Kişi gimnaziyasının binası
Kişi gimnaziyasının binası — 1911–1913-cü illərdə İmperator III Aleksandr adına Kişi Gimnaziyası üçün tikilmişdir[1][2]. Binanın memarı Konstantin Borisoqlebskiydir. Bina öz dövründə Bakı real məktəbindən sonra ikinci ən böyük təhsil ocağı olub[3]. Sovet işğalından sonra bina 4 nömrəli şəhər xəstəxanası kimi fəaliyyət göstərib. 2018-ci ildən isə 4 nömrəli şəhər xəstəxanası köçürüldüyündən bina Səhiyyə Nazirliyinin balansından çıxarılıb[4]. Hazırda istifadəsizdir.
Kişi gimnaziyasının binası | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yerləşir | Füzuli küçəsi, 61 |
Memar | Konstantin Borisoqlebskiy |
Tikilmə tarixi | 1911—1913 |
Vəziyyəti | istifadəsiz |
Kateqoriya | Bina |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Haqqında
Keçmiş Balaxanskaya (indiki Füzuli) küçəsi 61 və Krasnovodskaya (S.Vurğun) 40 küçəsinin tinində yerləşən bina Kişi gimnaziyası üçün tikilib. Bina 1911–1913-cü illərdə mülki mühəndis Konstantin Borisoqlebskiyin layihəsi üzrə inşa edilib. Fasadın detalları ilə birgə özünün əzəmətli həcmi, order sistemində klassik formaları və memarlıq kompozisiyası ilə fəal şəhərsalma mövqeyini tutur. Əsas fasadın irəli çıxardılmış mərkəzi hissəsi, İoniya orderinin iki yuxarı mərtəbəsi boyu əzəmətli portiklə xüsusi olaraq nəzərə çarpdırılmışdır. Aşağı mərtəbənin yonulmamış daşla hörülmüş fonunda olduqca aydın çəkilmiş profillərlə olan üç dörddə bir sütunlar və klassik üslublu prəvaz, müəllifin təmtəraq və dəbdəbəyə can atmasını göstərir. Kişilər üçün gimnaziyanın binası — Bakıda sovet işğalına qədər yaradılmış tədris tikintisinin az nümunələrindən biri və memarlıq abidəsidir[1].
Şəkilləri
Həmçinin bax
İstinadlar
- Şamil Fətullayev. Bakının memarlıq ensiklopediyası (PDF). Bakı: Şərq-Qərb nəşriyyatı. 2013. səh. 188-189. ISBN 978-9952-32-020-6.
- Mərdanov, Misir. Azərbaycan təhsil tarixi (az.). Bakı: Təhsil nəşriyyatı. 2011. 100. 2020-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-22.
- "Бакинская императора Александра III мужская гимназия \ İmperator III Aleksandr adına Bakı Kişi Gimnaziyası" (rus. ). ourbaku.com. 2011. 18 sentyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 sentyabr 2020.
- Aytən Zəhra. "4 saylı xəstəxana nazirliyin tabeliyindən çıxarılıb". azvision.az. 10 noyabr 2018. 18 sentyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 sentyabr 2020.