Kiçik Pirəli

Kiçik Pirəli və ya Kiçik PirəlliAzərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd.

Kiçik Pirəli
40°55′ şm. e. 47°42′ ş. u.
Ölkə  Azərbaycan
Region Qəbələ rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 490 m
Saat qurşağı
Əhalisi
Əhalisi 761 (2009) nəfər
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ3625[1]
Kiçik Pirəli xəritədə
Kiçik Pirəli
Kiçik Pirəli
Kiçik Pirəli xəritədə
Kiçik Pirəli
Kiçik Pirəli

Coğrafi məlumatlar

Kiçik Pirəlli kəndi mərkəzdən 9 km. cənub-qərbdə Qəbələ-Ağdaş şose yolunun kənarında Topalançayın sahilində (Türyan çayın qolu) Alazan –Həftəran vadisində yerləşir.[2]

Toponimikada yazılıb ki, Pirəli adında şəxsin adıyla bağlıdır, əslində tarixi adı Pirəlilidir. Söz təhrifə uğrayaraq indiki halına düşüb.[2]

Sosial məsələlər öz həllini tapıb. Mavi yanacaqdan istifadə olunur, işıqları daimidir.[2]

Fındıq bağlarından, taxıldan gəlir götürürlər. 700 başdan çox iri buynuzlu mal-qara və 800 başa yaxın qoyun-keçi saxlayan kənd əhali təsərrüfatlarını artıraraq yaxşı yaşayış qurublar.[2]

Toponimikası

Kiçik Pirəlli oyk, mür. Qəbələ r-nunun Böyük Pirəli i.ə.v.-də kənd. Alazan-Əyriçay çökəkliyindədir. XIX əsrdə keçmiş Qədim Pirelili kəndindən ayrılmış ailələr yeni yaşayış məntəqəsi yaratmış və onu Cocuq Pirəlili adlandırmışdılar. Sonralar cocuq sözü kiçik sözü ilə əvəz olunmuşdur. Qədim Pireli isə Böyük Pirəli adlanmışdır.[3]

Əhalisi

2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 761 nəfər əhali yaşayır.[4]

Xarici keçidlər

İstinadlar

  1. Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
  2. Şəlalə Məhyəddinqızı, "Qəbələ Qafqazın incisi", Bakı, "Oğuz Eli", 2009.
  3. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  4. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.