Kiçik Su pərisi (cizgi filmi, 1989)

Kiçik Su pərisi (ing. The Little Mermaid) - 1989-cu ildə "Volt Disney" şirkəti tərəfindən istehsal olunmuş musiqili fantaziya janrlı cizgi filmidir. Cizgi filminin rejissorları Ron Klements və Con Maskerdir. Cizgi filminə Alan Menken bəstəkarlıq etmişdir. Bu cizgi filmi "Walt Disney Pictures" studiyası tərəfindən istehsal edilmiş Disneyin 28-ci qısametrajlı filmidir. Cizgi filmi Danimarka yazıçısı Hans Xristian Andersenin "Kiçik Su pərisi" hekayəsi əsasında hazırlanmışdı.[5]

Kiçik Su pərisi
ing. The Little Mermaid
Janr Macəra
Rejissor Ron Klements
Con Masker
Prodüser Rocer Ollers
Ron Klements
Con Masker
Ssenari müəllifi Hovard Eşmen
Con Masker
Morin Donli
Rolları səsləndirənlər Codi Benson
Kristofer Deniel Bars
Pet Kerroll
Kennet Mars
Ceyson Marin
Bəstəkar Alan Menken[1]
Hovard Eşmen[2]
Dil İngilis dili
Fransız dili
Ölkə ABŞ ABŞ
Studiya Walt Disney Pictures
Walt Disney Feature Animation
Distribüsiya Buena Vista Pictures
Davametmə müddəti 83 dəqiqə
İl 1989
İlk baxış ABŞ 15 noyabr 1989
Büdcə $40 milyon[3]
Gəlir $211,343,479 milyon[4]
Sonrakı Kiçik Su pərisi 2: Dənizə qayıdış
ID 0097757

Məzmun

16 yaşını ötmüş Su pərisi Ariel Triton adlı şahın ən kiçik qızıdır. Əqrəb Sebastyan tərəfindən hazırlanmış bayram şənliyində Ariel mahnı ifa etməliydi. Lakin bunu unutmuş Ariel macəra axtarışındadır. Ariel və dostu Flaunder çoxlu zinət əşyaları yığaraq şəxsi otağına gətirir. Ariel digər Su pərilərindən fərqli olaraq dəniz dünyasında yaşamaq istəmir və onu daha çox insan dünyası maraqlandırır. Arielin partiyada ifa etməməsi onun atasının böyük narazılığına səbəb olur. Triton insan dünyasından qəti xoşu gəlmir və qızını fikrindən daşındırmaq istəyir. Amma qızı Ariel onun sözlərinə əhəmiyyət vermir. Gecə vaxtı suda üzən gəmidə şənlik başlayır. Ariel gəminin yan hissəsindən şənliyə baxan zaman Şahzadə Eriki görüR və ona ilk baxışdan aşiq olur. Bu zaman okean üzərində güclü qasırğa baş verir. Gəmi idarəsini itirir və batmaq üzrədir. Gəmi heyəti qayıqda olan zaman Erik sevimli itinin hələ də gəmidə olduğunu görür. Erik iti xilas edir və qayığa göndərir. Lakin gəmidə partlayış səbəbindən Erik suya düşərək huşunu itirir. Bu zaman onu Ariel xilas edir. Sonrakı gün Erik Arieli görür. Lakin gəmi heyəti bura yaxınlaşdığından Ariel suya qaçır və gözdən itir. Erik Ariel kimi ona ilk baxışdan aşiq olur və yalnız onunla evlənməyi planlaşdırır.

Ariel gününü sevinc hissi ilə keçirir. Bunu görən Triton yanına Sebastianı çağırır. Sebastian əlacsız qalaraq ona hər şeyi danışır. Bundan qəzəblənən Triton Ariel və Flaunderin şəxsi otağına gələrək buradakı insanlara məxsus bütün əşyaları məhv edir. Bu müddətdə Arieli qəddar cadugər Ursula izləyir. Ursula onu yanına çağırmağı cəhd edir. Ariel Ursulanın yanına gəlməyə razı olur. Ursula ona deyir ki, Su pərisini insana döndərə bilər, lakin bunun üçün ondan səsini alacaq və məktuba imza atacaqdır. Ariel məktuba imza atır və Ursula ilə razı olur. Bu zaman Arielin sehr nəticəsində ayaqları əmələ gəlir. Sebastian və Flaunder onu suyun üzərinə çıxarır. Quş növündən olan Skattl ona qəribə paltar hazırlayır. Bu zaman yaxında olan Erikin yanındakı it Arielin yanına gəlir. Erik bu qızı tanımır, lakin ondan çox xoşu gəlir və yanına aparır. Bir müddət sonra onlar bir-birlərinə öyrəşməyə başlayırlar. Lakin bu müddətdə onları izləyən Ursula insan cildinə girir və Arieldən aldığı səs sayəsində gecə vaxtı Eriki məftun edir. Sabahısı gün Ariel Erikin başqa bir qadınla evlənəcəyi xəbərini eşidir və buradan qaçır. Erik ona məxsus gəmidə evlənəcəkdir. Skattl gəmiyə uçan zaman həmin xanımın bədheybət olduğunu görür. Skattl bu xəbəri dərhal Arielə çatdırır. Ariel və dostları Erikin nişan mərasimini çalışırlar. Amma Arielin imza atdığı məktubda deyilir ki, Ariel onu gün batanadək öpməsə, onda əvvəlki halına dönəcəkdir. Artıq gün batdığına görə Ariel Su pərisi halına və Ursula onu məcburən yanına aparır. Erik Arielin dalınca gedir və Ursulaya mane olmağa çalışır. Bu zaman Arielin atası gəlir. Ursula ona Arielin imzasını göstərir. Triton məktubu pozmağa çalışır, lakin bunu bacara bilmir. Arieli xilas etmək üçün Trayton Ursulanın dediyi şərtlə razı olmağa məcbur olur. Ursula ona balaca bir məxluqa döndərir və Arieli azad edir. Lakin Tritonun tacı Ursulada olduğuna görə ona yeni güc qazandırır. Bu zaman Erik və Ariel Ursulaya mane olmağa çalışırlar. Erik gəmini hərəkətə gətirir və gəminin uc hissəsi ilə ona vurur. Yeni güc qazanan Ursula yoxa çıxır. Trayton əvvəlki vəziyyətinə dönür və Arieli insan vəziyyətinə döndərir. Bir müddət sonra Ariel və Erik evlənirlər. Arielin atası artıq insanlara qarşı kinini azaltmışdır. Ariel və Erik gəmidə evlənərək yola düşürlər.

