Kiş (Şumer)

Kiş (şum. Kiš) — Mesopotamiyada Babildən 18 km şimal-şərqdə qədim şəhər. Şəhər e. ə. 4-cü minillikdə salınmışdır. Kişin icmasının tanrısı Zababa olmuşdur. E.ə. XXVIII əsrdə Şumer tayfalarının mərkəzinə çevrilmişdir. XXVIII-XXVII əsrlərdə Kiş şəhər dövləti üstünlük təşkil etmişdir. Kiş sülaləsinin ilk hökmdarı əfsanəvi Etana idi. Kişlə paralel və ondan bir qədər sonra Uruk şəhər dövləti yüksəlir. Uruk sülaləsinin görkəmli hökmdarları En-Merkar, LuqalbandaGilqameş idi. En-Merkarın Azərbaycan Aratta ilə sıx əlaqəsi olmuşdur.İkinci Şumer sülaləsi dövrü e.ə. XXVII–XXVI əsrləri əhatə edir. Bu dövrdə İkiçayarasının birləşdirilməsi uğrunda mübarizə gedir. Kiş hökmdarı Aka ilə Uruk hökmdarı Gilqameşin münasibətləri pozulur. Akanın Uruk üzərinə yürüşü boşa çıxır. Bu zaman Ur şəhər dövləti güclənməyə başlayır. Ur hökmdarı Mesanepada Kiş şəhərini zəbt edir və Akanı hakimiyyətdən salır. Ur hökmdarları bütün Şumer üzərində ağalıq iddiasına düşür və özlərini "Kainatın hökmdarı" adlandırmağa başlayırlar.

Qədim şəhər
Kiş
32°33′ şm. e. 44°39′ ş. u.
Ölkə
Müasir yeri İraq
Kiş xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hökmdarları

  • Aka
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.