Kiçik Qafqazın şimal-şərq yamacı

Kiçik Qafqazın şimal-şərq yamacı - Kiçik Qafqaz təbii vilayəti cənub-qərbdə Ermənistan Respublikası, şimal-qərbdə Gürcüstan Respublikası, şimal-şərqdə Kürün sağ sahil, cənub-şərqdə isə Arazın sol sahil düzənlikləri ilə sərhədlənir. Təbii vilayət Gəncə, Qarabağ silsiləsi, Qarabağ vulkanik yaylası və Həkəri fiziki-coğrafi rayonlarını əhatə edir. Ərazi təbii şəraitinin müxtəlifliyi, təbii ehtiyatlarının zənginliyi ilə fərqlənir.[1]

Tədqiqatın aktuallığı

Ekoloji geomorfologiya tətbiqi geomorfologiyanın bir istiqaməti kimi yaranmış və son 20-25 ildə inkişaf etməyə başlamışdır. Bu müddət ərzində ekogeomorfoloji tədqiqatlar müxtəlif  aspektlərdən – nəzəri, tətbiqi, sahəvi, regional öyrənilmişdir və geomorfologiyanın bu yeni istiqamətinin meydana gəlməsi ilə əlaqədar olan terminlər təklif olunmuşdur. Tətbiqi geomorfologiyanın bir qolu olan ekoloji geomorfologiya Yer səthi relyefi və relyef əmələgətirən amillər ilə əlaqədar olan ekoloji problemlərlə məşğul olmaqla geomorfoloji sistemlərin ekoloji sistemlərlə müxtəlif dərəcəli qarşılıqlı əlaqəsini öyrənir. Geomorfologiya ekosistemin elementi olan relyef və relyef əmələgətirən proseslərin ekoloji qiymətləndirilməsinin prinsipmetodlarının işlənməsinə ehtiyac duyur. [2]

Tədqiqatın obyekti

Məqalədə Kiçik Qafqazın şimal-şərq yamacının (Xram və Zəyəm çayları arası) relyefinin morfometrik göstəriciləri əsasında ərazinin ekoloji-geomorfoloji xəritəsi tərtib olunmuşdur. Geomorfoloji sistemin, relyefin tipləri və elementar formalarının ekoloji xüsusiyyətində əsas və effektli rol oynayan morfometrik göstəricilərinə hipsometriyanı, yüksəkliklərin meyilliyi, relyefin üfüqi və şaquli parçalanmasının dərəcəsi və yamacların ekspozisiyasını aid etmək olar.

Relyefin bu morfometrik xüsusiyyətlərinin hər biri ayrı-ayrılıqda hər biri ekogeomorfoloji vəziyyət üçün müəyyən rol oynayır – bəzi hallarda müsbət, bəzi hallarda isə mənfi. Ekogeomorfoloji şəraiti təyin edən hipsometriya iqlim qurşaqlarının yüksəkliyə doğru formalaşmasına, meyilliyin artması ilə yamac proseslərinin intensivləşməsinə, torpaq   örtüyünün  fiziki-kimyəvi xüsusiyyətlərinin müəyyənləşməsinə, bitki örtüyünün məhsuldarlığına təsir edir. Horizontal parçalanmanın dərəcəsi ekogeomorfoloji şəraitin müxtəlifliyinin yaranmasına səbəb olur. Yamacların ekspozisiyası günəş radiasiyasınınrütubətin paylanması qanunauyğunluqlarını, rütubət və istiliyin qarşılıqlı əlaqəsini təyin edir və ekoloji şəraitə təsir edir. Gərginliyi təyin edən əsas faktorlardan biri relyefin parçalanma (üfüqi və şaquli parçalanma) dərəcəsidir. Belə ki, müvafiq olaraq  parçalanmanın zəif olduğu ərazilər  zəif gərginliyə, yüksək olduğu ərazilər isə yüksək gərginliyə malikdir.

Tədqiq olunan ərazinin relyefinin üfüqi sıxlıq və şaquli dərininə parçalanmasının kəmiyyət göstəriciləri onların qiymətlərinin məkanda yayılmasının qeyri-bərabər səciyyə daşıdığını əks etdirir ki, bu da morfosistemlərin ekogeomorfoloji gərginliyinin müxtəlif dərəcəli olmasını şərtləndirir. Buna həmçinin morfometrik məlumatların birgə təhlili dəlalət edir.

Üfüqi parçalanma göstəricilərinin kəmiyyəti düzənliklərdən dağlıq ərazilərin mərkəzinə doğru artması müşahidə olunsa da, bəzi ərazilərdə bu qanunauyğunluq pozulur. Şaquli parçalanma ərazinin hipsometrik fərqlərinə müvafiq hesablanmışdır. Məlum olduğu kimi yüksək ərazilərdə parçalanma göstəricisi yüksək qiymət aldığından ərazi daha gərgin, alçaq ərazilərdə isə parçalanma göstəricisi aşağı olduğundan ərazi az gərgin hesab olunur.

Ərazinin meyillik göstəricisi əsas morfometrik göstəricilərdən olub, relyefin hündürlüyündən və parçalanma dərəcəsindən asılıdır. Meyillik dərəcəsi relyefin enerjisini, yamac proseslərinin intensivliyini və sürətini, Günəş enerjisinin kəmiyyətini, atmosfer çöküntülərinin infiltirasiyasını müəyyən edir. 

Relyefin ekogeomorfoloji xüsusiyyətinin göstəricilərindən  biri də hündürlüklərin ekspozisiyasıdır. Geokompleksləri formalaşdıran amillərdən biri kimi yamacların ekspozisiyası makro  və mikro iqlim  şəraitinin dəyişməsi ilə, əsasən də istilik və rütubətin qarşılıqlı əlaqəsinin dəyişməsi ilə müəyyən olunur.  Geokompleks daxilində müxtəlif xarakterli hava kütlələri, müxtəlif ekspozisiyalı yamaclarda müxtəlif cür təsir göstərir – bəzən havanın rütubətlənməsinə, bəzən isə quraqlığa səbəb olur. Bu təsir ayrı-ayrı fəsillərdə  rütubətin paylanmasının müxtəlifliyi ilə, əsasən də vegetasiya dövründə atmosfer çöküntülərinin, qar örtüyünün, illik rütubətlənmə ilə əlaqədar buxarlanmanın kəmiyyəti ilə və başqa iqlim komponentlərinin xarakteri ilə ifadə olunur. Rütubət gətirən hava axınlarının iştirakı ilə cənub-qərb yamac quru hava axınlarının təsirinə əks istiqamətli yamacından daha çox məruz qalır və daha yüksək balla qiymətləndirilir.Cənub ekspozisiyasının geoekoloji gərkinlik yaradaraq mənfi rol oynadığı alçaq dağlıqdan fərqli olaraq, yüksək dağlığın sərhədlərində cənub ekspozisiyası yamacları nisbətən aşağı temperaturda müsbət təsir göstərir. Bu səbəbdən cənub ekspozisiyasının yamacları alçaq dağlıq sərhədlərində yüksək, yüksək dağlıq sərhədlərində isə aşağı ballarla qiymətləndirilir. [3]

Həmçinin bax

Xarici keçidlər

İstinadlar

  1. B.Ə.Budaqov., A.A.Mikayılov. Bakı,1996
  2. Лихачева Э.А., Тимофеев Д. А., Москва,2002
  3. Г.А. Халилов, С.Н.Абушова. Баку, 2014
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.