İfaçıların tərkibi

  • Ariel, səsləndirir Codi Benson[6]
  • Şahzadə Erik, səsləndirir Kristofer Barnes[7]
  • Ursula, səsləndirir Pet Kerroll
  • Sebastian, səsləndirir Semuel E. Rayt
  • Flaunder, səsləndirir Ceyson Marin
  • Kral Triton, səsləndirir Kennet Mars
  • Skattl, səsləndirir Badi Hakett
  • Qrimsbi, səsləndirir Ben Rayt
  • Flotsam və Cetsam, səsləndirir Peddi Edvard
  • Erikin evində işləyən Karlotta, səsləndirir Edi MakKlurq
  • Arielin bacıları, səsləndirir Kimmi Robertson və Karoline Vasikek
  • Dəniz atı Harold, səsləndirir Uill Ryan
  • Maks gəmi iti, vokal effekt Frenk Velker
  • Şef Louis, səsləndirir Rene Oberjonuaz
  • Mark Hemill, Tim Karri və Hamilton Kamp - cizgi filminin açılış səhnəsində bəzi personajları səsləndirirlər.

Saundtrek

Mahnının sözləri Alan Menken və Hovard Eşmenə məxsusdur. Mahnıya Alan Menken bəstəkarlıq etmişdir. "Kiçik Su pərisi" filminin orijinal saundtrek albomu 13 oktyabr 1989-cu ildə, xüsusi buraxışı 14 oktyabr 1989-cu ildə və 31 oktyabr 2000-ci ildə Kiçik Su pərisi 2: Dənizə qayıdış cizgi filmi ilə birgə buraxılmışdır. 3 oktyabr 2006-cı ildə isə yenidən "İki diskli Platinum Edition DVD" formatında saundtreklər buraxılmışdır. Saundtreklərə orkestrliyi Tomas Pasatyeri etmişdir. 1990-cı ildə cizgi filmi Oskar mükafatının "Ən yaxşı mahnı" və "Ən yaxşı orijinal saundtrek" kateqoriyaları üzrə mükafatı qazanmış, 1 nominasiyaya ("Ən yaxşı mahnı") layiq görülmüşdür. Həmçinin, cizgi filmi bir çox mükafatlara və nominasiyalara layiq görülmüşdür.[8][9][10]

İstinadlar

  1. Michael Buckley. "Playbill Features: STAGE TO SCREENS: Chatting with Grey Gardens and Little Mermaid Librettist Doug Wright". Playbill. 2006-01-06. 2009-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-07-15.
  2. Andrew Gans. "Playbill News: Little Mermaid to Celebrate First Broadway Anniversary January 10". Playbill. 2009-01-08. 2012-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-10-22.
  3. Stewart, James B. (2005). DisneyWar, p. 104. ISBN 0-684-80993-1. Simon & Schuster. Retrieved June 4, 2007.
  4. "The Little Mermaid (1989) – Box Office Summary". Internet Movie Database. 2014-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-09-21.
  5. Kachka, Boris. "Q&A With Grey Gardens Playwright Doug Wright—New York Magazine". Newyorkmetro.com. 2006-02-26. 2014-03-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-07-15.
  6. Grant, John. Encyclopedia of Walt Disney's Animated Characters (Third Edition). Hyperion. 1998. 344–345. ISBN 0-7868-6336-6.
  7. "The-Little-Mermaid - Cast, Crew, Director and Awards". The New York Times. 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-09.
  8. Entertainment Weekly article about Sebastian's second album Arxivləşdirilib 2009-02-10 at the Wayback Machine Yoxlanılıb: 12 sentyabr 2014
  9. AP. "4 Golden Globe Awards To 'Born on 4th of July'". The New York Times. January 22, 1990. May 11, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 16, 2014.
  10. "1989 Academy Awards Nominations and Winners by Category". Box Office Mojo. December 1, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 16, 2014.
  11. "The Little Mermaid: Music". Amazon.com. 2016-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-22.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.