Kiği nahiyəsi
Kiği nahiyəsi[1] və yaxud Gığı nahiyəsi — 1593-cü ildə Osmanlı İmperiyasının İrəvan əyalətinin Urud livası tərkibində nahiyə.[2]
Kəndləri
Urud və İsgəndərqalası livalarının müfəssəl dəftərinə görə Urud livasının Kiği nahiyəsində ümumilikdə 12 kənd var. Onlardan 5-i erməni, 7-si türk kəndidir. Türklər yaşayan kəndlərdən 5-i dağıdılıb, yaşayış olan kəndlərdən yalnız ikisində etnik tərkib türklər idi.
Kəndlərin dağıdılmış, boş olmasına əsas səbəb Osmanlı hücumu ərəfəsində bölgədə, xüsusilə şiə etiqadlı yerli əhali arasında kütləvi köçlərin baş tutmasıdır.
Kiği nahiyəsi kəndləri | |||||
---|---|---|---|---|---|
№ | adı | qeyd | etnik tərkibi | əhalisi | |
1 | Açatu | erməni | 4 ailə | ||
2 | Yuxarı Kerd | erməni | 4 ailə | ||
3 | Kes | erməni | 2 ailə | ||
4 | Acbacı | erməni | 3 nəfər | ||
5 | Pakhan | türk | dağıdılıb | ||
6 | Aşağı Kerd[qeyd 1] | türk | dağıdılıb | ||
7 | Axuri | türk | dağıdılıb | ||
8 | Kurud | türk | dağıdılıb | ||
9 | Kiği | erməni | 2 ailə | ||
10 | Səncərağıl | türk | dağıdılıb | ||
11 | Surun Acbacı | Mahmudlu kimi tanınır.[1][2] | türk | 4 ailə | |
12 | Dərnəcır | Kəndin başqa adı Kirmanlıdır.[1][2] | türk | 4 ailə | |
Qeydlər
- 1988-ci il Azərbaycanlıların Qafan rayonu ərazisindən deportasiyasına kimi əhalisi azərbaycanlılardan ibarət olan Gərd kəndidir.
Həmçinin bax
İstinadlar
- «Defter-i mufassal liva-i Urut ve liva-i İskenderkalası». Ankara, Tapu ve Kadastro Kuyud-i Kadime Arşivi, №199, ss.l 1 1-191
- Musa Urud. «Zəngəzur» (PDF), Bakı, Nurlar nəşriyyatı, 2005. «VI hissə. Zəngəzur arxivlərin güzgüsündə» hissəsi, Əlavə 1, səh. 401. (az.)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.