Kilit

KilitAzərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd.

Kilit
38°52′53″ şm. e. 46°07′58″ ş. u.
Ölkə  Azərbaycan
Muxtar respublika Naxçıvan MR
Rayon Ordubad rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Kilit xəritədə
Kilit
Kilit

Coğrafi mövqeyi

Rayonun mərkəzindən 16 km cənub şərqdə, Naxçıvan-Bakı dəmir yolunun sol tərəfində, Zəngəzur silsiləsinin ətəyindədir.[1]

Tarixi

Zaqafqaziya MİK-in 1929-cu il 18 fevral tarixli qərarına əsasən Ordubadın Qorçevan kəndində Naxçıvan MSSR-in 9 kəndi sırasında əkin yerləri və otlaqları ilə birlikdə qanunsuz olaraq Ermənistan SSR-ə birləşdirildi. Bundan əlavə Qorçevan ermənilərin hələ 1921-ci ildən icarəyə götürdükləri, 1923-cü ildən zorakılıqla sahibləndikləri Kilit kəndi torpaqlarının bir hissəsi də bu respublikaya qatıldı. 1992-ci ildə erməni silahlı quldurlarının basqınları nəticəsində əhalisi Ordubad rayonunun müxtəlif yerlərinə köçmüşdür. Hər tərəfdən sıldırım yamaclı dağ və dərələrlə əhatə olunan Kilit kəndinin cənub şərqində karst mağarası mövcuddur (mağaranın dəhliz və salonlarında stalaktik və stalaqmitlər var). Mağaraların girəcəyində aşkar edilmiş mədəni təbəqə qalıqları onların qədim insan məskənləri olduğunu göstərir. Kilit yaxınlığında Ül dərəsi adlı yerdə orta əsrlərə aid yaşayış yerinin qalıqları və qəbir abidələri aşkar edilmişdir.[1]

Həmçinin bax

İstinadlar

  1. Naxçıvan Ensiklopediyası. II cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 296. ISBN 5-8066-1468-9.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.