk (nid. Kinderdijk) — Rotterdamın 15 km şərqində, Cənubi Hollandiya əyalətində Molenvard bələdiyyəsinə aid olan kənddir. Kinderdijk Noord və Lek çaylarının birləşdiyi yerdə Alblasservaardda polderdə yerləşir. Buranın qurudulması üçün bölgədə 1747-ci ildən 19 yel dəyirmanı tikilmişdir.[1] Bu qrup dəyirmanlar Hollandiyada köhnə yel dəyirmanlarının təmərküzləşdiyi ən böyük yerdir. Kinderdijkin külək dəyirmanları Hollandiyalı turistlərin ən məşhur yerlərindən biridir. Yel dəyirmanları 1997-ci ildən YUNESKO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir.
Kinderdijk ( Hollandiya) | |
Kinderdijk [* 1] | |
Ölkə | Niderland |
---|---|
Tip | Mədəni |
Kriteriya | i, ii, iv |
Keçid | 818 |
Region | Avropa [* 2] |
Daxil edilməsi | 1997 (XXI sessiya) |
|
|
Adı
Kinderdijk Holland dilindən tərcümədə "uşaq səddi" mənasına gəlir. 1421-ci ildə baş verən Saint Elizabet daşqını zamanı Qrote Hollands Vaard su altında qalmış, ancaq Alblasservaard polderinə ziyan dəyməmişdir. Deyilənlərə görə, fırtına bitdikdən sonra bir nəfər , orada kimsənin sağ qalıb-qalmadığını öyrənmək üçün iki ərazi arasındakı bəndə baxmağa getmişdir. Uzaqda suyun üzərində hərəkət edən bir beşik görmüşdür. Beşik adama yaxınlaşdıqca bir hərəkət görülmüş və bir az daha yaxınlaşdıqdan sonra, onu su üzərində tarazlıqda saxlamaq üçün o tərəf bu tərəfə tullanan pişik görmüşdür. Beşik bəndə yaxınlaşdıqdan sonra sudan götürülmüş və həmin adam beşiyin içində sakitcə yatan körpə görmüşdü. Bu xalq nağılı və ya əfsanə İngilis dilində "Pişik və beşik" adı altında nəşr olunub.[2]
Tarixi
Alblasserwaardda su XIII əsrdə ən böyük problemlərdən biri olmuşdur. "Veteringen" adlanan böyük kanallar polderdə artıq sudan qurtulmaq üçün qazılmışdı. Buna baxmayaraq, zaman keçdikcə çay dibində yığılan qum suyun səviyyəsinin yüksəlməsinə səbəb olmuşdur. Bir neçə əsr sonra polderləri qurutmaq üçün bir neçə yola əl atılmışdır və burada yel dəyirmanlarının tikilməsi qərara alınmışdır. İndiyə kimi bəzi yel dəyirmanları hələ də istifadə olunur.
İstinadlar
- "Kinderdijk". Aprel 30, 2014. 2016-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 03 may, 2014.
- Meder 2007; Griffis, 1918.
Xarici keçidlər
- Kinderdijk Foundation
- kinderdijk.nl
- Kinderdijkin şəkilləri Arxivləşdirilib 2007-03-22 at the Wayback Machine
- Qürub Çağı Kinderdijkin Mənzərəsi Arxivləşdirilib 2014-04-24 at the Wayback Machine