Kiklop tikililər

Kiklop (Siklop, Təpəgöz) tikililər — tunc dövründə yaşamış ibtidai insanların yaşadığı süni mağaralardır.

Bəşər övladı özünün fiziki imkanlarına bələd olduqca yaşayış şəraitini yaxşılaşdırmaq məqsədilə müxtəlif vasitələrdən istifadə etməyə başlayıb. İnsanı ilk düşündürən hər cür kənar təsirlərdən özlərini daimi muhafizə edə biləcəkləri yerin seçilməsi və ya özləri tərəfindən yaradılması idi. Bu məqsədlədə insanlar təbi mağaralarla yanaşı süni yaşayış yerləridə inşa etməyə başlamışlar. İlkin çağlarda bəsit inşat işlərinə başlayan əcdadlarımız sonrakı bəşəri sivilizasyaya səbəb ola biləcək addımlar atmışdır. Bu baxımdan antiq yaşayış sahələrinin öyrənilməsi strateji istiqamət kimi Arxiyoloqları, eləcə də etnoqrafları maraqlandırmalıdır.

Kiklop (Siklop, Təpəgöz) tikililəri son tunc və ilk dəmir dövrünə aid edirlər. Kəlbəcər rayonu Ağcakənd kəndinin 13–14 km də Balxıdüzü adlanan ərazidə geniş bir sahəni əhatə edən nəhəg qaya parcalarında, böyük daş buloklardan inşa edilən bu tikilinin Azərbaycanda analoqu yoxdur.

Ölkəmizdə olan Siklop qalacalar mövcuddur lakin bu qalacalardan fəriqli olaraq Balxıdüzü siklopu daha yüksək və daha mötəşəmdir. Ehtimalki bu Siklop tiklilər düşmən hucumundan müdafiə olunmaq məqsədilə inşa edilib. Qədim insanların fiziki imkanlarının gösdəricisi olan bu abidəni muasir texnologiyayla həmin ərazidə inşa etmək çox çətindir. Muasair dünya tarixçiləri bu tip abidələrin hansı texnoloji isulla inşa etdikləri haqqında ortaq fikirə gələ bilmirlər. Qədim yunan rəvayətlərindən götürülən Siklop adıda əfsanəvi məzmun daşıyır.[1]

Azərbaycan ərazisində Böyük Qafqaz dağlarının cənub şərq ətəklərində, Kiçik Qafqaz dağlarında Laçın, Qubadlı rayonlarında, Şirvan ərazisində Siklop (Təpəgöz) tikililərinə rast gəlinir.

Mənbə

  1. "Siklop tikililər". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-01-15.

Xarici keçidlər

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.