Kiçik qıfotu
Kiçik qıfotu (lat. Vinca minor) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinin qıfotu cinsinə aid bitki növü.
Kiçik qıfotu | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Eudicots Klad: Core eudicots Klad: Superasterids Klad: Klad: Lamiids Dəstə: Fəsilə: Yarımfəsilə: Rauvolfioideae Triba: Vinceae Yarımtriba: Vincinae Cins: Növ: Kiçik qıfotu |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Təbii yayılması
Vətəni Avropanın materik hissəsi və Kiçik Asiyadır. İngiltərə, Şimali Afrika, Amerika, Avstraliya və Yeni Zelandiyada yayılmışdır.
Botaniki xarakteristikası
Həmişəyaşıl, çoxillik, nazik horizontal, kökümsovlu ot və ya kolcuqdur. Yarpaqları üzbəüz, ellipsvari, dərili, parlaq, uzunluğu 3-5 sm və eni 2,5 sm-dək olub, iti vəya küt, üstü yaşıl, alt tərəfi boz-yaşıl, saplaqların uzunluğu 2-5 mm, dəstələrdə 3 ədəd yerləşmişdir. Tək-tək göy-bənövşəyi rəngli çiçəkləri düz qalxan budaqların ucunda yerləşir. Çiçəkləri tək, diametri 2-3 sm, çiçək saplaqlarının uzunluğu 1-3 sm-dir. Kasacığı bitişik yarpaqlı, hissələrin uzunluğu 3-4 mm, iti, lansetvari-üçkünc, çılpaqdır. Çiçək tacı qıfvari, tünd göy və ya bənövşəyi-göy, uzunluğu təxminən 12 mm olan uzun, silindrik, nazik borucuqlu, küt kəsikli hissələrinin uzunluğu 10-12 mm-dir. Dişiciyi tükcüklü, ağızlıdır; yuxarı hissədə uzun, ağ tükcüklərlə örtülmüşdür. Erkəkcik saplaqları yumru, kasavari əyilmişdir; tozcuqları çiçək tacının borucuğunda oval formalı, uzunluğu 4 mm-dir. Yarpaqcıqları 2 ədəd, silindrik, ucu biz, yaşılımtıl, uzunluğu 7-8 sm-dir. Toxumları qonur, uzunsov, silindrik, əmzikli, kəkilsizdir. May-iyunda çiçəkləyir. Meyvələri avqust-sentyabrda yetişir. Toxum, yaşıl qələmlər və kolun bölünməsi yolu ilə çoxaldılır. Torpağa dəyən budaqları kök verir.
Ekologiyası
Meşələrdə, yamaclarda, kolluqlarda bitir. Torpağa az tələbkardır. Şəhər şəraitinə davamlədır.
Azərbaycanda yayılması
Mərdəkan dendrarisində introduksiya edilmişdir. Respublikanın rayonlarında mədəni şəraitdə park və bağlarda rast gəlinir.
İstifadəsi
Park və bağlarda çiçəklərinin dekorativ xüsusiyyətinə görə istifadə olunur, müalicəvi əhəmiyyətlidir.
İstinadlar
- Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 209.