Kildin adası
Kildin adası — Barens dənizində, Murmansk sahilindən 1.5 km aralıda yerləşən ada. Materikdən Kildinski boğazı ilə ayrılır.
Kildin adası | |
---|---|
rus. Кильдин | |
![]() | |
Ümumi məlumatlar | |
Uzunluğu |
|
Eni | 7 km |
Əhalisi | 10 nəfər (2010-cu il) |
Yerləşməsi | |
69°20′45″ şm. e. 34°10′50″ ş. u. | |
Ölkə |
![]() |
Vilayət | |
Akvatoriya | |
|
|
![]() |
Təsvir

Kildinski mayakı
Adanın uzunluğu 17,6 km, eni 7 km təşkil edir. Səthi təpəliklərdən ibatrət olan bir platodur. Maksimal hündürlüyü 281 metrdir. Ərazisi qumdaşı və şistdən təşkil olunmuşdur. Şimal və qərbində sıldırımlar, cənub və şərqində isə geniş terraslar vardır[1]. Adanın səthi tundra bitkiləri ilə örtülmüşdür.
Adada iki yaşayış məntəqəsi vardır — Şərqi Kildin və Qərbi Kildin[2].
Adada yerləşən Moqilnoe gölü özünün unikallığı ilə seçilir. Burada həm göl həm də dəniz canlıları yaşayır. Bu göldə adanın endemiki olan Kildin treskası yayılmışdır.

Moqilnoe gölü
İstinadlar
- "Topoqrafik xəritə". 2019-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-18.
- "Справочник административно-территориального устройства Мурманской области на 1 октября 2017 года" (PDF). Правительство Мурманской области. 2018-01-14 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2018-01-13.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.