Kidar imperiyası
Kidar imperiyası - 300-cü illərdə yaradılmış və 500-cü illərədək hakimiyyət sürən Hun dövlətidir.
Tarixi
330-cü ildə Şi Lenin Xan Çao dövlətini dağıtması ilə birlikdə hunlar qərbə köçərək Əfqanıstan torpaqlarına qədər gəldilər. Hunların Ki qəbiləsi tərəfindən Kidarlar Uar tayfası üzvləri idilər. Kidara hökmdarı Qrumbat haqda Roma tarixçisi Marselli Ammian "Grumbates Chionitarum rex novus " adı ilə bəhs edir. Bu "Hunların yeni hökmdarı Qrumbat" deməkdir.[1] Kidaraların Hun dövləti olmasına başqa bir sübut da yunanların onlara "Ounnoi Kidaritai" (Kidar Hunları) adı verməsidir.[2] Qrumbat II Şapurun müasiri olmuş, onunla müharibələr aparmışdır. II Kidara isə Kuşan İmperiyasını darmadağın edərək öz torpaqlarına birləşdirmişdi. Tarixləri haqda çox məlumat qalmasa da hökmdarların adları numizmatik dəlillərlə mövcuddur. Kidarlar həm də Qırmızı Hunlar kimi də tanınır. 430-cu illərdə qərbdə yaşayan Ağ Hunlar üsyan edərək öz dövlətlərini qurmuş, Kidarları şimala qovmuşdular. Kidarların son hökmdarı olan Kandik Şimali Qafqaza qaçaraq 5 il Avar xaqanlığına başçılıq etdikdən sonra öldü.
Hökmdarları
- I Kidara
- Kunqaz
- I Varhran
- Qrumbat
- II Kidara
- Brahmi Buddhatala
- II Varhran
- Qoboziko
- Salanavira
- Vinayaditya
- Kandik
İstinadlar
- ENOKI, K., « On the Date of the Kidarites (I) », Memoirs of the Research Department of the Toyo Bunko, 27, 1969, p. 1–26.
- R. Göbl, Dokumente zur Geschichte der Iranischen Hunnen in Baktrien und Indien, 4 vols., Wiesbaden, 1967.