Kilimancaro Milli Parkı

Kilimancaro Milli ParkıTanzaniyanın Kilimancaro regionunda, ekvatordan 300 kilometr (190 mil) cənubda yerləşən milli park.[1] Park Moşi şəhərinin yaxınlığında yerləşir.[2] Parka Kilimancaro dağının bütün meşə zolağı və 1,820 metr (5,970 ft) yuxarıdakı montan meşə kəməri daxildir.[1][2] Kilimancaro Milli Parkı 1 688 kvadrat kilometr ərazini əhatə edir. Park Tanzaniya Milli Parklar Təşkilatı (ing. Tanzania National Parks Authority (TANAPA))) tərəfindən idarə olunur.[3]

Kilimancaro Milli Parkı
BTMB kateqoriyası — II (Milli park)
Sahəsi
  • 75.575 ha
Yaradılma tarixi 1973
Yerləşməsi
3°04′ c. e. 37°22′ ş. u.
Ölkə
tanzaniaparks.com/kilima…
Kilimancaro Milli Parkı xəritədə
Kilimancaro Milli Parkı
Kilimancaro Milli Parkı
Rəsmi adıKilimanjaro National Park
TipiTəbii
Kriteriyavii
Tarixi1987 (11-ci sessiya)
İstinad nöm.403
ÖlkəTanzaniya Tanzaniya
RegionAfrika
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Park 2013-cü ildə 51 milyon ABŞ dolları gəlir əldə etdi.[4]:285 Park bununla Tanzaniya milli parkları arasında ikinci[5]:258 və 2012-2013-cü illər ərzində büdcəyə gəlir gətirən yalnız iki Tanzaniya milli parkından biri idi.[6] TNPA, 2012-2013 turizm ilində parkda 58.460 turistin qeyd etdiyini, bunlardan 54.584 nəfərinin xarici olduğunu bildirdi.[6]

Tarix

XX əsrin əvvəllərində Kilimancaro dağı və ona bitişik meşələr Alman müstəmləkə hökuməti tərəfindən ov ərazisi elan edildi.[2] 1921-ci ildə ərazi meşə qoruğu təyin edildi.[2] 1973-cü ildə isə meşə zolağının üzərindəki dağ (təxminən 2,700 metr (8,900 ft)) milli park olaraq təsnif edildi.[1] Park 1987-ci ildə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı tərəfindən Ümumdünya irsi elan edilmişdir.[2] 2005-ci ildə park Kilimancaro Meşə Qoruğunun bir hissəsi olan bütün montan meşəsini əhatə etmək üçün genişləndirildi.[1][2]

Fauna

Parkda müxtəlif heyvanlar tapıla bilər. Meşə zolağından yuxarıda Kilimancaro ağac damanı, kolluq dukeri və gəmiricilərə tez-tez rast gəlinir.[2] Meşə zolağında Buşbok və cephalophus spadix görünür.[2] Montan meşəsində və bəzən rütubətli və ya otlaq ərazilərdə Afrika kəlləri yaşayır.[2] Fillərə Namvay və Tarakya çayları arasında rats gəlinə bilər və bəzən daha yüksək hündürlüklərdə də olurlar.[2] Montan meşələrində mavi meymunlar, ağ-qara kolobuslar, qalaqolarbəbirlərə rast gəlmək olar.[2]

İstinadlar

  1. "Kilimanjaro National Park World Heritage Site, Tanzania National Parks". 2018-09-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-07-09.
  2. UNESCO. "Kilimanjaro National Park". 2012-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyul 2020.
  3. Mount Kilimanjaro National Park, Tanzania National Parks Authority Arxivləşdirilib 2012-09-23 at the Wayback Machine
  4. Ghazali Musa; James Higham; Anna Thompson-Carr, redaktorlar Mountaineering Tourism. Routledge. 5 June 2015. ISBN 978-1-317-66874-9. 23 February 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 July 2020.
  5. Ian Christie; Eneida Fernandes; Hannah Messerli; Louise Twining-Ward. Tourism in Africa: Harnessing Tourism for Growth and Improved Livelihoods. World Bank Publications. 2014. ISBN 9781464801976. 2015-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-09.
  6. Tanzania National Parks. "Park arrivals highlights, Tourism Performance, Corporate Information". 20 dekabr 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 noyabr 2015.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.