Kinabalu Milli Parkı

Kinabalu Milli Parkı (malay Taman Kinabalu) — 1964-cü ildə yaradılmış Malayziyanın ilk parklarından biri. 2000-ci ilin dekabrında UNESCO-nun Ümumdünya irsi siyahısına salınan Kinabalu parkı 326 növ quş, təxminən 100 növ məməli[1] və 110 növdən çox torpaq ilbizi[2] də daxil olmaqla, 4500 növdən çox flora və fauna ilə dünyada ən mühüm bioloji yerlərdən biridir.

Kinabalu Milli Parkı
malay Taman Negara Kinabalu
BTMB kateqoriyası — II (Milli park)
Sahəsi 754 km²
Yaradılma tarixi 1964
İdarəetmə orqanı Sabah Parks
Yerləşməsi
06°09′00″ şm. e. 116°39′00″ ş. u.
Ölkə  Malayziya
Vilayət Sabah
Yaxın şəhər Kota Kinabalu

http://www.sabahparks.org.my

Rəsmi adıKinabalu Park
TipiTəbii
Kriteriyaix, x
Tarixi2000 (24-cü sessiya)
İstinad nöm.1012
DövlətMalayziya
RegionAsiya-Sakit Okean
Kinabalu Milli Parkı xəritədə
Kinabalu Milli Parkı
Kinabalu Milli Parkı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Park Şərqi Malayziyada Sabah ştatının qərb sahilində yerləşir və 754 kvadrat kilometr ərazini əhatə edir. Park Kinabalu dağı ilə əhatə olunub. Bu dağ 4.095 metr yüksəkliklə Kalimantan adasında ən hündür dağdır.

Park Sabah ştatı və ümumilikdə Malayziyada ən populyar turizm guşələrindən biridir. 2004-ci ildə 415,360-dən çox qonaq və 43,430 alpinist parkı ziyarət edib.

Coğrafiyası

Kinabalu parkı Sabah ştatının qərb sahilində Kroker silsiləsində yerləşir. Bu park Qərb sahili oblastına daxil olan Ranau rayonunun ərazisinə daxildir. Parkın cənubda Kroker Silsiləsi Milli Parkı yerləşir.

Parkın baş idarəsi Kota Kinabalu şəhərindən 88 km məsafədə yerləşir. Parkın mərkəzindən Sabahın digər hissələrinə doğru gedən müxtəlif yollar var. Parkın qərargahı Kinabalu Parkının cənub sərhəddində 1,563 metr yüksəklikdə yerləşir.[3]

İstinadlar

  1. Chilling out in a tropical destination Arxivləşdirilib 2016-05-23 at the Wayback Machine. The Jakarta Post, 30 aprel, 2015.
  2. Liew, T.S., M. Schilthuizen & M. Lakim, 2010. The determinants of land snail diversity along a tropical elevational gradient: insularity, geometry and niches. Journal of Biogeography, 37: 1071–1078
  3. "Kinabalu Park, Kota Kinabalu". 2015-11-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 may, 2015.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.